AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır

  19

Müasir dövrdə hər bir ölkənin dinamik inkişafını, beynəlxalq münasibətlər sistemində yerini və rolunu müəyyən edən başlıca strateji amil iqtidarın səmərəli, milli maraqlara əsaslanan daxili və xarici siyasət həyata keçirməsidir. Bu kontekstdə Azərbaycanın nümunəsi müsbət və mütərəqqi təcrübə kimi diqqəti cəlb edir.

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır

Bu gün Azərbaycan dayanıqlı inkişafa malik, möhkəm ictimai-siyasi sabitliyin, bütün azadlıqların təmin olunduğu, qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Ölkəmizi fərqləndirən başlıca səciyyəvi xüsusiyyətlərdən biri vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin mövcudluğudur. Yerli mütəxəssislər və xarici ekspertlər bu kontekstdə Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir, onun səmərəli nəticələrini daha çox önə çəkir, bu nümunənin dünya ölkələri üçün pozitiv örnək kimi çıxış etdiyini bildirirlər. Bəli, reallıq budur ki, hüquqi və sosial dövlət olan Azərbaycanda vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar, əhalinin rifah halının daha da yaxşılaşdırılması, insanların layiqli həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü və səmərəli tədbirlər ardıcıl - davamlı xarakter daşıyır. Son zamanlar dünyanı cənginə almış yeni növ koronavirusun - COVİD-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığını daim diqqət mərkəzində saxladıqlarını, həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyini dayandığını bir daha təsdiq edir.

Zəruri resurslar səfərbər olunaraq profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığının qorunmasına xidmət edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan edilmiş COVİD-19 dünyada sürətlə yayılır, bir çox ölkələr, hətta inkişaf etmiş dövlətlər ciddi problemlərlə üzləşiblər və faktiki olaraq çarəsiz vəziyyətdədirlər. Mövcud durum və acı reallıqlar dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir. Yerləşdiyi coğrafi məkandan, əhalisinin sayından və inkişaf səviyyəsindən asılı olmayaraq çoxsaylı ölkələr tərəfindən müxtəlif xarakterli xüsusi tədbirlər, o cümlədən məhdudiyyətlər və qadağalar tətbiq olunur, sosial izolyasiya tədbirləri gücləndirilir. ÜST-nin də açıqladığı məlumatlardan göründüyü kimi, spesifik vaksini və müalicəsi olmayan bu xəstəliyin qarşısının alınması istiqamətində səmərəli qabaqlayıcı addımlar atan ölkələrdə vəziyət daha qənaətbəxşdir.

Azərbaycanda isə Prezident İlham Əliyevin göstərişi və tapşırığı əsasında ilk vaxtlardan koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik, mübarizə xarakterli təxirəsalınmaz tədbirlər operativ və effektiv surətdə həyata keçirilir, eləcə də əhali arasında geniş maarifləndirmə işi aparılır. Bu məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah öz fəaliyyətini uğurla davam etdirir, koordinasiyalı fəaliyyət nəticəsində müvafiq addımlar atılır, zəruri qərarlar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, o cümlədən dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqqı məbləğlərini Fonda ianə etmələri infeksiya ilə mübarizənin, onun yayılmasının qarşısının alınmasının, əhalinin sağlamlığının və ölkənin təhlükəsizliyinin təmin olunmasının prioritet əhəmiyyət daşıdığını, Azərbaycan dövlətinin bu məqsədlər üçün zəruri resursları səfərbər etdiyini və müvafiq nəticələrə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə olunacağını aydın göstərir.

Beləliklə, ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunması, bu çərçivədə kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması, eləcə də digər addımlar bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə qərar qəbul olunması, həmçinin özəl sektorda çalışanların da maraqlarının nəzərə alınması böyük önəmə malikdir. Bununla yanaşı, mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi, bu istiqamətdə müvafiq qərarların qəbul və icra olunması dövlətin diqqət mərkəzindədir.

