AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Bir çoxları fikirləşir ki, burada ağacların üstündə pul asılıb" - Peşəkar - FOTO

  16

Leyla Bağırzadə: "Nə olacağını düşünmədən Kanadaya gəlmək olmaz" 

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir. 

"Adətən həkimlər həkim ailəsində yetişirlər. Əslində, bu, çox gözəl ənənədir. Valideynlər həkim kimi öz təcrübələrini övladları ilə də bölüşürlər. Yəni, professional olaraq valideyn övladına yol göstərir. Bizim ailəmizdə isə həkim olmayıb. Anam bir valideyn olaraq mənə yol göstərə bilməyəcək deyə, çox narahat idi. Amma o, özü də ailəmizdə tibb işçisinin olmasını istəyirdi. Çünki hər bir ailənin sağlamlıq suallarını cavablandıran bir "ailə həkimi" olmalıdır".
 
Bu sözləri bizimlə söhbətində Kanadada həkim-anestezioloq işləyən yeganə azərbaycanlı xanım Leyla Bağırzadəsöylədi. Müsahibim eyni zamanda Amerikada azərbaycanlı həkimləri bir araya gətirən Azərbaycan Amerikan Tibb Assosiasiyasının üzvüdür.
 
- Ağ xalat geyinmək bir çoxlarımızın uşaqlıq arzusu olub. Amma əksərimiz bunu reallaşdıra bilmirik. Bəs siz həkim olmaq fikrinə nə vaxt gəlmisiniz?

- Uşaqlıqdan həkim olmağı arzu etdiyimi deyə bilmərəm. Bir çox həkimlər uşaq vaxtından bilir ki, böyüyəndə bu sahəyə yönələcək. Mənim isə əvvəldən belə arzum və hədəfim yox idi. Ümumiyyətlə, gələcəkdə hansı sahəyə yönələcəyimlə bağlı fikirləşməmişdim. Məktəbdə oxuyarkən bütün qiymətlərim 5 idi. Bütün fənləri oxuyurdum. Orta məktəbdə isə riyaziyyatçı və ya mühəndis olmaq istəyirdim. Amma elə o vaxtlardan insanlara kömək etməyi çox sevirdim. Xəstə və imkansız insanlara yazığım gəlirdi. Bəlkə də bu xüsusiyyətlərim həkimlik peşəsini seçməyə kömək etdi.
 
- Həkim olmaq istəməsəniz də, özünüzü bu sahədə tapmısınız. Maraqlıdır, bu yol necə açıldı?

- Əslində həkim olmağımın ən böyük səbəbkarı xalam oldu. O, həmişə ailəmizdən kiminsə sizin dediyiniz o ağ xalatı geyinməyini arzulayırdı. Özünün bir çox xəstəlikləri olduğuna görə istəyirdi ki, kimsə onu müalicə etsin. Həmişə mənə deyirdi ki, sən həkim olub məni sağaldarsan. Böyüdükcə bu peşənin əhəmiyyətini daha da dərindən dərk etməyə başladım. Düşünürdüm ki, bizim ən birinci vəzifəmiz insanlara çətin anlarında kömək etməkdir. İnsan həyatının ən çətin məqamında isə onlara biz həkimlər dayaq oluruq. Məncə, bu, insanlara göstərilən ən gözəl xidmətdir.

- Adətən tibbə yönələnlər təhsillərini Almaniyada almağa üstünlük verirlər. Siz isə magistr təhsilinizi Boston Universitetində almısınız. Seçiminiz niyə ABŞ oldu?

