AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kamaləddin Qafarov: “DOST mərkəzləri uğurlu sosial siyasətin vacib atributudur”.

  25

"Ölkəmizdə Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində aparılan işlərin həcmi və coğrafiyası gündən-günə genişlənir".

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışından bəhs edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Mərkəzlərdə xidmətlər sistemləşdirilmiş formada "bir pəncərə" prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində göstərilir. Həmin xidmətlərin siyahısına əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrlə bağlı 126 xidmət növü daxildir.

K.Qafarov bildirib ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlər sisteminin innovativ yanaşmalara əsaslanan modern, çevik iş prinsipinə malik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin bərqərar edilməsidir.

Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 3 saylı DOST mərkəzinin açılışında iştirakı, bu sosial layihəyə verilən önəmin və sözügedən sahədə görülən işlərin, aparılan islahatların nəticəsinə olan marağın əyani sübutudur. Prezidentimiz AzTV-yə müsahibəsində bildirib ki, vətəndaşların bu layihəni bəyənmə əmsalı 96 faizə çatmışdır. İnnovativ inkişaf , həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən, məqsədlərindən və atributlarından biridir. DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması nəzərdə tutulur.

Millət vəkilinin fikrincə, DOST mərkəzləri vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi, daha əlçatımlı şəkildə yararlanması üçün yeni bir imkandır. Burada müxtəlif bürokratik əngəllərlə birbaşa ünsiyyət minimuma endiriləcək, sistemin elektronlaşdırılması vətəndaşların sosial yardımlardan və digər xidmətlərdən istifadəsini asanlaşdıracaq, şəffaflığın yüksəldilməsinə gətirib çıxaracaqdır.

Yaxın perspektivdə - 2020-2025-ci illərdə ölkəmizdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. "ASAN xidmət", ABAD, DOST kimi sosial layihələr təkcə ölkəmizdə deyil, hətta onun hüdudlarından çox-çox uzaqda da geniş maraq doğurub və bu prosesin davamlı olacağı gözlənilir. Bütün dünyanı bürüyən koronavirus pandemiyasına baxmayaraq, ölkəmizdə iqtisadi tərəqqi, artan maliyyə imkanları güclü sosial siyasətin davamlılığını təmin edir.

K.Qafarov əlavə edib ki, Azərbaycan yaranmış ekstremal şəraitdə nəinki iqtisadi inkişaf tempini, makroiqtisadi sabitliyi, maliyyə stabilliyini qoruyub saxlamış, hətta bu günə qədər daha çox köməyə ehtiyacı olan 13 ölkəyə və 3 beynəlxalq təşkilata da yardım göstərib.

Millət vəkili sonda bildirib ki, DOST mərkəzlərinin yaradılması Prezident İlham Əliyevin sosial sahədə apardığı islahatlar proqramının növbəti, uğurlu bir səhifəsidir. Bu uğurun qayəsində şəffaflıq, düzlük, operativlik, innovativlik və vətəndaşlara yüksək nümunəvi xidmət dayanır. Heç şübhə yoxdur ki, DOST mərkəzlərinin çoxaldılması sosial məmnunluğu daha da yüksəldəcək, vətəndaşlara daha sivil sosial xidmət göstərilməsini təmin edəcəkdir.

Demokratikmusavat.com

Xəbər Lenti

Əfqanıstanda partlayış: ölən və yaralananlar var

Fransada rekord sayda yeni yoluxma qeydə alındı

ÜST: COVİD-19-la bağlı 8 peyvənd klinik sınaqların sonuncu mərhələsindədir

Tovuzun kəndləri yenə atəşə tutuldu - Cəbhədə son vəziyyət

Moskvada koronavirusdan daha 13 nəfər öldü

Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötdü

Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır

İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək

Tramp ABŞ-ın "Oracle" şirkətinə "TikTok"u almağa razılıq verdi

Londonda yeni karantin və peyvəndləməyə qarşı etiraz: 32 nəfər saxlanıldı

Tramp: "ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq"

Moskvanın hava limanlarında 33 aviareys ləğv edildi və ya təxirə salındı

Avtobusun çaya düşdü: 14 nəfər öldü

Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötdü

Azərbaycanda avtomobil benzinin istehsalı artıb

Günün qoroskopu: daha neytral işlə məşğul olun

Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ

Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb

Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlandı

Prezident İlham Əliyev: "Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!"

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb - FOTO

"Paxıl olmayın, qurdlar sizi yeyər" - FOTO

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

"Genoa"da iki yeni transfer

ABŞ-Rusiya-Çin "geosiyasi üçbucağı": risklər və təhlükələr

""Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir" - Deputat

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

"Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"

Ronaldu ilin ən yaxşısı seçildi

SEPAH-ın komandanı: “Qasım Süleymaninin qisası mütləq alınacaq”

Azərbaycan gələcəyə ümidlə baxır, strateji hədəflərinə doğru səbrlə, qətiyyətlə addımlayır

İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçdi

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"

Vergidən 8 milyon 396 min manat yayındıran şirkət rəhbərinin istintaqı yekunlaşdı

Yoluxanlarla bağlı bu günə olan statistika

"Belə şəxslər pensiya alsalar da..."

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub

Azərbaycan neftinin qiymətləri dəyişdi

SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqladı

FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərildi

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib - FOTO

Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Əmisinin evində narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

Çay haqqında bilmədiklərimiz

Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb? - Rəsmi cavab

ABŞ-da silahlı insident: 2 nəfər ölüb, 14 nəfər yaralanıb

""Qarabağ"a olan inamım dəyişməyib" - Tahir Gözəl

"Hələ də səni sevməyim məni məhv edir" - Boşanan Ayseldən səmimi etiraf

"Qəbələ"dən ayrılan yarımmüdafiəçi Polşa klubunda

Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?

"Liverpul" Dembeleni icarəyə götürmək istəyir

Prezident İlham Əliyev: ""Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi başlayır"

Kürdəmirdə qazsız abonent qalmadı - FOTO

Levandovski dələduzluqda ittiham olunur

Vilayət Eyvazovdan rəis təyinatı

Prezident İlham Əliyev: "Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir"

Əhəd Abıyev milyonluq mülklərinin olması iddialarına cavab verdi

Qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş olub

Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib

Rusiyada son sutkada 6 065 nəfər COVID-19-a yoluxub

İranın Şərqi Azərbaycan vilayətində koronavirus xəstələrinin sayı artıb

“Milan” “Fulhem”dən yarımmüdafiəçi alır

"Onlar üçün nə Yaqublunun, nə də bir başqasının həyatının heç bir dəyəri yoxdur"

Magistraturaya plan yerlərinin 85 faizi dolub

İquainin yeni klubu müəyyənləşdi - RƏSMİ

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Ermənistanda 244 yeni yoluxma

Ronaldu mükafatlandırıldı

"Telegram"ın işində qüsurlar yaranıb

Azərbaycanlı aparıcı gözəllik salonunda müştəri ilə dava edib, onu qovdu - İDDİA - FOTO

Təbii qaz bahalaşıb

Ailədə mübahisə qanla bitdi: qadın bıçaqlandı

Müdafiə Nazirliyində müşavirə: Ordu sərt cavab tədbirlərinə tam hazırdır

DTX ölkənin tanınmış şəxslərinin xarici dövlətə "işləmələri" ittihamları ilə bağlı məlumat yaydı

"Real"ın yeni 11 nömrəsi

Cəbhə bölgəsində işsizlər üçün kiçik təsərrüfatlar qurulur - FOTO