AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bolqarıstan Aİ və Şengen zonası ölkələri üçün sərhədləri açıb

  12

Bolqarıstan Avropa İttifaqı və Şengen zonası ölkələrinin vətəndaşlarına ölkəyə gəlməsinə icazə verib.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Bolqarıstan Səhiyyə Nazirliyinin qərarında deyilir.

Mayın 22-dən etibarən Bolqarıstan qeyd olunan ölkələr üçün sərhədləri açıb. Bu gündən etibarən ölkəyə səfər edən şəxs yaşadığı yer üzrə 14 gün müddətinə karantinə alınmalıdır.

Bu tələb tibb işçiləri, diplomatlar, beynəlxalq təşkilatlaırn nümayəndələri, mövsümi işçilər və beynəlxalq sərnişin daşımaları ilə məşğul olan avtobus sürücülərinə şamil olunmayacaq.

Qeyd edək ki, Bolqarıstan martın 19-dan etibarən infeksiyanın daha çox yayıldığı ölkələr üçün sərhədləri bağlamışdı.

Demokratikmusavat.com

Xəbər Lenti