- Əslində bu, öz seçimim olmadı. Tibb Universitetində oxuyarkən başa düşürdüm ki, təhsilimi başa vurandan sonra praktikaya hazır deyiləm. O vaxtlar Azərbaycanda rezidentura yox idi. Ona görə də xarici ölkədə təhsil almaq istəyirdim. O vaxtlar heç bir ölkə tibb üzrə oxumaq üçün geniş şanslar yaratmırdı. Mənim də maddi imkanım yox idi ki, təhsil haqqını ödəyim. Yeganə çıxış yolum hansısa proqram vasitəsi ilə xaricə getmək idi. Həmin illərdə Azərbaycanda cəmi bir neçə təqaüd proqramı var idi. 1999-cu ildə mən üç proqrama qəbul oldum. Bu proqramın heç biri tibb üzrə təhsil vermirdi. Mən yalnız ictimai səhiyyə üzrə təhsil ala bilərdim. Düzü, seçim etməkdə çox çətinlik çəkdim. Amerikanın üstünlüyü Amerika idi. Həmçinin, orada təhsil iki illik müddəti əhatə edirdi. Amma proqram tibb yox, ictimai səhiyyə üzrə idi. İngiltərə və Norveçdəki təqaüd proqramları daha maraqlı idi. Bu proqramlar tibb sahəsinə daha yaxın idi, amma bir illik müddəti əhatə edirdi. Fikirləşdim ki, bir il ərzində həm proqramı bitirib, həm də diplom təsdiq etmək üçün imtahan vermək mənə çox çətin olacaq. Ona görə də seçimim ABŞ oldu. Nəhayət, qərara gəldim ki, Boston Universitetinə sənədlərimi təqdim edim. İki ilin sonunda mən bu proqramı qırmızı diplomla bitirdim.
 
- Təhsili bitirdikdən sonra Bakıya qayıtmaq, burda işləmək istəyirdinizmi?

- Bu müddət ərzində imtahanlara yaxşı hazırlaşsam da, özümü buna hazır hiss etmirdim, Bakıya qayıtmaq istəmirdim. Bilirdim ki, Bakıya qayıtsam, həkim ola bilməyəcəm. Ona görə də qərara aldım ki, Kanadanın "Occupational Health" (Peşə sağlamlığı) üzrə doktorantura proqramına sənəd verim. Bu müddət ərzində imtahanları da verəcəyimi planlaşdırırdım. İlk vaxtlar ABŞ-a qayıtmaq istəyirdim. Amma Kanadaya gələndən sonra başa düşdüm ki, ora qayıtmaq çətin olacaq. Mən ümumiyyətlə, risk etməyi sevən insan deyiləm. Həmçinin, Kanadada doktorantura tələbəsi olduğum zaman dərs verirdim və buna görə mənə müəyyən məbləğdə təqaüd verilirdi. Amerikaya qayıtsaydım, heç nə qazanmayacaqdım. Elə oldu ki, doktoranturanın ikinci ilini bitirəndən sonra 3 tibb imtahanından uğurla keçdim və sənədlərimi rezidenturaya yolladım. Hər şey birinci dəfədən alındığına görə çox xoşbəxt idim. Çünki burada o qədər insan var idi ki, həkim olmaq arzusu elə ürəklərində qaldı. Mənim isə bəxtim gətirmişdi.

- Kanada kimi böyük ölkədə həkim kimi çalışmaq üçün hansı prosesdən keçmək lazım gəlir?

- Hətta Kanadanın öz vətəndaşları belə həkim olmaq üçün çox çətin və uzun mərhələdən keçməlidirlər. Burada sistem Azərbaycandakı kimi deyil. Sən sübut etməlisən ki, bu peşə üçün uyğun birisən və insanlara kömək etməyi sevirsən. Mən hazırda qəbul prosesində iştirak edənlərdən biriyəm və bu çətinlikləri gözlərimlə görürəm. Bəziləri birinci mərhələdən qəbul olsa da, bir çoxları 3-4 dəfə öz şansını yoxlamalı olur. Rezidentura da bir neçə mərhələdən ibarət müsabiqədir. İstədiyin rezidentura proqramına qəbul olmaq isə demək olar ki, qeyri-mümkündür. Səhiyyə Nazirliyi müxtəlif tibb sahələri üzrə yerlər ayırır. Məsələn, anesteziologiya proqramına cəmi beş yer ayrılır. Bu proqrama müraciət edənlərin sayı isə yüzlərlədir. Bu qədər insanın içərisindən cəmi beş nəfəri seçməliyik. Bu, Kanadada Tibb Universitetini bitirənlər üçündür. Mənim kimi xarici vətəndaşlara gəlincə isə, elə sahələr var ki, ora ümumiyyətlə, xaricilərə  yer ayrılmayıb. Mən qəbul olduğum il Alberta ştatında anesteziologiya proqramına bir yer ayrılmışdı. Bunun üçün isə mən Kanada Tibb Şurasının imtahanlarını verməli idim ki, aldığım diplomun oranın tibb təhsilinə uyğun olduğu təsdiqlənsin. Bunun üçün ciddi şəkildə hazırlaşmaq lazım idi. Yüksək nəticə göstərməlisən ki, özünü sübut edə biləsən. Amma təkcə çalışmaq da kifayət etmir. Sənin göstəricilərin bu işə nə qədər uyğun olduğunu sübut etməlidir. Bununla yanaşı, yaxşı ünsiyyət qabiliyyəti, liderlik keyfiyyətlərin olmalıdır.

