AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Rusiyada pandemiyadan müflisləşmiş azərbaycanlı iş adamının yanmış cəsədi tapıldı

  12

Pandemiya fonunda biznesdəki uğursuzluqlar 50 yaşlı azərbaycanlı iş adamının Rusiyada faciəvi ölümü ilə nəticələnib. Onun yanmış cəsədi tapılıb.

Demokratikmusavat.com oxu.az-a istinadən xəbər verir ki, cəsəd Moskva vilayətinin Lyubertsı şəhərində tapılıb.

Məlumata görə, azərbaycanlı iş adamı meyvə və tərəvəz ticarəti ilə məşğul olub. Onun mağazası yerli sakinlər arasında məşhur imiş. Lakin pandemiya iş adamının işinə ciddi zərər vurub. 

Müstəntiqlər mərhumun Rusiya paytaxtında taksi sürücüsü işləyən qardaşı ilə əlaqə saxlayıblar. O, qardaşının problemlərdən şikayət etmədiyini və borcunun olmadığını vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.

Demokratikmusavat.com

Xəbər Lenti