AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Pul verib özünü təriflədən, Müşfiqin cəzalanmasını tələb edən Xalq şairi haqqında maraqlı faktlar - FOTO

  39

Bu gün Xalq şairi Məmməd Rahimin anım günüdür.

Demokratikmusavat.com bu münasibətlə onun haqqında maraqlı faktları kulis.az-a istinadən təqdim edir.

Məmməd Rahim (Hüseynov Məmməd Abbas oğlu) 1907-ci il aprelin 20-də Bakıda anadan olub. Şairin atası Abbas kişi kiçik sahibkar olub, ailəsini yaxşı dolandırıb. Elə buna görə də Məmməd Rahim yaşıdlarının çoxuna görə yaxşı təhsil almışdı. O, əvvəlcə rus-tatar məktəbində, sonra isə sovet məktəbində oxuyaraq orta təhsilini tamamlamışdı. 1917-ci ildə onun on yaşı olanda atası dünyasını dəyişir. Məmməd atasından sonra böyük qardaşının himayəsində yaşayır.

1946-cı ildən sonra dövlət işindən uzaqlaşmış və ancaq bədii yaradıcılıqla məşğul olub. Şair əsasən Yazıçılar İttifaqının poeziya bölməsinin rəhbəri kimi çalışıb.

***

Məmməd Rahimi həmkarları əsasən istedadsız bir şair hesab edib. Lakin onun məşhur "Saldı qara gözlərin neçə aşiqi bəndə" şeiri dövrünün ən yaxşı şeirlərinin siyahısındadır.

Məmməd Rahim repressiya dövründə yaşayan yeganə şairdir ki, onun haqqında müsbət heç bir xatirə yoxdur. O, əsasən tanınmış yazıçılar haqqında gizli və açıq donoslar yazan qələm adamı kimi xarakterizə olunur. Bu donosların bir çoxu həmin dövrün mətbuatında qalmaqdadır.

***

Rahimin ən yaxşı əsəri olan "Leninqrad göylərində" poeması Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin obrazını yaradılıb. Əfsanəvi təyyarəçinin döyüş yolunu əhatəli şəkildə təsvir edən bu əsər qəhrəmanın ölümü ilə bitir. Şair bu faciəni hüzn, ağrı dolu sətirlərlə təsvir edir.

Şairin bacısı Xeyransa Hüseynova xatirələrində deyir: "Məmməd Rahimdən savayı mənim beş qardaşım vardı. Ancaq evimizin əziz-xələf oğlu məhz Rahim idi. Onu çox sevirdik. Babamın adını daşıyırdı. Rahim özü nə qədər desən xeyirxah idi. Bacıların arasında məni çox istərdi, mən də onu çox sevər, başına pərvanə kimi dolanardım. Rayondan gələn bir çox şair, yazıçı bizim evdə qalardılar. Yazıçı Əbülhəsən ailəsi ilə evi olmadığına görə bizim həyətimizdəki evdə qalırdı. "Dünya qopur" romanını Əbülhəsən məhz bu evdə yazıb. Şair Süleyman Rüstəm həmişə bizə gələndə Əbülhəsənə sataşardı ki, ay Əbülhəsən, dünya nə zaman qopacaq? Romanı nə vaxt bitirəcəksən?.. Gəncədən Mikayıl Rəfili də öz ailəsi ilə bizim evə pənah gətirmişdi. Həyətimizdə bir-iki otağı Rahim onların istifadəsinə vermişdi. Onlar bir müddət özlərinə ev alana kimi orada qaldılar. Mikayıl Müşfiq də tez-tez bizə gələrdi. Rahimlə bir yerdə institutda təhsil alırdılar."

Lakin, Məmməd Rahim Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, repressiya olunmasında ciddi rol oynayıb. O, öz çıxışlarında Müşfiq haqqında deyir: "Zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruh ilə dolu olan bir sıra əsərləri vardır. İkiüzlü Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can atmışdı. Halbuki, gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından başqa bir şey deyil. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz, üzü qara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzüqara olmamışdır. O, əsrlərcə döyüşmüş, üsyan etmiş və nəhayət şanlı Aprel revolüsiasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir. Müşfiq bunu görməyə kordur. Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən yapışıb revolüsion temalar arasında gizlənməyə çalışırdı. Xalq səadətinə düşmən olan bu əclaf, "İnqilab" şeirində proletar revolüsiasını yandırıb yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir. Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş, maskaları tamamilə yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir".

Rahim Əhməd Cavad haqqında Sergey Kirova müraciətində isə deyir: "Neft yurdunda ən erkən yox etməyə başladın imansız müsavatı..." Maraqlıdır ki, "mülayimləşmə" dövrü başlayanda şəhid-şair Əhməd Cavadın şeirlərini ilk dəfə toplayıb kitab halında çap etdirən də Məmməd Rahim olur...

