AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Azərbaycan hərbi əməliyyatlara yalnız beynəlxalq vəziyyət buna imkan verdikdə başlaya bilər"

  13

"İnauqurasiya birinci dəfədir ki, Şuşaya salınıb və bu dəfəki "seçkilər" qondarma rejimin əvvəllər keçirdiyi "seçkil"ərdən fərqlənir. İnauqurasiyanın Şuşada keçirilməsi dediyiniz kimi, Azərbaycan üçün qıcıq, əsəb yaradır və faktiki olaraq diplomatiyada latınca kauzus beli deyilən bir anlayış var, yəni ki, "ürəyin çatır gəl vur" anlamına gəlir.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri hərbi ekspert Heydər Mirzə İctimai Televiziyanın efirində yayımlanan 3D verilişində deyib.

"Azərbaycan bunu etmədikdə bu Ermənistanın daxili auditoriyasına diplomatik qələbə bu donda verilir. Biz bunu anlamalıyıq. Düşmən tərəf də gözəl başa düşür ki, Azərbaycan hərbi əməliyyatlara yalnız beynəlxalq vəziyyət buna imkan verdikdə başlaya bilər. Lakin, qarşı tərəf görür ki, qlobal siyasət yenidən formalaşır. Dünyada hazırda böhrandır, vəziyyət qeyri-sabitdir. Bu şərait getdikcə regiondan supergüclərin, beynəlxalq qrup və maraq mərkəzlərinin diqqətinin yayınmasına səbəb ola bilər. Əslində, Azərbaycana da elə bu lazımdır".

Bəxtiyar Umarlı
Demokratikmusavat.com