AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Ölmək istəmirəm" - Könül Xasıyeva

  14

Xalq artisti Könül Xasıyevanın səhhətində yenidən problem yaranıb.

Demokratikmusavat.com axşam.az-a istinadən bildirir ki, hazırda Şəkidə olan xanəndə müalicələrini davam etdirdiyini vurğulayıb.

Xasıyeva sistem vurdurarkən fotosunu İnstaqramda paylaşıb. O, şəklinə "Allahın yazısına pozu yoxdur. Amma Kazımın (oğlu - red.) toyunu görmədən ölmək istəmirəm" sözlərini yazıb.

Qeyd edək ki, muğam ifaçısı onurğa iflicindən əziyyət çəkir. K.Xasıyeva bir müddət əvvəl açıqlamasında dəhşətli ağrıları olduğunu demişdi.

Sənətçi xəstə anasına baxmaq üçün uzun müddətdir Şəkidə qalır.

Demokratikmusavat.com

 

Xəbər Lenti