AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ovçu yeddi nəfəri güllələyib öldürdü - FOTO

  13

Ukraynanın Jitomır vilayətində faciə yaşanıb.

Demokratikmusavat.com oxu.az-a istinadən xəbər verir ki, hadisə barədə Ukraynanın Daxili İşlər nazirinin müavini Anton Geraşenko "Facebook" səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, yeddi nəfər istirahət məqsədilə Novoselitsa kəndinə gəliblər. Göl sahilində istirahət edən şəxslər spirtli içki qəbul etdikdən sonra yuxuya gediblər.

Qonaqlardan ikisi ərazinin icarədarı və ovçuluqla məşğul olan şəxslə içki məclisini davam etdiriblər. Gecəyarısı onlar arasında mübahisə yaranıb. Təcrübəli ovçu tüfəngi ilə öncə iki, daha sonra isə yatmış altı nəfəri güllələyib. Güllə yarası alan yeddi nəfər hadisə yerində ölüb.

Yalnız bir nəfər meşəyə qaçaraq, hadisə barədə polisə məlumat verə bilib.

Demokratikmusavat.com

Xəbər Lenti