Yeni Azərbaycan Partiyası koronavirusun ölkə ərazisində yayılmasına qarşı hökumətin həyata keçirdiyi tədbirləri yaxından dəstəkləyir

Azərbaycan dövlətinin milli maraqları əsasında fəaliyyətini uğurla davam etdirən, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçən, ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası (YAP) da öz növbəsində əhalinin sağlamlığını daim diqqətdə saxlayır, insanlara həssas münasibəti və xüsusi qayğısı ilə fərqlənir. Partiyamızın strukturları koronavirusa qarşı mübarizədə Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq virusa yoluxma hallarının qarşısının alınması məqsədilə səfərbər edilib. Partiya üzvləri bu fəaliyyət çərçivəsində Operativ Qərargahın qərarlarının əhali arasında təbliğ edilməsi, insanları virusa yoluxma hallarının qarşısının alınması məqsədilə mütəxəssis tövsiyələrinə əməl olunmasında şəxsi intizama və məsuliyyətə dəvət edirlər. Eyni zamanda, yerli partiya təşkilatları virusa yoluxma hallarının qarşısının alınması məqsədilə ehtiyacı olan insanlara zəruri yardım göstərirlər. Yeni Azərbaycan Partiyası, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 500 min manat civarında vəsait ianə edib. Paralel olaraq YAP fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər. Partiya üzvləri ölkəmizdə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan profilaktik tədbirlərə əhalinin dəstək verməsi, sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə edirlər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə insanlar arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər. Partiyamızın fəalları bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayır, sosial qayğıya ehtiyacı olan şəxslərin təminatlarının ödənilməsi istiqamətində aktiv iştirak edirlər. Onlar, həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar.

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası dünyanı lərzəyə salan qlobal təhlükəyə qarşı mübarizədə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yaxından dəstəkləyir.

Anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirən "beşinci kolon"un xalqın və dövlətin mənafeyinə zidd mövqe sərgiləməsi nəyin ifadəsidir?

Təbii ki, qlobal pandemiyaya çevrilmiş yeni növ koronavirusun geniş yayılmasına qarşı formalaşdırılmış mübarizə mexanizminin səmərəliliyini təmin edən mühüm amillərdən biri dövlət tərəfindən həyata keçirilən zəruri tədbirlərə əhalinin fəal dəstək göstərməsidir. Yəni hər bir fərd siyasi mövqeyindən, dünyagörüşündən, sosial statusundan asılı olmayaraq vətəndaş məsuliyyəti nümayiş etdirməli, müəyyən olunmuş qaydalara ciddi riayət etməli, ajiotaj və təşviş yaratmağa xidmət edən davranışlardan çəkinməli, reallığı əks etdirməyən informasiyalarla ictimai şüuru manipulyasiyaya məruz qoymamalıdır.

Təəssüflər olsun ki, ölkəmizdə anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirən "sapı özümüzdən olan balta"lar, yəni "beşinci kolon" üzvləri ictimai və siyasi məsuliyyətsizlik nümayiş etdirərək dövlətin maraqlarına və xalqın mənafeyinə zidd mövqe sərgiləyirlər. Onlar koronavirusun yayılmasına qarşı mübarizə məsələsi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə reallıqlara uyğun olmayan məlumatlar, daha doğrusu, dezinformasiyalar ortaya atmaqla sosial immuniteti azaltmağa, operativ və effektiv tədbirlərin üzərinə kölgə salmağa çalışırlar. Milli həmrəyliyə, fərdi və ictimai məsuliyyətə hər zamankından daha çox ehtiyac olduğu bir zamanda radikal düşərgə təmsilçilərinin bu cür anti-xalq və anti-dövlət mövqeyindən çıxış etmələri bir daha həmin ünsürlərin Azərbaycana qarşı qərəzli münasibət bəsləyən xarici dairələrin əlində alət olduğunu göstərir.