***
Deyilənə görə, Məmməd Rahim maddi cəhətdən çox imkanlı olduğuna görə adamlara pul verib özünü təriflədərmiş. Eyni zamanda ondan çoxlu pul borc alan həmkarları üzə düşüb Məmməd Rahim haqqında xoş sözlər söyləməyə məcbur olurmuşlar.

Məmməd Rahimin "Azərbaycan" jurnalında "Xəzər sularında" adlı poeması çıxır. Əsəri Qabil də oxuyur. Amma nədənsə Məmməd Rahimlə görüşüb fikrini söyləməkdən qaçır.

Bir gün "Azərnəşr"in foyesində uşaqlar Rahimin başına toplaşırlar. Kişiyə xoş sözlər deyirlər. Birdən hardansa Qabil peyda olur. O, Məmməd Rahimdən yan keçmək istəsə də Məmməd Rahimin gözü onu alır.

- Qabil, niyə yan ötürsən, salam-kalamın hanı?

Qabil diksinir. Bir neçə saniyə yerində qalır. Birdən uşaqları yararaq şairlə üz-üzə dayanır.

- Rahim müəllim, sizə iyirmi min manat borcum var. Maşın alanda mənə əl tutmusunuz, çox sağ olun. Özü də, bu pulu iki-üç ilə, bəlkə də beş ilə ancaq qaytararam. Amma bunların mətləbə dəxli yoxdur. Poemanızı oxumuşam. Xoşuma gəlməyib, çox zəif yazmısınız.

Repressiya illərində Mircəfər Bağırova ədəbi mühitdə baş verənləri çatdıran imzalardan biri də Məmməd Rahim olub. Süleyman Rüstəm söhbətlərinin birində belə nəql edir: O illər qardaş-qardaşa etibar etmirdi. Hətta ata oğulun yanında ehtiyatla danışırdı. Elə bil, otuz yeddinci ildə divar da qulaqlı idi. Lap asqıranda belə Mərkəzi Komitədə eşidirdilər. Bir gün Yazıçılar İttifaqında Səməd Vurğuna dedim ki, ay Səməd, bu xəbərçi kimdir, nə danışırıq gedib Bağırova xəbər verir. Gəl bunu tapaq. Səməd dedi ki, axı necə tapaq? Lap pıçıltı ilə danışırıq, onu da aparıb Bağırova çatdırırlar. Səmədə dedim ki, mən məclisdə türk ədibi Tofiq Fikrətin bir neçə şeirini qəsdən oxuyacağam. Özüm də deyəcəyəm ki, bundan sonra mən türk ləhcəsində, türk şivəsində şeir yazacağam... Başladım türk şeirlərindən birini, əlbəttə, qəsdlə Azərbaycan və türk ləhcələri ilə qarışdırdım. Elə etdim, inansınlar ki, bu şeiri mən yazmışam. Həmin şeiri ilk dəfə Səməd Vurğunun və Məmməd Rahimin yanında oxumuşam.

Axşamı məni Mərkəzi Komitəyə çağırdılar. Dedilər, Mircəfər Bağırov sənin əlindən yaman qəzəblənib. Fikirləşdim ki, yəqin türk dilində şeir "yazdığım" üçündür.

İcazə alıb Bağırovun kabinetinə girdim. O, kabinetdə gəzişə-gəzişə karandaşları oynada-oynada kinayə ilə məni süzdü:

- Dəmirçi oğlu, deyəsən sən də pantürkist olmusan! Türkcə şeirlər yazırsan! Belə getsə, gənclərimizin hamısının beynini korlayacaqsan!

Mən tez zarafata salıb dedim:

- Yoldaş Bağırov, allah eləməsin ki, pantürkist olam. Biz xəbərçi axtarırdıq. Onu da tapdıq. Mən həmin türk şeirini ancaq Səməd Vurğunun, bir də Məmməd Rahimin yanında oxumuşam. Demək, yalançı xəbərçini tapmışıq.

***

Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Demokratikmusavat.com

 

Xəbər Lenti

Vanuatu sahillərində güclü zəlzələ olub

Günün qoroskopu: Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın

Super Liqa klubu baş məşqçinin istefasını qəbul etmədi

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - FOTO

Təbriz klubu səfərdən xalsız döndü

Mandzukiç Qətər klubundan ayrıldı

Xavi ilə yenii müqavilə - RƏSMİ

"Liverpul"da yeni müqavilə

Ukrayna klubunun 13 futbolçusunda koronavirus aşkarlandı

Bakıda "Wolt" şirkətinin əməkdaşı yol qəzasında öldü

Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər - VİDEO

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək

Bu şəhər və rayonlarda yaşayanlara da 190 manat veriləcək - Nazir açıqladı - VİDEO

Türkiyədə koronavirusdan sağalanların sayı 180 min nəfəri ötüb

"Atletik" - "Real" oyununda 1 qol vuruldu - FOTO

Əməkdar artist vəfat edib

Harlem Dezir kimilərinin sayəsində ATƏT öz mandatından uzaqlaşaraq bəzi ölkələrin siyasi sifarişlərinin qurbanına çevrilib

