AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

İƏT-in Milli Xəbər Agentlikləri Birliyi (UNA) koronavirusa qarşı mübarizə mövzusunda virtual forum keçirib - FOTO

  16

Mayın 16-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) "Koronavirusa qarşı səylərin dəstəklənməsində xəbər agentliklərinin rolu" mövzusunda ilk virtual forum keçirib. Əlliyə yaxın ölkənin rəsmi xəbər agentlikləri rəhbərlərinin, səfirlərin iştirak etdikləri forumda Azərbaycanı UNA-nın İcraiyyə Şurasının üzvü, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov təmsil edib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Krallığının İnformasiya naziri, UNA-nın İcraiyyə Şurasının sədri Məcid bin Abdullah əl-Qasbinin sədrliyi ilə keçən müzakirələrdə İƏT-in baş katibi Yusif bin Əhməd əl-Asimi, İslam İnkişaf Bankının prezidenti Bəndər bin Məhəmməd Həccar, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, İslam Radioyayım Birliyinin baş direktoru Məhəmməd Salimvaləd Buk, UNA-nın baş direktorunun müavini Zayid Sultan Abdullah, Küveytin Kuna agentliyinin prezidenti Şeyx Mübarək İbrahim əl-Sabah, Birləşmiş Ərəb Əmirliklərinin WAM agentliyinin baş direktoru Məhəmməd Cəlal əl-Raysi və başqaları iştirak ediblər.

Pandemiya dövründə informasiyaya tələbatın artması barədə danışan nazir Məcid bin Abdullah əl-Qasbi deyib: "Mövcud vəziyyət media qurumlarını fəallaşdırıb. Lakin çox sayda müxtəlif KİV-lərin olmasına baxmayaraq, rəsmi xəbər agentlikləri bu dövrdə də doğru-dürüst informasiyanın mənbəyi olaraq qalır. UNA İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə daim töhfə verib. Hazırkı mürəkkəb şəraitdə təşkilat milli xəbər agentlikləri ilə sıx təmasda çalışır, ölkələrimizdə baş verənlərlə bağlı dünyanı məlumatlandırmaqda davam edir".

Forumda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov koronavirus pandemiyasının mətbuatın məsuliyyətini ikiqat artırdığını, cəmiyyətin real vəziyyətlə bağlı doğru-düzgün məlumatlandırılmasında xəbər agentliklərinin aparıcı yer tutduğunu deyib. "Məhz bizim qurumlar hökumətlərin böhranla mübarizə strategiyasına informasiya dəstəyi göstərir, virusun fəsadlarından daha təhlükəli olan dezinformasiyanın qarşısının alınmasında iştirak edir. Ona görə də agentliklərdə feyk xəbərlərlə mübarizə virusla mübarizə işinin tərkib hissəsinə çevrilməlidir. AZƏRTAC feyk xəbərlərlə mübarizə ilə yanaşı, zəruri olan maarifləndirmə işini də yerinə yetirir, virusla bağlı məlumatlandırıcı materiallar yayır", - deyə o bildirib.

Azərbaycanda koronavirusa qarşı mübarizədən bəhs edən Aslan Aslanov vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizdə pandemiyanın yayılmasına qarşı səmərəli mübarizə aparılır, insanları və biznesi dəstəkləmək üçün sosial və iqtisadi proqramlar reallaşdırılır: "Azərbaycan Prezidentinin koronavirusla mübarizəyə strateji baxışının, birinci xanım Mehriban Əliyevanın davamlı dəstəyinin nəticəsi olan nümunəvi təcrübə və COVID-19-a qarşı mübarizənin Azərbaycan modeli bir sıra ölkələrdə maraqla qarşılanıb. Təsadüfi deyil ki, AZƏRTAC-ın bu mövzuda hazırladığı "Böyük çağırış və liderin xilaskarlıq missiyası" sərlövhəli analitik material 23 ölkənin 45 veb-resursunda, o cümlədən UNA-nın saytında dərc edilib. Bu, əməkdaşlığımızın ən gözəl nümunələrindən biri hesab oluna bilər. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin UNA-nın üzvü olan agentliklər tərəfindən geniş işıqlandırılması da pandemiya ilə mübarizədə ümumi informasiya fəaliyyətimizin daha bir diqqətçəkən epizodudur".

