AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Milli şura”nın uğursuz “siyasi tamaşa”sı və radikal ünsürlərin növbəti özünüifşası

  14

Dayanıqlı iqtisadi inkişafın və sarsılmaz ictimai-siyasi sabitliyin təmin olunduğu Azərbaycan tərəqqi yolundan inamla irəliləyir. Ölkəmizin Cənubi Qafqaz regionunun lider dövlətinə, müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu subyektinə çevrilməsini təmin edən çoxsaylı strateji faktorlar mövcuddur. Bu kontekstdə ən mühüm amil, şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara, müasir qlobal çağırışlara əsaslanan uğurlu daxili və xarici siyasətin həyata keçirilməsidir. Praqmatik xarakter daşıyan bu strateji kurs Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və qüdrətinin daha da artmasına xidmət edir.

"Beşinci kolon" anti-Azərbaycan dairələrin siyasi təzyiq aləti kimi...

Əlbəttə, Azərbaycanın dinamik inkişafı, dünya siyasətində yerinin möhkəmlənməsi və rolunun artması, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirməsi anti-Azərbaycan, ermənipərəst dairələr tərəfindən həm ciddi narahatlıqla qarşılanır. Belə olan halda, Azərbaycanın müstəqil siyasətinə təsir etmək, müsbət beynəlxalq imicini zədələmək üçün ölkəmizə qarşı "qara piar" kampaniyası aparılır, ictimai rəyi manipulyasiyaya məruz qoymaq məqsədilə müxtəlif cəhdlər edilir. Bu zaman "beşinci kolon"un, yəni xaricdəki "sapı özümüzdən oan balta"ların - antimilli ünsürlərin və ölkəmizdəki radikal, marginal qruplaşmanın xidmətlərindən xüsusi olaraq istifadə olunur. Qərəzli xarici dairələrdən, ermənipərəst mərkəzlərdən daim siyasi direktivlər alan "beşinci kolon" isə virtual müstəvidə "fəallıq" göstərərək sosial şəbəkələr vasitəsilə dövlətin əleyhinə təxribat xarakterli məlumatlar - reallıqları əks etdirməyən informasiyalar (oxu:dezinformasiya) yaymağa, qarayaxma kampaniyası aparmağa çalışsalar da, hər dəfə uğursuzluğa düçar olaraq gülünc vəziyyətə düşürlər. Belə hallardan biri də bu günlərdə "Milli şura" adlandırılan qondarma qurumun koordinasiya mərkəzinin videoiclasında qeydə alındı.

Azərbaycan cəmiyyəti radikal düşərgədə cəmləşənlərin hansı mənəvi-əxlaqi və siyasi dünyagörüşünə malik olduqlarına bir daha şahidlik etdi

Bəhs olunan videoiclasda səsləndirilən qeyri-etik ifadələr, aparılan müzakirənin forması, irəli sürülən fikirlər bir daha radikal düşərgədə cəmləşənlərin hansı mənəvi-əxlaqi səviyyədə və siyasi dünyagörüşündə olduqlarını cəmiyyətə nümayiş etdirdi. Adlarını "siyasətçi" qoyan bu şəxslərin müzakirə etdikləri "taleyüklü məsələlər"in mahiyyəti və əhəmiyyəti növbəti dəfə onların siyasi xislətini, o cümlədən bəzi xarici dairələrin maliyyəsi və sifarişləri əsasında hərəkət etdiklərini göstərmiş oldu.

Bu adamların canlı yayım vasitəsilə qapalı iclası xaricə yaymaqla məşğul olduqları da bəlli oldu. Videoiclas zamanı "siyasi fəhmi"ni və mənəvi-siyasi dəyərlərini sərgiləyən Gültəkin Hacıbəyli də qapalı iclasda xaricdəkilərin (oxu:ermənipərəst və anti-Azərbaycan dairələrin) onlara diqqətinin olduğunu və qarşılarında tələblər qoyduqlarını ifadə etməklə hansı qüvvələrə xidmət göstərdiklərini nümayiş etdirdi. Yəni görünən budur ki, hakimiyyətə iddialı olan bu marginal qruplar üçün xalqın rəyi və mənafeyi deyil, anti-Azərbaycan dairələrin tələbləri və göstərişləri birinci dərəcəli məsələdir.

