AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Şimali Koreya ÜST-ə dəstək verdi

  12

Ümumdünya Səhiyyə Assambleyasına qatılan Şimali Koreya heyəti COVID-19 pandemiyasına görə tənqidlərin hədəfinə çevrilən ÜST-ə dəstək nümayiş etdirib.

Demokratikmusavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Şimali Koreya heyəti pandemiyanın gözardı edilməsində ÜST-nin və ya hər hansı bir ölkənin günahlandırılmasını məsuliyyətsizlik adlandırıb. Həmçinin Şimali Koreya ÜST-ü təbii fəlakətləri siyasi maraqları üçün istifadə etməyə çalışan ölkələrdən ehtiyyatlı olmağa çağırıb.

Qeyd edək ki, Şimali Koreyada koronavirusa hər hansı yoluxma faktı ilə bağlı bu günə qədər heç bir açıqlama verilməyib.

Demokratikmusavat.com

Xəbər Lenti