AXCP sədri Əli Kərimli və onun azsaylı radikal ətrafı, o cümlədən okeanın o tayında, Avropada oturaraq Azərbaycana qarşı ermənilərin, erməni lobbisinin maliyyə dəstəyi əsasında "qara piar" kampaniyası aparan Cəmil Həsənli, Sevinc Osmanqızı və digər bir sıra antimilli ünsürlər koronavirusun yayılmasının qarşısının alınması istiqamətində xalqa heç bir maddi və mənəvi dəstək göstərməməklə yanaşı, təxribat xarakterli məlumatlar yaymaqla məşğuldurlar. Bu şəxslərin bir müddət öncə dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar sevinclərinin həddi-hüdudu yox idi, onlar Azərbaycan dövlətinin iqtisadi böhranla üzləşməsi arzusunda olduqlarını açıq şəkildə ifadə edirdilər. Halbuki neftdən gələn vəsaitlər hesabına ölkəmizdə mühüm sosial əhəmiyyətli tədbirlər həyata keçirilib - çoxsaylı məktəblər, xəstəxanalar, körpülər, idman-olimpiya kompleksləri tikilib, yollar çəkilib, digər mühüm infrastruktur layihələri reallaşdırılıb, iqtisadi inkişafa təkan verən investisiyalar yatırılıb. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və liderliyi ilə qlobal əhəmiyyətli transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, yeni əməkdaşlıq platformalarının yaradılması ölkəmizin qüdrətinin artmasını, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bunlarla yanaşı, neft gəlirlərindən səmərəli istifadə olunması nəticəsində qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub. Bütün bu reallıqlar aşkar olduğu halda, Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı və Azərbaycan dövləti əleyhinə qərəzli təbliğat aparan digər anti-milli ünsürlərin ermənilərlə birlikdə neftin qiymətinin düşməsini sevinclə qarşılamaları və dbu kimi digər faktlar onların erməni lobbisinin maraqlarının müdafiəçiləri olduqlarını bir daha sübuta yetirir. Daha bir məqam odur ki, xaricdə oturub sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparan bəzi antimilli ünsürlərin olduqları - yaşadıqları yerlərdə küçəyə çıxmağa qorxduqları halda, Azərbaycan vətəndaşlarına koronavirusla mübarizə tədbirləri çərçivəsində müəyyən olunmuş qaydalara əməl etməklə bağlı "ağıl öyrətməyə" - "dərs verməyə" çalışmaları absurd və gülüncdür.

Əlbəttə, Azərbaycan xalqı 30 ildir ki, tarixin tozlu arxivinə yollanmış, siyasi autsayderə çevrilmiş radikal müxalifətin, Əli Kərimli, Cəmil Həsənli kimi ermənilərlə sinxron hərəkət edən uğursuz "siyasətçi"lərin təxribat cəhdlərinə heç vaxt izin verməyəcək, onlar bu cür manipulyasiyalar ilə sabitliyin, vətəndaş həmrəyliyinin pozulmasına və digər çirkin məqsədlərinə çata bilməyəcəklər. Çünki ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu amil sabitliyin, inkişafın daimi qarantıdır!

Siyavuş Novruzov
YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Xəbər Lenti

Bakıda bir evdən 4500 manat oğurlanıb

La Liqanın adalarda keçirilməsi təklif olundu

Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb

"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir" - Əməkdar artist

Azərbaycanlı aparıcı yarıçılpaq görüntüsünü yaydı, TƏNQİD EDİLDİ

Ronaldinyonun lüks ev dustaqlığı - FOTO

Qazaxıstanda güclü külək 2 nəfərin həyatına son qoydu

ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-legitim idi

FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz neçəncidir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı - SƏRƏNCAM

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib

Futbolçuların qiyməti düşdü

Avropa çempionatına ev sahibliyi edən şəhərlər azala bilər

İtalyan alimlər: “Böyük ölüm” yaxınlaşır

İnanılmazı bacardılar: koronavirus xəstələrinin yarısını bu dərmanla sağaltdılar

Xalq artisti: "Bu finti-firuş qızları ora kim çıxarır?"

Əfqanıstanda NATO aviabazasına raket zərbələri endirildi

Koreyadan ŞAD XƏBƏR: 48 gün sonra...

Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır - VİDEO

Baş Nazir: "Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir"

Sahil Babayev: "Sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur" - VİDEO

Baş Nazir Milli Məclisdə hesabat verib - YENİLƏNİB

"Bir gün "Real"a qayıdacağam" - Kasilyas

Koronavirus dünyanı və bizi dəyişəcək. Amma necə?

Xalq artisti arxiv FOTOsunu paylaşdı - Artıq neçə ildir ki, ürəkdən gülə bilmirəm

Premyer Liqanın 10 ən yaxşı transferi

"Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır"

"Ermənistanın Təl-Əvivdə səfirlik açması regionun təhlükəsizliyinə mənfi təsir göstərəcək" - RƏYLƏR

Türkiyəli elm adamları koronavirusun “barmaq izini” çıxardılar

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin!

İranda epidemiyadan daha 117 nəfər öldü

Zabit Səmədov: “Sərhədlər bağlandığı üçün Belarusda qalmışam”

Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər

Kosta və sevgilisi maşınla ərzaq payladı FOTO

Səməd Seyidov: "2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı"

Daha bir tibb işçisi koronavirusdan öldü - FOTO

Parkda məşq keçən Mourinyo səhvini etiraf etdi

"Yaxşı ki siqareti tərgitmişəm" - Rüştü Reçber

“Yıxılmağım bədbəxtləri sevindirib, yazığım gəldi"

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vuracağı zərərin məbləği açıqlandı

"Acam, zibil eşirəm" deyən qadına "Gəbər" yazan vəzifəli şəxs işdən qovuldu - VİDEO - FOTO

Baş bankirdən bank kreditləri ilə bağlı VACİB AÇIQLAMA

Aybəniz Haşımova arxiv FOTOlarını paylaşdı

"Messi olmaq çox çətindir" - Krespo

Karantində faydalı alış-veriş Maxi.az da. Bir klik məsafəsindəyik.