Türkiyədə pirotexniki vasitələrin istehsalı fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb

Azər Əliyevli "Ufa" doğma meydanda xal itirdi

DİN məşhur oteldə saxlanılanlarla bağlı məlumat yaydı - FOTO

Neymar PSJ ilə anlaşdı, "Barselona"ya qayıdır

"Qalatasaray"da ayrılıq

ABŞ-da koronavirusa yoluxanların sayı 2,8 milyonu ötüb

"İcazə.e-gov.az" portalında icazəsi ləğv olunan şəxslər nə etməlidir? - İZAH

İki əsas faktor COVID-19 xəstəliyinə SƏBƏB OLUR

“Levandovski bu il “Qızıl top”u qazanmağa layiqdir”

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah - Video layihə - 05.07.2020 tarixli bölüm

Balotelli Avropadan gedir

"Roma"nın futbolçusu "Yuventus"un hədəfində

Bakıda daha bir yanğın baş verib

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

Qırmızı dənizdə neft sızması böyük ekoloji fəlakətə səbəb ola bilər

Binəqədidə ev yanıb

Buffondan rekord göstərici

Mövlud Çavuşoğlu: İndiyədək 130 ölkədən 90 mindən yuxarı vətəndaşımızı Türkiyəyə gətirmişik

Karantin rejimini pozub İsmayıllıya istirahətə gələnlər aşkarlandı - FOTO

Xaçmaz və Siyəzəndə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar - FOTO

Sneyder karyerasını bərpa edir?

Anasını öldürüb, videoya çəkdi - Tükürpədici hadisə

Rusiyada ayın futbolçusu seçildi

"Electron" raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib

Avstriyada COVID-19-la əlaqədar işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək

Rumıniyada koronavirusa yoluxanların sayı 29 minə çatır

Son zamanlar COVID-19-a ailəvi yoluxmalar qeydə alınır

Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb

Bir sıra icazələr ləğv olundu - RƏSMİ

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

“Zaurla Günaydın” verilişində xüsusi karantin rejiminin qaydaları pozulub

COVID-19 pandemiyası ilə əlaqədar İstanbulda daha bir xəstəxana istifadəyə verilib

İranda koronavirusdan sağalanların sayı 200 mini ötüb

Koronavirusdan sağalandan sonra xəstəliyin orqanizmdə qalıcı fəsadları açıqlandı

Bağdad raket zərbəsinə məruz qalıb

Luşemburqu koronavirusa yoluxdu

Özünə qızıldan qoruyucu maska hazırlatdı - FOTO

Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb

“Yuventus”da 60 il sonra bu uğuru Ronaldo təkrarladı

Texas ştatında son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib

Tramp: Çinin yalanı virusun 189 ölkədə yayılmasına imkan verdi

“Neftçi”nin sabiq futbolçusu baş məşqçi təyin edildi

Qara buludlar Yaponiyadan əl çəkmir - Güclü yağış bu dəfə ölkənin cənub-qərbində fəsadlar törədib - FOTO

Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb

Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO

Müşfiq Cəfərov: Koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir

Fərda 3 günlük oğlunun görüntüsünü paylaşdı - VİDEO

Adı gec yaşda ata olanların siyahısına düşdü

“Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO

Türkiyə bizə meydan oxuyur - Afina

Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı

Sergey Ryabkov: Bu, Rusiyaya qarşı təxribatdır

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Hindistanda fəlakət: 20 ölü

Efiopiyada baş verən iğtişaşlarda 166 nəfər öldü

Plastik arakəsmə sevgilərinə mane ola bilmədi - FOTOlar

Xorvatiyada parlament seçkiləri keçirilir

"Ölkənin ali rəhbərliyi milli turizm infrastrukturunun və bütövlükdə turizm industriyasının Azərbaycanda qorunması üçün əlindən gələn səylərini əsirgəməyəcək"

"Burada olmağı özü istəmədi və komandaya qayıtmayacaq"

Londonda gecə şənliyinin dağıdılması zamanı 10-dan çox polis əməkdaşı yaralanıb

Tamam Cəfərova: Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib

"Bavariya" 20-ci dəfə Almaniya kubokunu qazandı

4 otaqlı evdə yanğın baş verib

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

Dünyada yenidən böyük böhran yaşana bilər

ÜST: Qaydalara ciddi şəkildə riayət olunmasa infeksiyanın səviyyəsi davamlı şəkildə yüksələ bilər

Türkiyədə yeni tədris ili bu tarixdə başlayacaq

Binəqədidə boya zavodundakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO

İyun ayında Amerika hərbi qulluqçuları arasında koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb

Virus payızda daha sürətlə yayılacaq? - professordan qorxunc proqnoz

Simeone İtaliya A Seriyasının tarixinə keçdi

İlon Mask peyvəndin hazırlanmasında yardım edəcək