AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Karantində heç bir işim yarımçıq qalmadı" - əməkdar artist

  33

''Karantin elan olunmadan əvvəl bütün çəkilişlərimi bitirmişdim. Ona görə demək olar ki, ölkədə bu vəziyyət yarananda mən əsas işlərimi görmüşdüm ".

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri əməkdar artist Kəmalə Müzəffər  "ölkə.az"a açıqlaması zamanı bildirib.

"Bundan başqa yanvar ayının sonunda Bəhram Osmanovun quruluşunda Anarın ''Şəhərin qış gecələri'' tamaşasını teatra təhvil vermişəm. Digər tamaşalarım isə yeni mövsümdə oktyabrda başlayacaq. Demək olar ki, karantin dövründə heç bir işim yarımçıq qalmayıb".

Əməkdar artist koronavirus haqqında gündəmi izlədiyini də vurğulayıb.

"Çalışıram hər zaman xəbərləri oxuyum, ölkə və dünya gündəmini yaxından izləyim. Virusla bağlı bütün xəbərləri, məlumatları oxuyuram'', - deyə, o, bildirib.

Qeyd edək ki, Kəmalə Müzəffər ''Vicdan haqqı'', ''Ögey ana'' seriallarında əsas rolları canlandırıb.

Demokratikmusavat.com

Xəbər Lenti