AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kamil Zeynallı nə vaxt azadlığa çıxacaq? - Vəkili açıqladı

  15

Bu gün məşhur idmançı Kamil Zeynallı azadlığa çıxır.

Demokratikmusavat.com bildirir ki, bu barədə teleqraf.com-a açıqlamasında Kamil Zeynallının vəkili Adəm Məmmədov məlumat verib: "Bu gün Kamil Zeynallı saat 17:00 və 18:00 arası həbsdən çıxacaq. Onu dostları qarşılayacaq. O, Binəqədidə müvəqqəti saxlanılma məntəqəsində idi".

Vəkil "Kamil Zeynallını qarşılmağa həyat yoldaşı Gülay Zeynallı da gələcəkmi?" sualına "Bu haqda məlumatım yoxdur" deyə cavab verib.

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün 10 gün müddətində həbs edilmişdi.

Demokratikmusavat.com

Xəbər Lenti