AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Peskovun xanımı koronavirusdan sağaldı, özü isə...

  12

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, tanınmış fiqurist Tatyana Navka koronavirusdan sağalıb.

Demokratikmusavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xanımın özü məlumat verib. O, Rusiya KİV-nə danışaraq, virusdan xilas olduğunu açıqlayıb: "Yenidən məndən test nəticələri götürüldü, cavab neqativ oldu. Hər şey yaxşıdır. Dmitri isə sağalmağa doğru gedir, xəstəxanadadır".

Qeyd edək ki, mayın 12-də Peskovun COVID-19-a yoluxduğu açıqlanmışdı. Onun ardınca xanımının test nəticələri də müsbət çıxmışdı.

Demokratikmusavat.com