AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Sevil Mikayılova: Bütün dövlətlər bu gün Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar - VİDEO

  13

Azərbaycan dünyanın siyasi xəritəsində 20-ci əsrdə müstəqil ölkə kimi öz yerini tapdıqdan sonra çox düzgün, milli maraqlara söykənən, dövlətçiliyin qorunmasını dəstəkləyən siyasət həyata keçirməyə başlayıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova DTV-nin "Aktual" verilişində Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı mövzusuna münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Bu siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan dövləti dünyanın aparıcı ölkələri tərəfindən dəstəklənir və birmənalı şəkildə ən etibarlı tərəfdaş kimi qəbul olunur. İlk olaraq dövlətimiz suveren ölkə kimi BMT-yə daxil oldu. Azərbaycan dövləti tərəfindən aparılan və düzgün siyasi çərçivəyə yerləşdirilmiş, milli maraqlara söykənən, həmçinin təməl prinsiplərində ərazi bütövlüyümüzü ehtiva edən siyasətimiz bu gün göz qabağındadır".

Həmin verilişi təqdim edirik:

Demokratikmusavat.com