AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Vüqar Rəhimzadə: ABŞ Prezidentinin məktubu rəsmi Vaşinqtonun Azərbaycana dəstəyinin parlaq ifadəsidir

  14

Böyuklüyündən kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəz etməkdədir. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına 28 May-Respublika Günü münasibəti ilə təbriki dünyanın fövqəldövlətinin ölkəmizlə əlqələrinin hazırkı səviyyəsinə aydınlıq gətirməklə yanaşı, iki dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsinin göstəricisi kimi də qəbul edilə bilər. Məktubunda "Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki boyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər" bildirən Amerika Birləşmiş Ştatlarının Prezidenti "iki böyük dövlət, iki böyük xalq" ifadəsi ilə Azərbaycanın gücünü, qüdrətini, xalqımızın böyüklüyünü, dünya xalqları arsında özünəməxsus yer tutmasını, zaman baxımından o qədər də böyük olmayan müstəqillik tarixində ölkəmizin sözün həqiqi mənasında 100 ilə bərabər inkişaf yolu keçdiyini, müstəqil siyasəti ilə beynəlxalq münasibətlər sistemində ozünə layiq yer tutduğunu təsdiqləyir. Bu məktubdan aydın görünür ki, Donald Tramp Azərbaycanı nüfuzlu və güclü dövlət olduğunu bir daha təsdiq edir. Bu, iki dövlət arasında yaxın tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi səciyyələndirilməlidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, son 30 ilə yaxın dövrdə ABŞ-Azərbaycan tərəfdaşlıq münasibətləri yüksək dəyərləndirilir, bu əlaqələrin davamlı inkişafı arzu edilir. ABŞ Prezidenti Birləşmiş Ştatların qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışdığını, daim Azərbaycan xalqının yanında olduğunu, demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqliyini bildirib. Həmçinin, D.Tramp ABŞ-in regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək ATƏT-in Minsk qrupu prosesi vasitəsilə Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirəcəyini vurğulayır.

Baş redaktor bildirib ki, məktubun məzmunundan dünyanın nüfuzlu dövlətlərindən olan ABŞ-ın Azərbaycana, onun suverenliyinə və müstəqilliyinə dəstəyi aydın şəkildə görmək olur. Prezident D.Tramp bildirir ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.

V.Rəhimzadə onu da vurğulayıb ki, məktubda beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə diqqətin göstərilməsi təsadüfi hesab edilməməlidir: "Dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun əsas aparıcı qüvvəsinə, sabitləşdirici faktora çevrilib. ABŞ Prezidentinin məktubunda da bu uğurumuza işarə özünü qabarıq şəkildə büruzə verir. Həmçinin bildirilir ki, ABŞ beynəlxalq təhlükəsizliyin gücləndirilməsində Azərbaycanı əsas tərəfdaşı hesab edir. Göründüyü kimi, ölkəmizin beynəlxalq sülhə, təhlükəsizliyə, qlobal inkişafa verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək dəyərləndirilir".

"Bu faktı da xüsusi qeyd etməliyik ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ön cərgələrdədir" söyləyən V.Rəhimzadə bildirib ki, 2001-ci ilin sentyabrinda ABŞ-da baş veren terror aktını xatırlayaq: "Azərbaycan bu terrora ilk münasibət bildirən dövlət oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq terrorizmlə mübarizənin ön cərgəsində olduğunu önə çəkərək bunu əməli işdə sübut etməyin vacibliyini bəyan etmişdir. Həmin ərəfədə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Trabzonda bir araya gələrək beynəlxalq terrorizmlə birgə mübarizənin vacibliyi məsələsini müzakirə etdilər. Həmin terror hadisəsinə yenə də laqeyd yanaşan yeganə dövlət işğalçı Ermənistan olmuşdur. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr, ən əsası ABŞ-da baş verən terror hadisəsinə münasibəti rəsmi Vaşinqton tərəfindən yüksək dəyərləndirilir və bu məqamlara diqqət ABŞ Prezidentinin məktubunda da öz əksini tapib. Bu faktı da xüsusi qeyd etməliyik ki, 2001-ci ildə baş verən terror aktı ABŞ dövlətinin xarici siyasətində, ən əsası Azərbaycana qarşı münasibətində dəyişiklikləri şərtləndirdi. Belə ki, həm məlum terror aktı, həm də 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən, birbaşa dövlət yardımlarının göstərilməsini qadağan edən "Azadlığa Dəstək Aktı"na edilmiş 907-ci düzəlişin Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ədalətsizliyi etiraf olunmaqla yanaşı, bu sənədin tətbiqinin birillik dondurulması ilə bağlı qərar qəbul olundu. O vaxtdan ötən dövr ərzində hər il həmin qərar yenidən təsdiqlənir. Beləliklə, o zamandan Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət edən biri-birindən əhəmiyyətli addımlar atılır. Ümidvarıq ki, əlaqələrin yüksələn xətlə inkişafı fonunda ABŞ hökuməti qeyd etdiyimiz düzəlişin birdəfəlik aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək".