Forumda çıxış edənlər vurğulayıblar ki, pandemiya informasiya təminatında xəbər agentliklərinin cəmiyyətdə rolunun necə əhəmiyyətli olduğunu bir daha göstərdi. Feyk xəbərlərin qarşısının alınması, insanların virusla bağlı maarifləndirilməsi və mütəmadi məlumatlandırılması onların gündəlik fəaliyyətinin əsas hissəsinə çevrilib. Bu dönəmdə agentliklərin əməkdaşlığına, birgə səylərə daha çox ehtiyac duyulur. UNA-nın bu forumunun üzv agentliklər arasında informasiya mübadiləsini intensivləşdirəcəyinə əminlik bildirilib, tədbirin təşkilinə verdiyi dəstəyə görə AZƏRTAC-a minnətdarlıq ifadə olunub.

Sonda forum iştirakçıları birgə bəyanat qəbul ediblər. Sənəddə bildirilir ki, xəbər agentlikləri bundan sonra da insanları məlumatlandırmağı və maarifləndirməyi davam etdirəcəklər. Agentliklər bu istiqamətdə kontent müxtəlifliyini genişləndirməklə cəmiyyətə daha dolğun informasiya çatdıra bilərlər. Bununla əlaqədar UNA agentliklərə peşəkar bacarıqların inkişaf etdirilməsi üçün proqramlar təklif edir.

Bəyanatda İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin fəaliyyətinə Azərbaycanın dəstəyi xüsusi vurğulanıb.

Demokratikmusavat.com

Xəbər Lenti

Qadın sürücü avtomobilini saatda 703 km sürətlə idarə etdiyi üçün cərimələndi - FOTO

Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert

Günün qoroskopu: Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

ABŞ-da koronavirusa rekord yeni 66528 yoluxma halı qeydə alınıb

Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı

Hikmət Hacıyev: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"

İtaliya klubunda koronavirus şoku

Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub

"Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..." - Qonşuda vəziyyət

Koronavirusa yoluxan oğlunu öldürən futbolçu bəraət istəyir

Roza Zərgərlinin oğlu əsgərlikdən qayıtdı - VİDEO

Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”

Roma Papasından Aya Sofyanın məscidə çevrilməsinə REAKSİYA

Koronavirusun üçüncü dalğası da gözlənilir

“Formula-1”: 3-cü mərhələ də Avstriyada keçirə bilər

"Barselona" 19 yaşlı hücumçunu alır

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

“Qarabağ”ın avrokuboklardakı daha bir mümkün rəqibi bəlli oldu

Yolu Bakıdan keçən marşal: Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

Ekspress avtobuslar dayanacaqlarda saxlamayacaq - FOTO

“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil”

İranda daha 194 nəfər koronavirusdan öldü

Tbilisidə partlayış olub: ölən var

Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlandı - VİDEO

Ağcabədi sakinindən tüfəng və marixuana götürüldü - FOTO

Bu gün Azərbaycandakı Rusiya vətəndaşları Vətənə gətiriləcəklər

Ermənistan klubunda koronavirusa kütləvi yoluxma

SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb

"COVID-19 çimərlikdə yoluxmur"

Mehdi Cənnətov "Sumqayıt"la yeni müqavilə bağladı

Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

Nəzakət Teymurova koronavirusa yoluxdu - FOTO

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarının COVID-19 tesinin nəticələri açıqlandı

Ötən gün Avropada koronavirusdan 462 nəfər ölüb

ATƏT-in Baş katibinin səlahiyyət müddəti uzadılmayıb

Rusiyada daha 6615 nəfər COVID-19-a yoluxub

Azərbaycanda ilginc əməliyyatın təfərrüatı - İrandan narkotiki gətirən kimlər olub?

Qardaşını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Sevil Mikayılova: "Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib"

Ermənistanda daha 577 nəfər koronavirusa yoluxub

"Bu, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsidir"

İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı

Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Messidən növbəti rekord göstərici

Dünyada koronavirusa yoluxan 565 min nəfər ölüb

Pakistanda koronavirusa yoluxanların ümumi sayı 246 mini ötüb

"Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır"

Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb

PSJ-də yeni müqavilə

Kürdəmirdə ata oğlunu güllələyərək öldürdü

Çində zəlzələ olub

Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı

Dünya çempionu vəfat etdi

Tramp ilk dəfə maska taxdı

Qırğızıstanda zəlzələ olub

Çində partlayış: 17 nəfər yaralanıb

ABŞ-da atışma: 2 polis öldürüldü

Daha 39 mindən çox insanda koronavirus aşkarlandı

Bakıda kişini həyətlərində bıçaqladılar

Məşhur hind aktyoru koronavirusa yoluxdu

"Barselona" və "Atletiko" turu qələbə ilə başa vurdu

"Yuventus" - "Atalanta" matçında sülh

ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub

"Mançester Siti" ikinci oldu, "Norviç" elita ilə vidalaşdı

Almaniyada daha 248 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Tehranda yaşayış binasında partlayış: yaralanan var

Moskvada koronavirusdan daha 27 nəfər ölüb