AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Sahibə Qafarova vətəndaşları koronavirusla bağlı qaydalara riayət etməyə çağırıb - FOTO

  15

98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Demokratikmusavat.com xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, videoqəbulda millət vəkili seçicilərin xəstəliyə görə müavinətlərin təyin olunması, Şəmkirdə sosial evlərin tikilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların asfalt örtüyünün yenilənməsi, "Varlı həyat" kəndinin qazlaşdırılması, Çinarlı qəsəbəsi 1 saylı orta məktəbin binasının əsaslı təmiri və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Videoqəbulda seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün görüşdə iştirak edən İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Bir sıra digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək, Şəmkir rayonunda da sosial infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, dövlətimizin başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir, bununla bağlı mühüm tədbirlər həyata keçirilir. Həmçinin bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur, yüksək qiymətləndirilir.

Videoqəbulda millət vəkili S.Qafarovanın seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olduğu, onun istər Milli Məclisin plenar iclaslarında çıxışları zamanı, istərsə də müvafiq dövlət qurumlarına müraciətlərində seçicilərin qaldırdıqları məsələlərin əks olunduğu vurğulanıb.

S.Qafarova videoqəbulda iştirak edən bütün seçiciləri ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyə, mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi - profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Millət vəkili qarşıdan gələn Ramazan bayramı və 28 may - Respublika Günü münasibətilə seçiciləri təbrik edib, videokonfrans vasitəsilə görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: mübahisələrdə aqressiv darvanmayın

Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət: Tıxacda qalmamaq üçün...

Oyunlardan sonra müsahibələr olmayacaq

DİM ödənişsiz sınaq imtahanları keçirdi

"Saxtadır, yalan danışır, özünü mələk kimi göstərir"

Azərbaycan çempionatında müsahibələr ləğv olundu

Rozaya tərif yağdırdılar - “Fiqurası gəncləri yandıran məşhur” - FOTO

Küçəyə çıxmağa qadağa qoyulan Lənkərandan FOTOlar

Niyə Böyük Britaniya ölüm sayı ilə Avropada rekord qırdı?

Etirazçıları ələ salan arvadına görə klubdan qovuldu

İranda son sutkada koronavirusdan 75 nəfər öldü

"Tibbi maskadan istifadəyə dövlət səviyyəsində diqqət edilir"

"Nəvəm özümə oxşayır" - FOTO

Karantin qaydalarını pozan futbolçular cərimələndilər

Polis maska taxmayan şəxsi diziylə boğmağa çalışdı - Hindistanda - VİDEO - FOTO

Rusiyada bir gündə 197 nəfər koronavirusdan öldü

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Bakı polisi küçələrdə çağırış edir... - VİDEO

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

Polis jurnalistin xəstə anasına yardım etdi

Sevil Mikayılova: "AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər ictimaiyyətdə haqlı narazılıqlar yaradır"

Suriyada partlayış: 2 uşaq öldü

Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var

Gürcüstanda koronavirusa son sutkada 3 yoluxma qeydə alınıb

Əfqanıstanda polis maşını minaya düşdü: 11 nəfər ölüb

Fransa koronavirusa yoluxanların sayına görə onluqdan çıxdı, Hindistan altıncı yerə çatdı

10 günə Türkiyəyə 1000-dən çox xəstə gəldi

34 yaşlı müğənni koronavirusdan öldü

"Əl-Qaidə"nın Şimali Afrikadakı lideri öldürüldü

Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

Son sutka ərzində Misirdə “COVID-19” virusundan 40 nəfər ölüb

İranın zənginləşdirilmiş uran ehtiyatı nəzərdə tutulandan dəfələrlə çoxdur

ABŞ İrana qarşı neft embarqosunun müddətini uzadıb

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Moskvada koronavirusdan ölənlərin sayı 2 864 nəfərə çatıb

Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!”