AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Keçmişdən gələcəyə nə daşıyırıq? - ON İKİNCİ YAZI - YUNUS OĞUZ YAZIR

  20

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus Oğuz

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Yunus Oğuz

  •    On ikinci yazı

a) tarix ibrətdir

2. İkinci qüvvə prezident səlahiyyətlərini icra edən Ali Məclisin sədri Yaqub Məmmədov sayılırdı, o da tutduğu vəzifəyə görə idi. Faktiki olaraq o AXC və Nazirlər Soveti tərəfindən çarpaz atəş altında qaldığından özünə heç bir komanda yarada bilmədi. Tez-tez fikirlərində və əməllərində dəyişiklik edən sədrə heç kim ciddi baxmırdı. Məhz onun səhvi ucbatından İranı münaqişənin həlli üçün bu prosesə cəlb etməsi və bu ölkəyə rəsmi səfəri, buradan konfliktin çözülməsinə görə bəyanatlar verilməsi Rusiyanı qıcıqlandırdı. Regionda kimin gücə sahib olması məsələsi özünü çox gözlətmədi. Şuşa və Laçını rusların köməyilə ermənilər işğal etdi. Bir haşiyə də çıxım. Şuşanı əsas qoruyan şəxslərdən biri AXC Şuşa rayon şöbəsinin sədri Ramiz Qəmbər idi. Bu qəhrəman köklü, vətən eşqi ilə yaşayan və vuruşan şuşalı idi. Savadı və döyüşkənliyi ilə seçilirdi. Hərdən Azərbaycan Elmlər Akademiyasına, işlədiyim Fəlsəfə və Hüquq İnstitutuna gəlirdi.

Bakıda çıxan gizli qəzetləri toplayıb ona verirdim, həm də Şuşa rayon şöbəsinin qəzetinin  materiallarını gətirir, mən Bakıda qəzet halına salıb təhvil-təslim edirdim. Hər dəfə də deyirdi ki, burdan apardığım qəzetlər yüz nəfərin işini görür. Deyirdi ki, inşallah bu müharibə qurtarsın hökmən elmlə məşğul olacam, çünki sözün qələbə qazandığı yerdə silahlar susur. Hə, Şuşa alınmamışdan bir neçə gün öncə, səhv etmirəmsə, aprel ayının sonu olardı, o  müəmmalı şəkildə qətlə yetirildi, ya öldürüldü, hələ də bilinmir. Ümumiyyətlə, Şuşanın ermənilər tərəfindən alınması, yaxud təhvil verilməsi hələ də sirri- möcüzə olaraq qalır, baxmayaraq ki, sonralar bununla bağlı gurultulu məhkəmələr oldu, şəhəri qoruya bilmədiyi üçün o zamankı məsul şəxslər həbs olundu. Amma, işin ucunu müstəntiqlər bir yerə çıxara bilmədilər.

3. Üçüncü qüvvə daima qüvvələr arasında manevr edən, Ayaz Mütəllibovdan qalan Nazirlər Kabineti və əksəriyyəti kommunist olan nazirlər idi. Onlar Azərbaycan hökumətinin fəaliyyətinə cavabdeh idilər və istənilən vaxt iqtisadi və siyasi təxribat edə bilirdilər. Onlar heç bir qüvvə ilə üzdə mübarizə aparmırdılar, ancaq alt qatda istənilən məsələyə qulp qoyurdular. Məhz Xalq Cəbhəsinin taktiki səhvi ucbatından, onun hakimiyyətinin ömrü qısa oldu, yəni siyasi hakimiyyət ələ keçirildikdən sonra, növbədə iqtisadi hakimiyyətin ən vacib olan vəzifələrinə sahiblənmək gərək idi. İqtisadi təxribatın, məsələn çörək qıtlığının yaranması və başqa ərzaqların qəhətə çıxması cəbhənin fəaliyyətini xalqın gözündə nüfuzdan saldı. Etiraf etmək lazımdır ki, vəzifəli kommunistlərin əksəriyyəti Azərbaycanın müstəqilliyini istəmirdi. Gah bu tərəfə, gah digər tərəfə meyl etməklə, faktiki olaraq yığdıqları pulları xərcləyə-xərcləyə yerlərini müəyyən müddət qorumağı bacardılar. Aralarında, insafən vətəni sevən yaxşı mütəxəssislər də vardı. Ancaq qurunun oduna yaş da yanırdı.