Üzrü qəbahətindən betər və ya "Milli şura" məhz xalqdan üzr istəməli idi!

Bəhs olunan şəxslər bütün bu rəzilliklərdən sonra, heç şübhəsiz ki, xalqdan üzr istəməli idilər. Amma onlar müzakirə predmetinə çevirdikləri azlıqlardan üzr istəməklə xalqa, cəmiyyətə, milli maraqlara və mənəvi dəyərlərə çirkin və sayğısız münasibətlərini ortaya qoydular. Bu, əslində, qrant və ianə üçün bütün tapşırıqlarını yerinə yetirdikləri Avropadakı bəzi qərəzli dairələrə mesaj idi. İsmarıcın mənası isə budur: "Bizim üçün milli mənafe və milli-mənəvi dəyərlər anlayışı yoxdur, biz sizin sadiq xidmətçiləriniz olaraq antixalq və antidövlət mövqeyimizi davam etdiririk".

Üstəlik, bəhs olunan şəxslər nümayiş etdirdikləri rəzil tamaşanı ört-basdır etmək və ya fərqli formada təqdim etmək üçün hakimiyyəti günahlandırmağa çalışsalar da, buna nail ola - cəmiyyəti aldada bilmədilər. Sonradan tam aydın və məlum oldu ki, özləri məqsədli şəkildə xidmət etdikləri qərəzli dairələrə mesaj vermək üçün qapalı iclası canlı yayıma qoşublar. Bununla da öz daxili aləmlərini və düşüncələrini, kimlərin müdafiəçisi olduqlarını açıq şəkildə ortaya qoymuş oldular.

Baş verənlərin fonunda qondarma "Milli şura"dan müxtəlif şəxslərin istefası da onların hər hansı ciddi müzakirə aparmaq qabiliyyətində olmadıqlarını, daxili ziddiyyətlərin və konfrantasiyaların məngənəsində boğulduqlarını göstərdi. Bunlar, eyni zamanda, radikal ünsürlər üçün Azərbaycan xalqının rəyinin və mənafeyinin əsas olmadığını, ayrı-ayrı qrupların önəmli olduğu bir daha ortaya qoyuldu. Bəllidir ki, neçə illərdir, bu şəxslər ermənilərin maliyyəsi hesabına istər Azərbaycandan kənarda, istərsə də ölkə sərhədləri daxilində antiazərbaycan təbliğatı aparmaqla, saxta miqrant sənədləri satmaqla məşğuldurlar. Bu, artıq həmin şəxslərin Azərbaycan cəmiyyətində "pasportu"dur.

İflasa məhkum olunmuş marginal qruplaşmanın "siyasi fəaliyyət"i xəyanət prinsipi üzərində qurulub

Ümumiyyətlə, radikal müxalifətin adı bu gün ictimai rəydə xəyanət və satqınlıq anlayışları ilə assosiasiya olunur. 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat tandeminin yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalması, Azərbaycan torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsində bu cütlüyün rolu xalqımız tərəfindən unudulmayıb.

Həmin düşərgənin təmsilçiləri bu gün də qrant və ianələr müqabilində ermənilərə, ermənipərəst dairələrə xidmət etməklə Azərbaycan xalqına və dövlətinə qarşı aşkar düşmənçilik mövqeyi sərgiləyirlər. Hətta "gözəgörünməz düşmənlə müharibə" kimi səciyyələndirilən pandemiya şəraitində, milli həmrəyliyin zəruri olduğu bir vaxtda təxribat xarakterli informasiyalar yaymaqla və manipulyativ fikirlər səsləndirməklə dövlətin uğurlarının üzərinə kölgə salmağa, vətəndaş-dövlət birliyini sarsıtmağa çalışırlar. Çünki Azərbaycanın koronavirusla beynəlxalq səviyyədə təqdir olunan nümuvıi mübarizə modeli, dövlət siyasətinə yüksək səviyyədə ictimai dəstəyin göstərilməsi, ən yüksək səviyyədə özünü göstərən milli həmrəylik və digər müsbət amillər radikal qruplaşma və onların xidmət etdikləri anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıqla qarşılanır.