"Barselona" "Çelsi"nin futbolçusundan imtina etdi

Almaz Ələsgərlinin yeni doğulan nəvəsi - FOTO

Rusiyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçdi

66 yaşlı əkiz bacılar koronavirusdan öldülər - FOTO

MMA döyüşçüsü güllələndi

Kavani PSJ-ni Uruqvay klubuna dəyişir

Ermənistanda koronavirusa yoluxanların sayı 900-ü keçdi

Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

Baş nazir Milli Məclisdə hesabat verir

Məşhur professordan koronavirusla bağlı maraqlı müsahibə: "Bu dəhşətlər hamısı saxtadır, əslində..." - FOTO

Koronavirusa qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərinə dair Malayziyada geniş yazı dərc edilib

Saxta jurnalist kimi tutulan şəxs dünya çempionu imiş

Azərbaycanlı aparıcı yıxılan Xalq artisinə gülənləri TƏNQİD ETDİ - VİDEO

Çempionatın ləğvi səsverməyə çıxarılacaq

Ölüm faktları şişirdilir, yoxsa... - Koronavirus mifi haqda gerçəklər - FOTO

Koronavirusa yoluxan Mirvari Fətəliyeva Dadaşlinskinin qonağı olub - VİDEO

"Toyota Motor" Şimali Amerikada zavodlarının işini dayandıracaq

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib - STATİSTİKA

"10 il öncə telefonumun üz qabığında idin" - Murad həyat yoldaşının arxiv FOTOsunu yaydı

"Real" maaşları aşağı endirdi

Tünzalə Ağayeva canlı yayımda yıxıldı - VİDEO

İsraildə koronavirusdan effektiv müalicə üsulu tətbiq edilir

Koronavirus səbəbindən Tel-Əviv parklarına çaqqallar doluşdu

Məşhur amerikalı müğənni Qloria Qaynor Trend BİA-nın #EvdəQal videolayihəsini dəstəklədi - FOTO - VİDEO

“Baсılarımın ailəmizə uyğun olmayan həyat yoldaşları...” - Brilliant Dadaşova

Yaponiyanın daha bir prefekturunda fövqəladə vəziyyət tətbiq edildi

“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölüb

Səudiyyə Ərəbistanının Fondu dörd neft-qaz şirkətinin 1 milyard dollarlıq səhmlərini alıb

Misir parlamenti pandemiya ilə əlaqədar hökumətə müraciət edib

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda ölüm faktı qeydə alınıb

Britaniyada karantinin uzadılması planlaşdırılır

“MotoGP” üzrə İtaliya və Kataloniya Qran-Priləri təxirə salınıb

Meksikada son sutkada 33 nəfər koronavirusdan ölüb

İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım Fondu yaradıblar

Fransada pandemiyanın növbəti dalğası gözlənilir

İsrail həkimləri COVID-19-un effektiv müalicə üsulunu hazırlayıblar

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda insan öldü

Ukraynada karantin dövründə evlənən cütlüklərin sayı artıb

Moskvada qocalar evində baş vermiş yanğın zamanı ölənlərin sayı artıb - YENİLƏNİB

Ərdoğanla Cinpin arasında telefon danışığı keçirilib

İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb

BMT-nin COVID-19 virusuna yoluxan əməkdaşlarının sayı 175-ə çatıb

Avropa İttifaqı koronavirus ilə mübarizə üçün 20 milyard avro ayıracaq

TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur

Braziliyada koronavirusa yoluxma hallarının sayı ilk dəfə sutka ərzində 2 mini ötüb

Airbus təyyarələrin istehsalını azaldır

Pompeo: İrana və Venesuelaya humanitar yardım ABŞ-ın sanksiyalarına məruz qalmayacaq

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı artıb

Ağdamda tikili yanıb

Fransada koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb

Günün qoroskopu: işləriniz yavaş-yavaş qaydasına düşür

Dünyada koronavirusa yoluxanların sayı 73 mindən çox artıb

Aynişan karantin günlərindən yazdı: "Əslində orqanizmimiz…"

Koronavirus səbəbindən avrozonanın iqtisadiyyatı 2020-ci ildə 10 faiz azala bilər

Finlandiya əhali arasında yeni koronavirusun yayılmasını random testlərin köməyi ilə izləməyə başlayır

Azərbaycanlı həkim koronavirusa yoluxanları belə sağaldır... - "Ölənləri yandırırlar..."

