AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

  15

Əvvəla onu bildirmək istəyirəm ki, son günlər Azərbaycanda atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük. Bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta diqqətlə nəzər salsaq görərik ki, bəzi profilaktik tədbirlər bir çox ölkədən daha tez atıldı. Ona görə də cəsarətlə pandemiya dövründə Azərbaycanda ölüm sayının çox olmayacağı proqnozlaşdırılır. Bu günədək xəstələnənlərin sayı o qədər çox deyildir.

Demokratikmusavat.com bildirir ki, bu barədə AZƏRTAC-a Almaniyanın Köln Universitetinin professoru, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Nuran Abdullayevin fikrincə, ümumiyyətlə, son elmi araşdırmalar göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri hiss etmir. Virusu təhlükəli edən də elə budur ki, xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanları virusu yoluxdururlar. Adətən aparılan statistikalar da yerdə qalan bir xəstənin aparılan statistikasıdır. Ona görə də dövlətlərin bu virusla mübarizə taktikası öncə həmin gizli virus daşıyıcısı olan 4 nəfəri tapıb rəsmi statistikaya salmaqdır. Bu virusa yoluxan insanların, ümumiyyətlə, başqalarını yoluxdurma əmsalı ortalama 3-dür, yəni bu o deməkdir ki, xəstəliyin yayılmasının qarşısı heç bir tədbirlə alınmazsa, bu xəstələr özlərindən başqa 3 nəfəri də xəstəliyə yoluxdura bilərlər ki, bu da 60-90 gün ərzində pandemiyanın ölkədə pik nöqtəyə çatması deməkdir. Məsələn, ilk başlanğıcda bu taktikanı - virusla heç bir mübarizə aparmamaq və sonda insanlar arasında immunitetin yaranacağını düşünməyi - İngiltərə seçsə də sonradan İmperial-Collegin universitetinin tövsiyəsinə uyğun olaraq mübarizə siyasətlərini dəyişdilər. Belə ki, İmperial-Colleg İtaliyadan olan məlumatlarla apardığı hesablamalarda göstərirdi ki, əgər İngiltərə və hətta ABŞ da mübarizəni bu səviyyədə aparsa virus İngiltərədə 250.000, Amerikada 1.2 milyon insanın həyatına son qoyacaq. Amma mübarizə taktikası yoluxdurma əmsalını 1- dən aşağı salmaq seçilərsə, pandemiyamın pik nöqtəsində yoluxan xəstələrin sayı dəfələrlə azalmış olar. Buna görə də artıq Avropa ölkələrinin əksəriyyəti yoluxma əmsalının 1- dən aşağı olmasına çalışırlar. Burada vacib məqamlardan biri də bu halda ölkələrin səhiyyə sistemlərinin yüklənməsi prosesidir ki, eyni vaxtda çox sayda ağır xəstələrin gəlməsinin də qarşısı bu mübarizə ilə birbaşa alınır.

Almaniyanın Köln Universitetinin professoru qeyd edib ki, mübarizənin başqa üsulu da karantin və izolyasıyadır. Karantin və izolyasya qədər önəmli bir məqam da xəstələrin hospitalizasiyasıdır. Öncə onu qeyd edim ki, artıq İtaliyanın etdiyi səhvi başqa inkişaf etmiş ölkələr etməməyə çalışır. Belə ki, İtaliyada ilk başlanğıcda virusa yoluxan bütün xəstələrin hospitalizasiyası ümumi xəstəxanaların çarpayı sayını azaltmışdı ki, bu da bir müddət sonra birbaşa ağır xəstələrə reanimasiya tədbirləri təşkil etməyi çətinləşdirdi və ümumi səhiyyə sisteminin yüklənməsinə və eləcə də nəzarətin əldən verilməsinə gətirib çıxartdı. Buradan götürülən ibrətamiz nəticə bütün viruslu xəstələri eyni zamanda xəstəxanaya yerləşdirməməkdir ki, xəstənin kliniki vəziyyətinə uyğun olaraq xəstəxana və ya karantinə alma müəyyənləşdirilsin.