Bir az önə gedib bir faktı deyim. 14 may 1992-ci ildə A. Mütəllibov çevriliş edib bir günlük hakimiyyətə qayıdanda ilk işi Milli Məclisdə baş nazirin irəli sürülməsi və təsdiqlənməsi oldu və baş nazir Rəhim Hüseynov oldu. Cəbhə hakimiyyətinin bir illik müddətində də o on ay bu vəzifədə çalışdı. Bir sözlə bu qüvvələrin arasında siyasi ayağı sürüşkənlər kifayət qədər olduğundan  onları ciddi qüvvə hesab etmirdilər, ancaq onlar öz işlərini görürdülər. Hətta, cəbhəçi baş nazir olanda bir neçə yerdə etiraf etdi ki, mənim üçün kommunistlərlə işləmək asandır, nəinki cəbhəçilərlə. Cəbhəçilərin bəziləri göz önündə (söhbət vəzifə tutanlardan gedir) deqradasiya olunurdular. Müstəqillik uğrunda mübarizə aparmaq, məlum olurdu ki, asan idi, çünki orada hədəf bəlli idi. Yeni dövlət quruculuğuna başlamaq lazım gələndə etiraf edim ki, biz buna hazır deyildik. Çünki bir tərəfdən faktiki olaraq Qarabağ və ətraf rayonlarda müharibə gedirdi və təkcə Azərbaycan daxilində deyil, ondan kənarda da yaşayan azərbaycanlılar pis-yaxşı bu müharibəyə cəlb edilmişdilər. Azərbaycandan barıt iyi gəlirdi, istər Qarabağda, istər Bakıda. Digər tərəfdənsə müharibə əhval-ruhiyyəsində yaşadığımız halda, həm də demokratik dövlət quruculuğuna girişmək istəyirdik. Müharibə hara, demokratiya hara? Bax ən böyük səhvimiz məncə burda idi. Bir halda ki, hər şey müharibə üçün idi, o zaman demokratiya oyununa nə hacət qalırdı? Düşünürəm Ayaz Mütəllibov istefa verdikdən sonra hər şey müharibə şəraitinə uyğunlaşmalı, yaxud da uyğunlaşdırılmalıydı, yəni siyasi partiyalar fəaliyyətini dayandırmalı, qəzetlər, yalnız dövlət mətbuatı, özü də ciddi senzura altında fəaliyyət göstərməli, bütün demokratik təsisatlar dayandırılmalı idi. Amma  bu olmadı. Artıq 1992-ci ildə qabaqkı illərdən fərqli olaraq birlik enerjisi bölünməyə başlanmışdı.

Elə bu bölünmənin səbəbi idi ki,

4) dördüncü qüvvə Milli İstiqlal və onun lideri Etibar Məmmədov hesab edilirdi. Onun kütlə arasındakı böyük nüfuzu imkan verirdi ki, müharibə dövründə liberal dəyərlərdən imtina etsin və "müstəqil dövlətin diktatoruna üstünlük verərəm" kəlməsini işlətsin. Bu cəmiyyətdə birmənalı qarşılanmasa da, hər halda savaş zamanı, düşünürəm doğru fikir idi. Amma, məhz onun bu fikirlərinə görə, gələcək hakimiyyət bölgüsündə dəfələrlə liberallar tərəfindən aldanılacaq və istiqlalçılar da bütün qüvvələrini səfərbər edəcəklər ki, Xalq Cəbhəsi hakimiyyətdən uzaqlaşsın. Bu hələ bir ildən sonra, 1993-cü ildə baş verəcəkdi. 1992-ci ildə isə, üzdə, xalq gözündə olsa da əksər qüvvələr bir yerdə olmağa çalışırdılar. Nə olmasından asılı olmayaraq, Xalq Cəbhəsi ən mobil və aparıcı qüvvə olduğundan bir çox siyasi qüvvə onunla razılaşırdı. Amma çatlar görünürdü. Milli istiqlalçılar ətrafında,  milli burjuaziya yaratmaq istəyənlər, o cümlədən imkanlı insanlar da toplaşmağa başlamışdılar. Elə onların vasitəsilə, yaxud etdikləri ianələrin hesabına silah-sursat alırdılar. Hətta istiqlalçılar özlərinin bir neçə hərbi batalyonunu yaratmağa müvəffəq olmuşdular. Bax, çat vermə deyəndə buna, yaxud buna bənzər hadisələrə işarə edirdim.

5. Beşinci qüvvə isə Naxçıvanda demək olar ki, seçki yolu ilə hakimiyyəti ustalıqla tam ələ almış və siyasi prosesləri dərinliklə izləyən, hər hadisədən nəticə çıxardan Heydər Əliyəv idi. Gələcəkdə tarixi hadisələr sübut edəcəkdi ki, sırada beşinci yazdığım qüvvə birinci yerə keçəcək və Azərbaycanı xaosdan və real parçalanmadan qurtaracaqdı, hələliksə, bu müdrik insan Xalq Cəbhəsi ilə bir yerdə çəkici eyni zindana vurur, hətta Xalq Cəhbəsinin nümayəndəsini Naxçıvanda Baş nazir təyin edir. Sonradan, bu Baş nazir İrandan gələn "saqqız" əməliyyatına görə biabırcasına Naxçıvandan qovulacaq, H.Əliyev Bakıda hakimiyyətə gələndən sonra Türkiyəyə üz tutacaq və orada həmişəlik yaşamaq qərarını verəcəkdi.

