Baş həkim: Pulu geri qaytarmağa hazırıq

 

Könül Zeynalova adlı xanım Nəsrəddin Tusi adına kilinikada 2015-ci ildə müayinədən keçib. Üzərindən iki il ötüb. İndi bizdə keçdiyi MRT filmlərinin yararsız olduğunu bildirir. Bu illər ərzində niyə bir dəfə müraciət etməyib? Pulunu geri istəyirsə, MRT görüntülərini təqdim etsin, pulunu qaytaraq.

Bu sözləri Axar.az-a Nəsrəddi Tusi adına klinikanın baş həkimi Afət Məmmədli klinikalarında müayinə olunan xanım pasientin qoluna iynənin yanlış vurulmasına və çəkilən MRT görüntülərinin yararsız olmasına münasibət bildirərkən deyib. Baş həkim bildirib ki, şikayətçi pulunu geri istəyir, lakin onda olan MRT görüntülərini vermir:

“2 il ərzində bizə hər hansı şikayətlə bağlı müraciət etməyib. İndi bizə müraciət etmədən, bütün mediaya bildirib ki, bizim klinikada ona iynə səhv vurulub, MRT filmləri keyfiyyətsiz çəkilib. Xanım sonradan bizə müraciət edəndə bildirdi ki, MRT filmləri keyfiyyətsiz olduğuna görə klinika onun yenidən MRT şəkillərini pulsuz çəkməlidir və ya pulunu geri qaytarmalıyıq. Mən xanıma bildirdim ki, narazı olduğu MRT filmlərini bizə təhvil versin, pulunu geri qaytaraq. Ancaq xanım razılaşmır. Mən xanıma təklif etdim ki, ya razılığa gəlin, görütüləri verib pulunuzu götürün, razı deyilsizsə, o zaman məhkəməyə müraciət edin, qanunla həll olunsun bu məsələ”.

Baş həkim bildirib ki, şikayətçi xanıma müalicəsini davam etdirmək üçün yeni MRT filmləri lazımdır. Bunun üçün pulu olmadığına görə də bu yola əl atır ki, klinikada yenidən MRT olunsun:

“Yaşlı qadındır, biz ona əlavə nəsə deyə bimərik. Deyir ki, klinikda ona kimsə qışqırıb. Özəl klinikalarda belə hallar özünüz də bilirsiz ki, olmur.

Həmçinin saxlanma şəraiti düzgün olmazsa, MRT görüntüləri pozula bilər. Ancaq ekspert baxan kimi onun nədən xarab olduğunu bilir. MRT-nin keyfiyyətsiz olduğunu və ya nədənsə korlandığını istənilən ekspert müəyyən edə bilər. Xanım pulunu geri istəyirsə, gətirsin bizim keyfiyyətsiz hesab etdiyi MRT kağızlarını versin, pulunu geri götürsün. O xanım düzgün danışsaydı, MRT kağızlarını ortaya çıxarardı”.

Xatırladaq ki, 2015-ci ilədə K.Sultanova adlı xanm Nəsrəddin Tusi Klinikasında müalicə olunmaq üçün müraciət edib. Həmin klinikada 457 manat ödəyərək MRT müayinəsindən keçib. Xanımın iddiasına görə, onun damarına vurulan iynə səhvən əzələsinə vurulub və 2 il müddətində xanım əlini işlədə bilməyib. Həmçinin pasient çəkilən MRT görüntülərinin də keyfiyyətsiz olmasından şikayətçidir.

 

0.18308401107788