"Mən birbaşa Almaniya təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, burada Şərq ölkələrinin çoxundan fərqli olaraq, klinik vəziyyəti yaxşı olanlar ev şəraitində karantinə alınıb izolyasıya edilir və həkim nəzarətində saxlanılır. Bunun da elmi əsası ondan ibarətdir ki, artıq elmi təcrübələr göstərir ki, virusa yoluxanlarla onlarla kontaktda olub, amma virus daşıyıcılığı hələ təsdiqlənməyənlərin bir arada, yəni otel və ya xəstəxana şəraitində (müəyyən yaşayış sahəsini ortaq istifadə etməklə) karantinə alınması təxminən virusa yoluxmanı o insanlar arasında 88 faiz artırır. Buna görə də Almaniyada virusa yoluxub kliniki vəziyyəti yaxşı olanlar və eyni zamanda onlarla kontaktda olub amma hələ virusa pozitiv olmayanlar ev şəraitində birbaşa həkim nəzarətində karantinə alınır. Burada da adambaşına düşən sahə qanunla müəyyənləşdirilib. Belə ki, böyüklər üçün minimum 9 kvadratmetr və 6 yaşına qədər olan uşaqlar üçünsə 6 kvadratmetr nəzərdə tutulub. Bundan başqa, virusun yayılmasının önlənməsi tədbirlərinə iki nəfərdən çox insanın bir araya toplaşmasının qarşısının alınması da aiddir. Bu da öz elmi təsdiqini son aparılan elmi araşdırmalarda adambaşına düşən yaşam sahəsinə görə tapır.

İtaliyaya gəldikdə isə əvvəlcə orada son ümumi statistika ilə tanış olmaq gərəkdir. Ötən həftə İtaliyanın Istituto Superiore di Sanità İnstitutundan gələn son elmi hesabatlara əsasən (burada 2000-dən yuxarı insanın ölüm səbəbləri incələnib) ölənlərin 99 faizini ağciyərdə olmayan xəstəlikdən əziyyət çəkiblər və ən son kliniki mərhələdə olublar. Burada ilk üçlüyü şəkərli diabet, ürəyin koronar xəstəliyi və arterial hipertoniya təşkil edib. Ölənlərin ortalama yaşı 79,5 olub ki, ölümə daha çox məruz qalan qrup isə 80-89 yaşlılar olub. Ölənlərdən 5 nəfər 40 yaşdan aşağı olub ki, bunlar da öncədən ağır xəstəlikdən əziyyət çəkiblər. Ölənlərin 70 faizi kişilərdir. Üç nəfərin (0,8 faiz) daha öncədən xəstəliyi olmayıb və sadəcə COVID-19 virusuna yoluxub və bu virus səbəbi ilə də ölüb. Xəstələrin 77 faizi yüksək hərarətlə, 74 faizi təngnəfəslik və 42 faizi isə ağır öskürəklə xəstəxanaya daxil olub", - deyə tibb elmləri doktoru vurğulayıb.

N.Abdullayev qeyd edib ki, ümumiyyətlə, xəstəliyin simptomlarından ölüm vaxtına qədər də olan zaman bəllidir. Belə ki, ölənlərin ilkin simptomlarından müsbət test cavabları da daxil olmaqla xəstəxanaya yerləşdirilməsi 4 gün çəkib. Bundan sonra isə xəstəxanadakı vaxt reanimasiya tədbirləri də daxil olmaqla ölüm vaxtına qədər daha 4 gün olub. Burada bütün ölkələr, o cümlədən Azərbaycan üçün də önəmli olacaq bir nəticəyə gəlinir ki, ağır xəstələrin aşkarlanması tezləşdirilməli və bu xəstələrin hospitalizasiyası 4 gündən tez olmalıdır ki, baş verə biləcək ölüm hallarının sayı azalsın. Bir də unutmaq lazım deyil ki, İtaliyanın demoqrafik vəziyyəti Azərbaycanla müqayisədə tam fərqlidir. İtalyanlar dünyada qocaların sayına görə dünyada ilk üçlükdə gələn millətlərdəndirlər və 14 milyon əhalisinin yaşı 65-dən yuxarıdır. Bundan başqa, İtaliyada daha çox ölümə məruz qalan yaş qrupuna - 80-89 yaşlılara baxsaq və həyat şəraitini incələsək, görərik ki, o yaş qrupunun gündəlik həyat şəraiti azərbaycanlı birisindən tamamilə fərqlənir. Belə ki, o yaş qrupunda olan insanlar İtaliyada evdən kənarda daha çox tanımadıqları adamla birbaşa kontaktda olurlar. Azərbaycanda görülmüş önləyici tədbirlər isə həmin yaş qrupunun virusa yoluxma riskini xeyli azaldır. Bundan başqa, Azərbaycandakı həmin yaş qrupuna daxil olan insanlar gigiyenik tövsiyələrə deyildiyi kimi əməl etsə, bu riski çox aşağı salmış olacaqlar.