Azərbaycan xalqı isə antimilli və xəyanətkar mövqedə olan bu marginal qruplaşmaya öz yerini çoxdan göstərib, onları tarixin tozlu arxivinə göndərib. Radikal ünsürlərin bu cür vasitələrlə siyasi reabilitasiya cəhdləri isə hər zaman olduğu kimi, iflasa məhkumdur!

Siyavuş Novruzov
YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Trend

Xəbər Lenti

Qadın sürücü avtomobilini saatda 703 km sürətlə idarə etdiyi üçün cərimələndi - FOTO

Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir - Hərbi ekspert

Günün qoroskopu: Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

ABŞ-da koronavirusa rekord yeni 66528 yoluxma halı qeydə alınıb

Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı

Hikmət Hacıyev: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"

İtaliya klubunda koronavirus şoku

Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub

"Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..." - Qonşuda vəziyyət

Koronavirusa yoluxan oğlunu öldürən futbolçu bəraət istəyir

Roza Zərgərlinin oğlu əsgərlikdən qayıtdı - VİDEO

Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”

Roma Papasından Aya Sofyanın məscidə çevrilməsinə REAKSİYA

Koronavirusun üçüncü dalğası da gözlənilir

“Formula-1”: 3-cü mərhələ də Avstriyada keçirə bilər

"Barselona" 19 yaşlı hücumçunu alır

Fırıldaqçılar məşhur baş məşqçidən 250 min aldılar

“Qarabağ”ın avrokuboklardakı daha bir mümkün rəqibi bəlli oldu

Yolu Bakıdan keçən marşal: Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

Ekspress avtobuslar dayanacaqlarda saxlamayacaq - FOTO

“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil”

İranda daha 194 nəfər koronavirusdan öldü

Tbilisidə partlayış olub: ölən var

Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlandı - VİDEO

Ağcabədi sakinindən tüfəng və marixuana götürüldü - FOTO

Bu gün Azərbaycandakı Rusiya vətəndaşları Vətənə gətiriləcəklər

Ermənistan klubunda koronavirusa kütləvi yoluxma

SOCAR "Cənub Qaz Dəhlizi"nə investisiya həcmini açıqlayıb

"COVID-19 çimərlikdə yoluxmur"

Mehdi Cənnətov "Sumqayıt"la yeni müqavilə bağladı

Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

Nəzakət Teymurova koronavirusa yoluxdu - FOTO

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarının COVID-19 tesinin nəticələri açıqlandı

Ötən gün Avropada koronavirusdan 462 nəfər ölüb

ATƏT-in Baş katibinin səlahiyyət müddəti uzadılmayıb

Rusiyada daha 6615 nəfər COVID-19-a yoluxub

Azərbaycanda ilginc əməliyyatın təfərrüatı - İrandan narkotiki gətirən kimlər olub?

Qardaşını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Sevil Mikayılova: "Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib"

Ermənistanda daha 577 nəfər koronavirusa yoluxub

"Bu, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsidir"

İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı

Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Messidən növbəti rekord göstərici

Dünyada koronavirusa yoluxan 565 min nəfər ölüb

Pakistanda koronavirusa yoluxanların ümumi sayı 246 mini ötüb

"Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır"

Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatıb

PSJ-də yeni müqavilə

Kürdəmirdə ata oğlunu güllələyərək öldürdü

Çində zəlzələ olub

Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı

Dünya çempionu vəfat etdi

Tramp ilk dəfə maska taxdı

Qırğızıstanda zəlzələ olub

Çində partlayış: 17 nəfər yaralanıb

ABŞ-da atışma: 2 polis öldürüldü

Daha 39 mindən çox insanda koronavirus aşkarlandı

Bakıda kişini həyətlərində bıçaqladılar

Məşhur hind aktyoru koronavirusa yoluxdu

"Barselona" və "Atletiko" turu qələbə ilə başa vurdu

"Yuventus" - "Atalanta" matçında sülh

ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub

"Mançester Siti" ikinci oldu, "Norviç" elita ilə vidalaşdı

Almaniyada daha 248 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Tehranda yaşayış binasında partlayış: yaralanan var

Moskvada koronavirusdan daha 27 nəfər ölüb