AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır"

  14

Şuşada qondarma "andiçmə" tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin açıqlamasında deyilir.

T.Gəncəliyevin sözlərinə görə, dünən - 21 may tarixində Ermənistan ən yüksək səviyyədə sülh prosesinə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz "seçki" şousu ilə təyin etdiyi qondarma "prezident" üçün, qondarma "andiçmə mərasimi" təşkil etdi. Bu təxribat Ermənistan siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, Azərbaycan kinoteatrının binasında təşkil edildi:

"Bütün addımlar - qondarma "seçki" şousu, qondarma "andiçmə" tədbiri və ən əsası bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə - Şuşada təşkili bir məqsədə xidmət edirdi - sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək.

Hətta dünən təşkil edilən "tədbir" o qədər mənasız və əssassız idi ki, qondarma rejimin yeni oyuncaq "rəhbəri" öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə" ifadəsini eynilə təkrar etdi.
Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə əslində çox aydındır, Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə. Qətiyyətlə bildiririk ki, Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq.

Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüquqi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapmışdır. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammitinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan Respublikaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu dəyişdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Bir daha bəyan edirik ki, Ermənistan - Azərbaycan münaqişəsi yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olunmuş ərazilərə geri qayıtmasından sonra həll oluna bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu bizim üçün qırmızı xəttdir və regionda sülhün təmin olunması üçün başlıca şərtdir".

Demokratikmusavat.com

Xəbər Lenti

Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb

Nadir Qasımov: "Koronavirusun mənə kimdən keçdiyini bilmədim"

Bu ölkədə zəif göstəriciləri olan şagirdlər üçün pandemiya ilə əlaqədar "yay məktəbləri" təşkil ediləcək

Günün qoroskopu: mübahisələrdə aqressiv darvanmayın

Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət: Tıxacda qalmamaq üçün...

Oyunlardan sonra müsahibələr olmayacaq

DİM ödənişsiz sınaq imtahanları keçirdi

"Saxtadır, yalan danışır, özünü mələk kimi göstərir"

Azərbaycan çempionatında müsahibələr ləğv olundu

Rozaya tərif yağdırdılar - “Fiqurası gəncləri yandıran məşhur” - FOTO

Küçəyə çıxmağa qadağa qoyulan Lənkərandan FOTOlar

Niyə Böyük Britaniya ölüm sayı ilə Avropada rekord qırdı?

Etirazçıları ələ salan arvadına görə klubdan qovuldu

İranda son sutkada koronavirusdan 75 nəfər öldü

"Tibbi maskadan istifadəyə dövlət səviyyəsində diqqət edilir"

"Nəvəm özümə oxşayır" - FOTO

Karantin qaydalarını pozan futbolçular cərimələndilər

Polis maska taxmayan şəxsi diziylə boğmağa çalışdı - Hindistanda - VİDEO - FOTO

Rusiyada bir gündə 197 nəfər koronavirusdan öldü

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Bakı polisi küçələrdə çağırış edir... - VİDEO

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

Polis jurnalistin xəstə anasına yardım etdi

Sevil Mikayılova: "AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər ictimaiyyətdə haqlı narazılıqlar yaradır"

Suriyada partlayış: 2 uşaq öldü

Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var

Gürcüstanda koronavirusa son sutkada 3 yoluxma qeydə alınıb

Əfqanıstanda polis maşını minaya düşdü: 11 nəfər ölüb

Fransa koronavirusa yoluxanların sayına görə onluqdan çıxdı, Hindistan altıncı yerə çatdı

10 günə Türkiyəyə 1000-dən çox xəstə gəldi

34 yaşlı müğənni koronavirusdan öldü

"Əl-Qaidə"nın Şimali Afrikadakı lideri öldürüldü

Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

Son sutka ərzində Misirdə “COVID-19” virusundan 40 nəfər ölüb

İranın zənginləşdirilmiş uran ehtiyatı nəzərdə tutulandan dəfələrlə çoxdur

ABŞ İrana qarşı neft embarqosunun müddətini uzadıb

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Moskvada koronavirusdan ölənlərin sayı 2 864 nəfərə çatıb

Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!”