Nuran Abdullayevin sözlərinə görə, vətəndaşların bilməli olduğu vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq elmi şəkildə sübut olunub ki, müxtəlif materiallarda virusun yaşama saatı 24 saatdan 72 saat arasında dəyişir və bunun üçün bütün gigiyenik amillərə nəinki qocalar, həmçinin bütün yaş qrupundan olan insanlar da maksimum əməl etməlidirlər. Bunlardan da ən vacibi əllərin həmişə təmiz saxlanılmasıdır, çünki adi bir təmas virusa yoluxma deməkdir. Bir insan normal həyatında qeyri-iradi olaraq bir dəqiqədə üzünə ortalama 3-5 dəfə toxunur ki, bunun da 1-i viruslu əllərdə virusa yoluxmaya kifayətdir.

"Hazırki dövrdə müxtəlif Avropa institutlarından verilən tövsiyələrdən biri də immuniteti yüksək olan, heç bir əlavə xəstəliyi olmayan və virusa yoluxarsa xəstəliyi gizli keçirə biləcək gənclərin başqa yaş qrupuna daxil olan insanlarla kontaktını mümkün qədər azaltmaqdır. Bu da virusun yayılmasının qarşısını almaqda birbaşa kömək edir. Gənclər bu virusu yaya biləcək ən təhlükəli insan qrupudur.

Azərbaycanda bundan sonrakı ölüm saylarının maksimum səviyyədə aşağı olması üçün də vacib məqamlardan biri artıq immun statusu aşağı olan insanların yaşından asılı olmayaraq ciddi tibbi nəzarətə alınması və normal gigiyenik tövsiyələrə əməl etməsidir. Bununla da Azərbaycan ölüm riskini çox aşağı salmış olar. Bu xəstələr qrupuna daha çox müxtəlif immun və kimya terapiya müalicəsi alan onkoloji xəstələr və bundan başqa orqan transplantasiyası olunmuş insanlar başçılıq edir", - deyə professor əlavə edib.

Demokratikmusavat.com

Xəbər Lenti

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... - AÇIQLAMA

Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Hindistanda qatar vaqonları xəstəxanaya ÇEVRİLDİ - FOTO

Günün qoroskopu: bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək

Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib

Musa Quliyev: Ölkəmizdə koronavirus müayinəsi aparmaq üçün geniş imkanlara malik laboratoriyalar var

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum

Rusiyada 3 yaşadak uşağı olan ailələrə maddi yardım ediləcək

“Fənərbaxça”nın baş məşqçi postuna əsas namizəd müəyyənləşib

Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb

Qəbələyə 15 sm qar yağıb - FOTO

Arzu Nağıyev: Dövlət koronavirusla mübarizəni kompleks şəkildə həyata keçirir - VİDEO

Nazirlər Kabineti işsizlərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasını təsdiq edib

Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb

İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb

Heydər Əliyev Mərkəzindən İrana dəstək - VİDEO

Lerikdə ferma yandı

Bakıda cibgirlik edən şəxs tutulub

İtaliyada koronavirusdan ölənlərin sayı 17 mini keçib

Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəməni ala bilməyəcək

Aleksandr Lukaşenko: Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram

Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib

Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır

"Qızım ərindən ayrı düşüb" - Mətanət İsgəndərli

Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Futbolçu hərbi xidmətə başladı - 24 kq sursatla 7 km yürüş etdi

İşğal altındakı Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alındı

Koçaryan Paşinyanı məhkəməyə verib

Ekstrasens dünyanın koronavirusdan nə vaxt yaxa qurtaracağından danışdı - MÜSAHİBƏ

FİFA-da yeni rüşvət qalmaqalı - DÇ-2018 və DÇ-2022...