V.Rəhimzadə vurğulayıb ki, ABŞ Prezidentinin məktubu Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verməklə yanaşı, qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə xələl gətirən işğalçı Ermənistanın hazırkı rəhbərliyinin ünvanına ciddi mesajları da özündə ehtiva edir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini rədd edir. Məktubda yer alan bu məqamlar Azərbaycanın tarixi torpaqlarının işğalının dünyanın böyük nüfuza malik dövləti tərəfindən qəbuledilməzliyi kimi diqqət çəkir.

Baş redaktor onu da qeyd edib ki, Amerika Birləşmiş Ştatlarını təmsil edən CISCO şirkətinin təsəbbüsü ilə dövlətimizin başçısı İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında mayın 15-də keçirilən videokonfransda da möhtərəm Prezidentimiz iki dövlət arasında münasibətlərə diqqət yönəldərək bildirmişdir ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur: "Diqqəti ABŞ Prezidentinin məktubuna yönəldən möhtərəm Prezidentimiz bildirmişdir ki, Donald Tramp xüsusi olaraq qeyd edir ki, iki böyük dövlət gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür".

V.Rəhimzadə ABŞ Prezidentinin məktubunda dünyanı bürüyən pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsinə yüksək dəyər verildiyinin də yer aldığını bildirib. "Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır" bildirən ABŞ Prezidenti möhtərəm Prezidentimiz İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirləri təqdir edir. Ən önəmli məqam ondan ibarətdir ki, ABŞ kimi, Azərbaycan da xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımını əsirgəmir və bu məqamlar məktubda öz əksini tapıb.

Baş redaktor ABŞ Prezidentinin məktubunu ümumilikdə iki böyük dövlət və iki böyük xalq arasında əlaqələrin, ən əsası diplomatik baxımdan yanaşsaq, rəsmi Vaşinqtonun Azərbaycana dəstəyinin parlaq ifadəsi kimi dəyərləndirib.

Demokratikmusavat.com

Xəbər Lenti

Qadın sürücü avtomobilini saatda 703 km sürətlə idarə etdiyi üçün cərimələndi - FOTO

Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert

Günün qoroskopu: Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

ABŞ-da koronavirusa rekord yeni 66528 yoluxma halı qeydə alınıb

Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı

Hikmət Hacıyev: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"

İtaliya klubunda koronavirus şoku

Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub

"Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..." - Qonşuda vəziyyət

Koronavirusa yoluxan oğlunu öldürən futbolçu bəraət istəyir

Roza Zərgərlinin oğlu əsgərlikdən qayıtdı - VİDEO

Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”

Roma Papasından Aya Sofyanın məscidə çevrilməsinə REAKSİYA

Koronavirusun üçüncü dalğası da gözlənilir

“Formula-1”: 3-cü mərhələ də Avstriyada keçirə bilər

"Barselona" 19 yaşlı hücumçunu alır

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

“Qarabağ”ın avrokuboklardakı daha bir mümkün rəqibi bəlli oldu

Yolu Bakıdan keçən marşal: Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

Ekspress avtobuslar dayanacaqlarda saxlamayacaq - FOTO

“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil”

İranda daha 194 nəfər koronavirusdan öldü

Tbilisidə partlayış olub: ölən var

Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlandı - VİDEO

Ağcabədi sakinindən tüfəng və marixuana götürüldü - FOTO

Bu gün Azərbaycandakı Rusiya vətəndaşları Vətənə gətiriləcəklər

Ermənistan klubunda koronavirusa kütləvi yoluxma

SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb

"COVID-19 çimərlikdə yoluxmur"

Mehdi Cənnətov "Sumqayıt"la yeni müqavilə bağladı

Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

Nəzakət Teymurova koronavirusa yoluxdu - FOTO

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarının COVID-19 tesinin nəticələri açıqlandı

Ötən gün Avropada koronavirusdan 462 nəfər ölüb

ATƏT-in Baş katibinin səlahiyyət müddəti uzadılmayıb

Rusiyada daha 6615 nəfər COVID-19-a yoluxub

Azərbaycanda ilginc əməliyyatın təfərrüatı - İrandan narkotiki gətirən kimlər olub?

Qardaşını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Sevil Mikayılova: "Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib"

Ermənistanda daha 577 nəfər koronavirusa yoluxub

"Bu, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsidir"

İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı

Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Messidən növbəti rekord göstərici

Dünyada koronavirusa yoluxan 565 min nəfər ölüb

Pakistanda koronavirusa yoluxanların ümumi sayı 246 mini ötüb

"Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır"

Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb

PSJ-də yeni müqavilə

Kürdəmirdə ata oğlunu güllələyərək öldürdü

Çində zəlzələ olub

Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı

Dünya çempionu vəfat etdi

Tramp ilk dəfə maska taxdı

Qırğızıstanda zəlzələ olub

Çində partlayış: 17 nəfər yaralanıb

ABŞ-da atışma: 2 polis öldürüldü

Daha 39 mindən çox insanda koronavirus aşkarlandı

Bakıda kişini həyətlərində bıçaqladılar

Məşhur hind aktyoru koronavirusa yoluxdu

"Barselona" və "Atletiko" turu qələbə ilə başa vurdu

"Yuventus" - "Atalanta" matçında sülh

ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub

"Mançester Siti" ikinci oldu, "Norviç" elita ilə vidalaşdı

Almaniyada daha 248 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Tehranda yaşayış binasında partlayış: yaralanan var

Moskvada koronavirusdan daha 27 nəfər ölüb