AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Aşıq Rusiyada vəfat etdi - Yaxınları nəşi Azərbaycana gətirə bilmir

  12

Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.

Demokratikmusavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.

Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.

Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.

Demokratikmusavat.com

Xəbər Lenti