Dünyanın ən varlı insanları 2 aya 408 milyard dollar itirib

Sevinc Fətəliyeva: "Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır"

Tramp xahiş etdi: Boris Consona yardım edin...

İstanbulda koronavirusa yoluxanlar üçün xəstəxana tikilir

80 və 89 yaşlı cütlük koronavirusa qalib gəldi - VİDEO

Sahil Babayev: "Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək"

Koronavirusa görə Premyer Liqa nəhənglərinə dəyəcək zərər bilindi

"Napoli"nin futbolçusu "Real"ın hədəfində

Sahil Babayev: "Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər"

"Vulverhempton"un Renatla bağlı yeni planı

Norveçdən koronavirusla bağlı xoş xəbər

"Karantindən sonra toydur"

"İndi cinsi əlaqə təhlükəlidir" - Maral Tahirqızı koronavirusdan BELƏ QORUNURMUŞ

Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTOlar

Azərbaycan Ordusunun növbəti qrupu Cənubi Sudanda fəaliyyətə başlayıb

Alıcılar "hə", satıcılar "yox" deyirlər - Dövlət qurumları qiymət artımına nə deyir? - VİDEO

“Instagram”da məşhurlaşmaq üçün ev yandırdılar

Valideynlərinin əl-qolunu bağlayıb evə od vurdu

Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb

Karantində başına un kisəsi keçirib, küçəyə çıxdı - VİDEO - FOTO

Almaz Ələsgərli ikinci dəfə nənə olub

Türkiyədə "Roketsan”ın hərbi zavodunda partlayış olub

"Qızımla kürəkənim əvvəl bir-birindən kimin övladı olduqlarını gizlədiblər"

İstanbulda partlayış olub, xəsarət alanlar var

"Bavariya" Müllerlə yeni müqavilə imzaladı - FOTO

Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM

UFC döyüşləri özəl adada keçirilə bilər

OPEK+ ölkələri nazirlərinin iclasının vaxtı açıqlandı

Nəriman Abbasovun Moskvadakı döyüşü təxirə salındı - RƏSMİ

AFFA-dan Di Françesko açıqlaması

SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib

ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış

Yaponiya 20 ölkəyə koronavirusa görə dərman təhvil verəcək

İranda bu gündən ictimai distansiya başlanır

Alimlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

Alimlərlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

Hikmət Babaoğlu: "Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır

Polis Runi və Uokeri saxladı

"Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər" - UEFA prezidenti

Britaniyada daha bir yüksək çinli məmur koronavirusdan karantinə alındı

"Anam məhkəmə zalında infarkt oldu, nənəm həbsxananın qarşısında öldü" - Ömrlük məhkum - VİDEO - FOTO

Adil Əliyev: "Əfv sərəncamı həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır"

Vüqar İskəndərov: "Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir"

İranda Ordu Günü paradı ləğv edildi

Vüqar Rəhimzadə: "Azərbaycan dövlətinin bu addımları demokratik dəyərlərə sadiqliyin nümunəsi kimi də qiymətlidir"

Pərvin Kərimzadə: "Əfv aktı dövlətin humanist siyasətinin daha bir göstəricisidir"

Kamil "20 gündür balalarım acdır" deyən qadının evinə getdi - VİDEO

Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür

Naqif Həmzəyev: "Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir"

Ərdoğan aparıcını məhkəməyə verdi

Bu Avropa ölkəsində həyat bərpa olunur

“COVID-19-la mübarizəyə əlavə 5,9 milyon tibb bacısı cəlb edilməlidir” - ÜST

Emin Hacıyev: "Ermənistanın fəlakətdən qaçması mümkün deyil"

Ermənistanda koronavirusa yoluxanların sayı 850 nəfəri ötdü

Evinə iki fahişə çağıran futbolçuya pis xəbər

Könül Kərimova yeni villasını canlı efirdə göstərdi - VİDEO

İspaniyada koronavirusdan ölənlərin sayı yenidən artdı

Koronavirusa yoluxan rus müğənni komaya düşdü

Əfvin icrası başa çatdı

Yaponiyada fövqəladə vəziyyət elan edilib

Natavandan Röya və Elnarə paylaşımı - FOTO

Siyavuş Novruzov: "Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir"

"Tüpürüm sizin missiyanıza" - Rövşanə ilə vəkil arasında qalmaqal

İranda epidemiya qurbanlarının sayı artıb

Yeni Zelandiyanın səhiyyə naziri karantin rejimini 2 dəfə pozdu, üzr istədi

Özünüzü, övladlarınızı qoruyun ki...

