AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Dünyada ilk dəfə genetik koronavirus testi hazırlanıb

  13

Braziliyalı alimlər dünyada ilk dəfə koronavirusun müəyyən olunması üçün genetik test hazırlayıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, virusun diaqnostikası üçün testlərin tətbiq olunmasına iyunda başlanacaq.

Həmin test koronavirus DNT materialları əsasında aşkar edə bilər. Testi hazırlayan müəlliflər 100 faiz dəqiq nəticənin təmin olunacağını deyir.

Genetik test Ümumdünya Əqli Mülkiyyət Təşkilatının beynəlxalq patent sistemində patentləşdirilib.

Qeyd olunur ki, genetik test vasitəsilə eyni anda 1536 nümunəni yoxlamaq olar. Bu, adi testlərlə müqayisədə 16 dəfə çoxdur.

Testin nəticəsini 3 gün sonra öyrənmək mümkündür.

Demokratikmusavat.com

Xəbər Lenti