Norveç COVID-19 virusu ilə bağlı qadağaları yumşaltmağa hazırlaşır

“Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq” - Həsən Ruhani

Koronavirus bir milyard insanı işsiz qoyacaq

Moskvada həkimləri malyariya dərmanı ilə qoruyacaqlar

Koronavirusa yoluxduğunu güman edən cütlük intihar etdi

Məşhur yazıçı koronavirusdan evdə sağaldı - "Bütün simptomlar var idi"

Koronavirusa qalib gələn İLK ÖLKƏ - Səhiyyə naziri necə bacardıqlarını açıqladı

İtaliyaya yeni həkimlər gəlib

3 yaşlı uşaqda koronavirus aşkarlandı

"Brent" markalı neftin qiyməti 33,84 dollara yüksəlib

Avropada yeni böhran: Dərman çatışmır

Türkiyədə koronavirusdan ölənlərin sayı 812-ə çatıb

Koronavirusun ortaya çıxdığı Uhan şəhəri qapılarını açdı: İLK GÖRÜNTÜLƏR

Evdən oğurluq edən qadın saxlanılıb

Yeni epidemiya yayılır - 254 nəfər öldü

Fransa: COVID-19 virusu içməli su vasitəsilə yayıla bilərmi?

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

İtaliyada koronavirusa qarşı immun testi hazırlanıb

Həbs yerlərində ödənişsiz psixoloji yardım təşkil ediləcək

Türkiyədə COVID-19 xəstələrinin müalicəsində "immun plazma" üsulunun tətbiqinə başlanılıb

Küçələrdən 500 cəsəd yığdılar - Koronavirus DƏHŞƏTİ

Bu ölkədə gündə 3 min insan koronadan öləcək - Şok iddia

Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi - VİDEO

Maldinidən sevindirici xəbər

"Barselona" Ter Ştegenə əvəzləyici tapdı

İtaliyada üzərində yük maşını olan körpü uçub - FOTO

Türkiyəli generalın xanımı da koronavirusdan öldü

Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

Kontakt Home qiymətləri 60%-dək endirdi - ALMAQ ÜÇÜN ƏN SƏRFƏLİ VAXT

Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq

PSJ-nin müdafiəçisi "Barselona"da

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanıldı

Klopp Mane ilə ilk tanışlığından danışdı - “Reperə oxşayırdı”

Əməkdar artist evdar kişilərə ŞEİR DEDİ - Yaşmaqlı kişilər, nətərsiniz? - VİDEO

Türk professordan sensasiyalı iddia: Virusun mənbəyi bu heyvandır, qidalarda da...

Koronavirus GPS peykinin buraxılışını təxirə saldı

Elxan Ələsgərov: Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər

Fransa hökuməti insanları bu yolla izləyəcək - Kim koronavirusa yoluxsa...

Xalq artisti başına örpək atıb, iranlılar üçün oxudu

Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu

Yaponiyada 40-dan çox şirkət müflis olub

"Roma" Cengiz Ünderi göndərir

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

"Real" Ronaldunu qaytarmaq istəmir

Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib

Qadağaları yumşaltmağın vaxtı deyil - ÜST

Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib

"Liverpul"un sabiq futbolçusu qızı ilə birlikdə qəzaya düşüb

Bütün oyunlar Romada keçirilə bilər - 45 günə 124 matç

“Kaş ki, xoşbəxt olardın, bədbəxtsən” - Röyadan Natavana cavab - VİDEO

Hikmət Hacıyev: Bütün dünya koronavirusdan əziyyət çəkdiyi halda Ermənistan öz çirkin siyasi oyunlarına davam edir

Hələ ki fövqəladə vəziyyətə əsas yoxdur - Operativ Qərargah

İbrahim Məmmədov: Vətəndaşlara saxta vəsiqə satan və icazə alan şəxslər cəzalandırılacaq

Azərbaycanda maskaların qiyməti artmayacaq - İbrahim Məmmədov

"Sevilya" maaşları azaltdı

İranda koronavirusdan ölənlərin sayı 4 mini keçdi

"Pərvizin birinci olmağı ədalətsizlik olardı" - Acun Ilıcalıdan GÖZLƏNİLMƏZ AÇIQLAMA - VİDEO

Türkiyəli aktyor öldü