Çörəyi ucuz qiymətə almaq üçün 386 km yol qət etdi - FOTO

Holand Ronaldunun çellencinə qoşuldu və onu məğlub edə bilmədi - VİDEO

Ana 4 yaşlı oğlunu boğub öldürdü

Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTO

Almaniya klubu Nazarovla yeni müqavilə imzalayacaq

İtaliyada daha bir futbolçu koronavirusa yoluxdu

“Toyota” maska istehsalına başlayacaq

Koronavirusun sonu yaxınlaşır? - 3 ay sonra Çində bir ilk - FOTO

"Səninlə cinsi əlaqədə olub, koronavirus yoluxdurdum" - 42 yaşlı qadından ağılasığmaz əməl

"Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı"

Sabiq "Qarabağ"lı 21-ci əsrin ən yaxşısı seçildi

"Koronavirus mətbuatın uydurmasıdır" deyən keşiş bu virusdan öldü - FOTO

Rusiyada son sutkada mindən çox şəxs koronavirusa yoluxdu, 11 nəfər öldü

Azərbaycanlı aktyor koronavirusa yoluxdu

Bank Respublika NFC ödənişlərin tətbiqinə başladı!

Cazibədar idmançı qolfu sinəsiylə oynadı - VİDEO

Kontakt Home xüsusi rejimli xəstəxanalara yardım etdi

Flora Kərimova arxiv FOTOlarını paylaşdı

Nanə verilişə çağırdığı məşhurların qızdırmasını ölçüb EFİRƏ BURAXDI - VİRUSA GÖRƏ - FOTO

“Barselona” və “Real”ın sabiq baş məşqçisi öldü

Həbib Nurməhəmmədovu o əvəzləyəcək - RƏSMİ

Koronavirusa preventiv tədbirlərlə qalib gəlmək olar

David Silvaya İspaniyadan təklif

Nanə verilişdə çağırdığı məşhurların qızdırmasını ölçüb EFİRƏ BURAXDI - VİRUSA GÖRƏ - FOTO

Britaniyada 45 yaşlı qadın 22-ci uşağını dünyaya gətirdi - FOTO

“Liverpul” etirazlara görə qərar dəyişdi, üzr istədi

Çindəki matəmdən FOTOlar

Gürcüstanda koronavirusdan sağalanların sayı 39 nəfərə çatıb

Kennedinin nəvəsinin meyiti tapıldı, nəticəsinin axtarışları davam edir

Bəxtiyar Əliyev: "Prezident İlham Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını diqqətdə saxlayır"

Səudiyyə Ərəbistanında Ramazanda məscidlər açılmayacaq

ƏƏSMN işsiz statusunun kimlərə şamil olunmayacağına aydınlıq gətirib

Bakıda çoxmərtəbəli yaşayış bınasında yanğın olub

ABŞ Dövlət Departamentinin 3 əməkdaşı koronavirusun qurbanı olub

Ukraynada karantin rejimini pozan 46 şəxs barəsində cinayət işi açılıb

Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb

Bakıda azyaşlı öz qardaşının qulağını dişləyərək qoparıb

Mingəçevirdə yataqxanada yanğın olub

Çində ilk dəfə koronavirusdan ölüm qeydə alınmadı

Misirdə koronavirusdan ölüm sayı 85 olub

Kanadada 16667 nəfər koronavirusa yoluxub

Netahyahu ölkədə karantin rejimi elan etdi

Facebook istifadəçilərin hərəkəti barədə məlumat toplayacaq

Koronavirusa qarşı 2-ci peyvənd klinik sınaqlardan keçəcək

Səudiyyə Ərəbistanı bir neçə bölgədə komendant saatı tətbiq edib

Türkiyədə koronavirusdan ölənlərin sayı 649-a çatıb

Şəmkirdə kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırıb - YENİLƏNİB

Boris Conson reanimasiya şöbəsinə köçürülüb

Dünyada koronavirusa yoluxanların sayı 77 mindən çox artıb