AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Danışıqların faydası qaldımı? - Separatçılar Şuşanı paytaxt etmək istəyirlər - FOTO

  18

Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 21-də işğal altındakı Şuşaya gəlişi və bu şəhərdə Dağlıq Qarabağın yeni seçilən "prezidenti" Araik Aratunyunanın andiçmə mərasiminin keçirilməsi müharibəyə dəvətdir. 

Bunu Demokratikmusavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, Ermənistanın beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarını ayaq altına atdığını bildirib:

"Son tədbir erməni separatçılarının və baş nazir Nikol Paşinyanın təxribatı idi. Çünki keçmiş illərdə də Dağlıq Qarabağda "prezidentin" andiçmə mərasimi keçirilirdi və bu tədbirlər ermənilərin yaşadığı Xankəndidə keçirilirdi. Bu dəfə isə "andiçmə" mərasimini Şuşada keçirdilər. Halbuki, beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarına görə, Şuşa boşaldılmalı və azərbaycanlılara qaytarılmalıdır.

Nikol Paşinyanın "andiçmə mərasimini" Şuşada keçirməkdə iki məqsədi var idi:

Birinci məqsəd. Erməni separatçıları Şuşanı Dağlıq Qarabağın paytaxtı etmək istəyirlər.
İkinci məqsəd. Erməni separatçıları göstərmək istəyirlər ki, Şuşanı azərbaycanlılara qaytarmayacaqlar.

Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır

Nikol Paşinyan hər açıqlamasında bildirir ki, Azərbaycanla müharibənin əleyhinədir və Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir. Ancaq Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır. Çünki ermənilərin təxribatlarına uzun müddət dözməyin də bir limiti var. Nikol Paşinyan mayın 21-də "Pandora qutusunu" açdı. Azərbaycan cəmiyyəti mayın 21-də Şuşada tədbir keçirən ermənilərə qarşı ciddi tədbirlər görməyi tələb etdi. Sosial şəbəkələrdə hətta "Şuşanı vurun!" təbliğatı aparıldı. Əlbəttə, müharibənin riskləri var. Ancaq bu risklər Azərbaycanı qətiyyətli addımlardan çəkindirməməlidir.

Digər tərəfdən ermənilər Şuşada tədbir keçirəndə həm də onu düşünüblər ki, bölgədə koronavirus yayıldığı dövrdə Azərbaycan müharibəyə başlamayacaq. Onların bu düşüncələrinin yanlış olduğunu elə onların özünə sübut etməliyik. 

Azərbaycan Xarici İşlər Nazirliyi təkrarlanan bəyanatlarından birini yaydı. Növbəti bəyanat cəmiyyəti məmnun etmədi. Çünki XİN-nin bəyanatları təkrarlanır, bu isə münaqişənin həllini yaxınlaşdırmır. Azərbaycan cəmiyyətində belə fikir var ki, hazırkı dövrdə söz sahibi Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi olmalıdır. Azərbaycan ordusu bugünlərdə genişmiqyaslı təlimlər keçirir. Bu hərbi təlimlər Nikol Paşinyanı Şuşada "andiçmə mərasimi" keçirməkdən yayındırmalı idi. Ancaq bu, Paşinyanın və Xankəndidəki separatçıların planlarına mane olmadı. 

Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağın səmasına nəzarət edə bilər

Azərbaycan Dağlıq Qarabağın yollarına nəzarət edə bilmir. Buna baxmayaraq, Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağın səmasına nəzarət edə bilər. Hərbi təyyarələrin Dağlıq Qarabağ səmasında mütəmadi uçuşları erməni separatçılarına¸ Ermənistan hakimiyyətinə, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinə ciddi xəbərdarlıq olar. Erməni separatçıları Azərbaycanın hərbi təyyarəsini vursalar, bu, müharibənin başlanmasına şərait yaradacaq. Azərbaycan cəmiyyətində belə bir fikir var ki, Ermənistan rəsmilərinin helikopterlə Dağlıq Qarabağa gəlişlərinin qarşısı alınmalıdır. 

Bu arada, həmsədrlər - Rusiya, ABŞ və Fransa Ermənistan hakimiyyətini təxribatlardan çəkindirmirlər. Azərbaycan vasitəçilərə ən azı iki sual verməlidir: 

1) Həmsədrlər Ermənistan hakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər?

2) Erməni separatçıları həmsədrlərin hazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskunlaşdırma siyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələr boşaldılmalıdır.

Ya danışıqlara ara verilməli, ya da, ümumiyyətlə, danışıqlardan itmina edilməlidir

Bu suallara cavab yoxdur. Bu şəraitdə danışıqlara ehtiyac qalmır. Ermənistan hakimiyətinin təxribatları fonunda ya danışıqlara ara verilməli, ya da, ümumiyyətlə, danışıqlardan itmina edilməlidir. Bu Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ciddi mesajı olar. Azərbaycan cəmiyyəti erməni separatçılarına qarşı radikal addımlar atılmasını gözləyir.

Təhməz Təkin
Demokratikmusavat.com

Xəbər Lenti

Avropa Liqasında mövsümün ilk püşkü atıldı

Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

Levandovski 4-cü oldu

Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı

“Daha pis olacağını gözləyirdim”

Rasim Balayevin 72 yaşı tamam oldu - FOTO

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub

"Yuventus" Sarriyə təzminat ödəyəcək

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Arzu Nağıyev: "Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir" - FOTO

Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi: "Dedi polisə şikayət etsən, səni tapıb öldürəcəm"

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

Lukaşenko səs verdi

"Arsenal"da mövsümün futbolçusu müəyyənləşdi

"Qlyukoza" 3 illik deportasiya olundu

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

"Başakşehir"də yeni transfer

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan YENİ PROQNOZ

Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

Suraxanıda qardaşını öldürən şəxs saxlanıldı

Azərbaycan-Türkiyə təlimlərində xüsusi təyinatlılar - FOTO - VİDEO

Arye Qut: "Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib"

Gürcüstanda 9 yeni yoluxma...

Tovuzda bıçaqlanan qadın öldü

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda avtobuslar üçün zolaqların təşkili ilə bağlı təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək

Çində koronavirusa 23 nəfər yoluxub

Çexiyada güclü yanğın: 11 nəfər öldü, 3-ü uşaqdı

"İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm"

Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Belarusda prezident seçkiləri başlayıb

Cəbhədə son vəziyyət: mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu

Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı

Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

Moskvada koronavirusdan daha 12 nəfər öldü

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi