AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bottas "Mersedes"i tərk edir

  12

"Mersedes"in sürücüsü Valtteri Bottas komandasını dəyişir.

Demokratikmusavat.com fanat.az-a istinadən xəbər verir ki, onun meneceri Didye Koton "Reno" ilə danışıqlara başlayıb. Artıq idmançının agenti "Reno"nun rəhbəri Siril Abitebulla görüşüb.

Finlandiyalı pilot 2017-ci ildə "Mersedes"ə transfer olunmuş, komandanın və Hamiltonun çempionluqlarında böyük rol oynamışdı. Lakin 30 yaşlı sürücünün yerini Sebastyan Fettel və Corc Rassel kimi adlardan birinin tutacağı deyilir. Belədə, Bottasın özünə komanda axtarması başadüşüləndi. 

Demokratikmusavat.com

Xəbər Lenti