AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Böyük Britaniyaya səfər edənlər iki həftəlik karantinə alınacaq

  13

Böyük Britaniya hökuməti xaricdən gələnlərin iki həftə müddətində karantinə alınmasının zəruriliyi barədə qaydalar hazırlayıb.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bu qaydalar iyunda qüvvəyə minəcək.

Qeyd olunur ki, Böyük Britaniyaya gələn əcnəbi vətəndaşlar müvafiq məlumatları, o cümlədən yaşayacaqları ünvanı təqdim etməli və həmin ünvanda iki həftə müddətində özünütəcrid qaydalarına əməl etməlidir.

Bu qaydaların pozulmasına görə min funt sterlinq məbləğində cərimə tətbiq olunacaq.

Demokratikmusavat.com