AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Beynəlxalq Muğam Mərkəzindən Xalq artisti Əlibaba Məmmədova həsr olunmuş konsertlər davam edir

  38

Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsinin növbəti buraxılışı  Ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olundu.  Verilişdə bildirildi ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət  qurub və bu mahnılar xalq tərəfindən sevilir.

Mədəniyyyət Nazirliyi və Mədəniyyət kanalının  "Bizi birləşdirən mədəniyyət"  layihəsinin  qonaqları BMM-nin solistləri Babək Quliyev ( Şuşalı) , Elnur Zeynalov  , Səbinə Ərəbli ,  balaban ifaçısı Rəfael Əsgərov  xanəndənin repertuarından seçmələr həmçinin müəllifi olduğu təsnifləri səsləndirdilər.

Ustad xanəndənin tələbəsi Babək Şuşalı Əlibaba müəllimin pedaqoq kimi xüsusiyyətlərindən söz açdı. Bildirdi ki, onun gənc xanəndələr nəslinin yetişməsində böyük əməyi var. Gənc xanəndə Muğam Televiziya Müsabiqəsində iştirakı zamanı Əlibaba Məmmədovun tövsiyyələrindən bəhrələndiyini vurğuladı.

Balaban ifaçısı Rəfael Əsgərov  müasir günümüzdə balaban sənətinin inkişafı və görkəmli ifaçıları haqqında fikirlərini bölüşdü. Xanəndələr Elnur Zeynalov  , Səbinə Ərəbli Əlibaba Məmmədovun bəstələdiyi təsnifləri özünəməxsus ifalarla təqdim etdilər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət edib.

Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.

Demokratikmusavat.com

Xəbər Lenti