Bir həqiqəti yazım.Düzdür, buna görə bəziləri mənə qıyqacı da baxacaqlar, amma olsun. Heydər Əliyev 2003-cü ildə  Azərbaycandan ayrıldıqdan sonra daha nəhəng görünür. Onun ölümündən on yeddi il keçib, amma baxırsan ki, uzaqda bir zirvə kimi durur. İllər keçdikcə bu zirvə daha da nəhəngləşir. O özü bir nəhəng fikir babası, siyasi-ictimai xadim olduğundan və Azərbaycanın özü zaman-zaman getdikcə nəhəngləşdiyindən onun dövlətdə yeri və rolu, xidməti indi daha çox başa düşülür. Düzdür, onun haqqında kifayət qədər kitablar yazılıb, amma düşünürəm ki, bu yetərli deyil, çünki Azərbaycan daxilində yazılan kitabların müəlliflərin bəziləri bu əsərləri umacaqla yazıblar.Ona kənardan baxıb yazmaq çox mətləblərə açar ola, onun nəhəngliyini, sosial-siyasi, psixoloji portretini yarada bilərdi.O təkcə siyasi həyatı mükəmməl bilməklə və onu ustalıqla həyata tətbiq etməklə yanaşı, həm də iqtisadiyyatımızın, etnososial psixologiyamızın, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, musiqimizin, mətbəximizin və hər şeydən əvvəl insan psixologiyasının gözəl bilicisi idi. O insan psixologiyasının həm də mükəmməl mühəndisi hesab edilə bilərdi və edilməlidi də.

Bir də, bütün bu siyasi qüvvələrdən kənarda ordu vardı və bizim qənaətbəxş olmayan fəaliyyətimiz nəticəsində bəzi adamlar, liderlər və siyasi qüvvələr ayrı-ayrı hərbi hissələri  daxil münaqişələrə çəkir, bu da son nəticədə ermənilərə doğru yönələcək qüvvələri torpaqlarımızı azad etmək əvəzinə, kimlərisə hakimiyyətdən almaq üçün istifadə edildi.Və beynəxalq rəylərin Azərbaycanın xeyrinə yönələn bir zamanda (qeyd edim ki, artıq iyunun sonunda Londonda neft müqaviləsi bağlanmalı idi. Həm də 93-cü ilin aprelində Kəlbəcər işğal olunanda Birləşmiş Millətlər təşkilatı 822 nömrəli qətnamə qəbul etdi və Ermənistanı işğalçı kimi göstərərək qeyd-şərtsiz işğal olunmuş torpaqları azad etmək tələb olundu) 4 iyunda briqada komandiri Sürət Hüseynov tərəfindən qiyam baş verdi. Bir neçə ay öncə Qarabağ uğrunda döyüşlərdə uğurla irəliləyən ordu hissələrimiz, bu dəfə silahlarını Xankəndinə tərəf deyil,  Bakıya  doğru tuşlandılar.

Ardı var...

Demokratikmusavat.com

Xəbər Lenti

Toylarsız qalan meyxanaçı Vüqar Əbdülov "maklerliyə" başladı - FOTO

Çimərliklərdə bugünkü vəziyyət - Yenə sıxlıq - FOTO

Avropa Liqasında mövsümün ilk püşkü atıldı

Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

Levandovski 4-cü oldu

Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı

“Daha pis olacağını gözləyirdim”

Rasim Balayevin 72 yaşı tamam oldu - FOTO

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub

"Yuventus" Sarriyə təzminat ödəyəcək

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Arzu Nağıyev: "Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir" - FOTO

Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi: "Dedi polisə şikayət etsən, səni tapıb öldürəcəm"

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

Lukaşenko səs verdi

"Arsenal"da mövsümün futbolçusu müəyyənləşdi

"Qlyukoza" 3 illik deportasiya olundu

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

"Başakşehir"də yeni transfer

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan YENİ PROQNOZ

Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

Suraxanıda qardaşını öldürən şəxs saxlanıldı

Azərbaycan-Türkiyə təlimlərində xüsusi təyinatlılar - FOTO - VİDEO

Arye Qut: "Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib"

Gürcüstanda 9 yeni yoluxma...

Tovuzda bıçaqlanan qadın öldü

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda avtobuslar üçün zolaqların təşkili ilə bağlı təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək

Çində koronavirusa 23 nəfər yoluxub

Çexiyada güclü yanğın: 11 nəfər öldü, 3-ü uşaqdı

"İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm"

Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Belarusda prezident seçkiləri başlayıb

Cəbhədə son vəziyyət: mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu

Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı

Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

Moskvada koronavirusdan daha 12 nəfər öldü

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi