AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ermənistanın regionun təhlükəsizliyi üçün ən böyük təhlükə olduğunu bir daha sübut edir - Afət Həsənova

  18

Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan qondarma "andiçmə" şousu Ermənistanın heç bir beynəlxalq sənəd və prinsiplərə məhəl qoymadığını və regionun təhlükəsizliyi üçün ən böyük təhlükə olaraq qaldığını bir daha göstərdi.

Demokratikmusavat.com bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edən, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma "seçkilər"lə bağlı "andiçmə" şousunun təşkili, Ermənistanın nə qədər riyakar və destruktiv bir dövlət olduğunun daha bir bariz nümunəsidir:

"Ermənistanın bu məkirli addımı münaqişənin sülh yolu ilə tənzimlənməsinə böyük bir zərbədir və regionda vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan aydın şəkildə göstərir ki, münaqişənin sülh yolu ilə həll edilməsində heç bir marağı yoxdur və bu cür təxribat xarakterli addımlar atmaqla danışıqlar prosesini pozmağa və status-kvonu qoruyub saxlamağa çalşır. Bu şou, həmçinin Ermənistanda separatizmin dövlət siyasətinə çevrildiyinin əyani sübutudur.

Tarix boyu xalqımıza qarşı insanlığa sığmayan cinayətlər və qırğınlar törətmiş ermənilərdən riyakarlıqdan başqa heç nə gözləmək olmaz. Onlar daim xalqımızın qanına susayıb, dinc əhalimizə qarşı ən ağır cinayətlər törədiblər".

A.Həsənova qeyd edib ki, Azərbaycan əhalisi dəfələrlə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) ermənilər tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan qırğınlara məruz qalıb:

"1918-ci il martın 30-u, 31-i və aprelin 1-də ermənilər təkcə Bakıda 15 min azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Həmin ilin mart-may aylarında isə erməni silahlı dəstələri Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətməklə 50 mindən çox soydaşımızın həyatına son qoydular. Ermənilərin Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində törətdikləri qətllər də xüsusi qəddarlığı ilə seçilib. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilib, yüz minlərlə azərbaycanlı qətlə yetirilib".

Deputat vurğulayıb ki, ermənilərin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi bəşər tarixinin ən qanlı qırğınlardan biri də Xocalı soyqırımıdır:

"Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir edilib".

A.Həsənova bildirib ki, xalqımıza qarşı törədilmiş bu qəddarlıqların fəal iştirakçısı olan Zori Balayanın "andiçmə" şousunda iştirakı Ermənistan rəhbərliyinin ciyatəkar mahiyyətini aydın şəkildə ortaya qoyur.

A.Həsənova qeyd edib ki, Ermənistan tərəfi öz təbirincə qondarma "seçkilər" keçirməklə, "andiçmə" şouları düzəltməklə və danışıqlar prosesini pozmaqla Azərbaycan torpaqlarının işğalını davam etdirməyə və status-kvonu saxlamağa çalışır:

"Ermənistan anlamalıdır ki, Azərbaycan gec-tez istər sülh, istərsə də hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyünü bərpa edəcək. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun gücünü bir daha göstərdi. Ermənistanın öz orduları barəsində uydurduqları mif bir anda məhv oldu. Ermənistan tərəfi başa düşməlidir ki, Azərbaycan ordusu daim güclənir və əgər aprel döyüşləri təkrarlanarsa, bu dəfə Ermənistan daha böyük fəlakətlə üzləşməli və acı məğlubiyyəti yaşamalı olacaq".

Demokratikmusavat.com 

Xəbər Lenti

COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Bakıya çatdı - FOTO

Gəlin toyunda öldü

Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu

Səfir: "Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə dəstəyini davam etdirir"

Deputat: Paşinyanın belə təxribatlarla ölkədəki dərin böhranı aradan qaldırmaq cəhdi hər hansı bir nəticə verməyəcək

Ermənistan 12 iyulda informasiya təxribatı üçün köhnə taktikadan yararlandı və uduzdu

Məşhur aktyorun həyat yoldaşı xəstəlikdən öldü

Aygün Kazımovanın qızı ilə görüntüsü yayılan futbolçu sevgilisi ilə FOTO paylaşıb bu sözləri yazdı

Cəbhədə erməni təxribatının SƏBƏBİ? - Ehtiyatda olan polkovniklə MÜSAHİBƏ

ABŞ-da 17 il ərzində ilk dəfə məhkəmənin verdiyi ölüm cəzası icra edilmədi

Afət Həsənova: BMT-nin 31-ci xüsusi sessiyasının məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi tarixi hadisədir

"Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır"

Gəmiçinin siqaretlə ehtiyatsız davranışı güclü yanğına səbəb oldu

Koronavirusun yeni növü aşkarlandı

Elmar Məmmədyarov Lavrovla telefonla danışıb

Türkiyə XİN başçısı: “Ermənistan ağlını başına toplasın”

"Qalatasaray"da yeni rekordçu

Rusiya XİN-dən cəbhədəki təxribatla bağlı BƏYANAT: Növbəti eskalasiyanın yolverilməz olduğunu hesab edirik

YAP erməni təxribatı ilə əlaqədar bəyanat yaydı

"Məhz bu səbəbdən Nikol bir ölümcül nəticədən xilas olmaq üçün başqa bir ölümcül nəticəni - Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib"

“Genişmiqyaslı müharibə başlaya bilər” - Polad Bülbüloğludan sərt xəbərdarlıq

"Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır"

“Heç bir ərazi itkimiz yoxdur” - Azərbaycan MN

Prezident İlham Əliyev: "Hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir"

Prezident İlham Əliyev: Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib

Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı

Türkiyə vətəndaşlarından Azərbaycan ordusuna dəstək - FOTO

KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı

Ermənistanda koronavirusa yoluxanların sayı 32 mini keçib

Koronavirusa yoluxanların sayı bu ölkədə də artır

Qazaxıstanda koronavirus qurbanlarının sayı artmaqda davam edir

Özbəkistanda karantin rejimi ilə əlaqədar yeni qadağalar tətbiq olunub

"Uşağımı quru böhtandan qoruya bilmədim" - Brilliant Dadaşova

"Bu gün Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir"

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Qandonduran hadisə: internetdə uşaq satırlar - FOTOFAKT

"Elə 2016-cı ilin aprel döyüşləri də belə başlamışdı"

Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı

Həmkəndlisini ov tüfəngi ilə vuran Bərdə sakini saxlanıldı

"Yaranmış gərginliyə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir"

Röyanın 77 yaşlı Əsmər nənəyə tikdirdiyi ev - VİDEO

Zaqatalada əsgərimizin boğulması: faciə necə baş verib? - VİDEO

"Napoli" - "Milan" oyununda 4 qol - VİDEO

"Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar Ermənistanın dünya birliyinə və beynəlxalq hüquqa tam sayqısız yanaşdığını bir daha göstərdi"

"Haradasa münsif olsam, Pərvizi ora buraxmaram" - Zöhrə Abdullayeva

Cinayət-Prosessual Məcəlləsində vacib dəyişikliklər: artıq məhkəməyə getməyə ehtiyac qalmaycaq

“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır” - Rusiyalı politoloq

"Bakının gözəlliyi məni səssiz qoyub" - Canni de Byazi

Son sutkada Pakistanda koronavirusdan 74 nəfər ölüb

Qısqanc ər arvadının maşınını yandırmaq istədi

Polşa çempionatının qalibi müəyyənləşdi

"Sivasspor" səfərdə "Fənərbağça"nı məğlub etdi

Qazaxıstanda COVID-19 qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

"Qalatasaray" uduzdu

Başqa dinə mənsub olduğu üçün körpə qızın meyitini qəbirdən çıxardılar

London derbisində 3 qol

Məşhur hind aktrisası və qızı da koronavirusa yoluxdu

ABŞ-Meksika sərhədində yeni səddin 400 kilometrlik hissəsi çəkilib

Cəbhədə SON VƏZİYYƏT

Van gölündən çıxarılan cəsədlərin sayı 25-ə çatıb

Yaponiyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 72 nəfərə çatdı

Malidə iğtişaşlar zamanı ən az 11 nəfəri həlak olub

Venesuelada zəlzələ baş verib

Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

Cənubi Afrikada koronavirus səbəbindən alkoqol satışına qadağa qoyuldu

Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır

Kaliforniyada hərbi gəmidə yanğın bir neçə gün davam edə bilər

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Qeyri-rezidentlərin vergi öhdəlikləri hansılardır?

Qadın sürücü avtomobilini saatda 703 km sürətlə idarə etdiyi üçün cərimələndi - FOTO

Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert

Günün qoroskopu: Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

ABŞ-da koronavirusa rekord yeni 66528 yoluxma halı qeydə alınıb

Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı

Hikmət Hacıyev: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"

İtaliya klubunda koronavirus şoku

Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub

"Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..." - Qonşuda vəziyyət

Koronavirusa yoluxan oğlunu öldürən futbolçu bəraət istəyir

Roza Zərgərlinin oğlu əsgərlikdən qayıtdı - VİDEO

Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”

Roma Papasından Aya Sofyanın məscidə çevrilməsinə REAKSİYA

Koronavirusun üçüncü dalğası da gözlənilir

“Formula-1”: 3-cü mərhələ də Avstriyada keçirə bilər