- Kanadada Azərbaycan kimi kiçik ölkədən gələn həkimlərə münasibət necədir?

- Əslində münasibət hansı ölkədən gəlməyindən asılı deyil. Hər yerdə olduğu kimi Kanadada da insanlığa, biliyə, təhsilə və əməllərinə üstünlük verilir. Əvvəllər Azərbaycandan olduğumu deyəndə, çox az insan ölkəmizi tanıyırdı. İndi isə Kanadada Azərbaycanı tanıyanların sayı çoxdur. 

- 2013-cü ildən Kalqari Universitetinin tibb mərkəzində çalışırsınız. Nələri müşahidə etmisiniz, hansı maraqlı məqamlar yadınızda qalıb?

- Məni ən çox təəccübləndirən tibb məktəbinə və rezidenturaya qəbul şərtləri və tələbləri idi. Düzdür, qiymətlər o qədər rol oynamasa da, yaxşı olmağı üstünlükdür. Əsas kriteriya daima öz üzərində işləmək və tənqidə dözə bilməkdir. Məsələn, həkimliyə müxtəlif sahələri bitirib gələn tələbələr var. Bakalavrda mühəndislik, hüquqşünaslıq oxuyub həkim olmaq istəyənlər də var. Əsas məsələ sən sübut etməlisən ki, həqiqətən də insanlara kömək etməyi hər şeydən üstün tutursan. 
 
- Əməliyyatın uğurlu olmasında anestezoloqun rolu nə qədər vacibdir?

- Əslində əməliyyat zamanı anestezoloqla cərrah eyni dərəcədə rol oynayır. Əməliyyatdan əvvəl xəstənin əməliyyata hazır olub olmadığını anestezoloq müəyyən edir. Məsələn, elə xəstə var ki, şəkəri yüksəkdir və ya ürək xəstəliyi var. Bu zaman nə etməli olduğuna o qərar verir. Yəni belə desək, xəstəni optimal vəziyyətə anestezoloq gətirir. Əməliyyat zamanı isə anestezoloq xəstəyə uyğun narkoz verməlidir. Məsələn, əgər xəstənin ağciyər xəstəliyi varsa və əməliyyat spinal anesteziya altında aparıla bilirsə, ona başa salırıq ki, spinal onun üçün ən yaxşı narkoz ola bilər. Anestezoloq həm də ağrı həkimidir. Xroniki ağrıları olan çox xəstə var. Bir çoxları ağrını kəsmək üçün narkotik dərmanlar qəbul edirlər. Əməliyyatdan sonra onları müalicə etmək də çox çətin olur. Bu da anesteziologiyanın bir sahəsidir. Cərrah əməliyyatın texniki tərəflərinə baxır. Anestezoloq isə xəstənin əməliyyat zamanı bütün funksiyalarını nəzarətdə saxlayır. Bütün hallarda anestezoloqun əsas rolu xəstəyə narkoz vermək və ayıltmaq və bu zaman ürəkbulanma və ağrıları minimuma endirməkdir.
 
- Yəqin ki, bir çox əməliyyatlarda iştirak etmisiniz. Unutmadığınız bir əməliyyat olubmu?

- Bir çox əməliyyatda iştirak etsəm də, hər əməliyyat, hər xəstə fərdi yanaşma tələb edir. Elə əməliyyatlar var ki, ona daha çox hazırlaşıb hər detalı nəzərə almalısan. Xüsusi olaraq hansısa əməliyyatdan danışa bilmərəm. Müəyyən vaxtdan sonra o qədər əməliyyatda iştirak edirsən ki, hər şey adi görünməyə başlayır. Amma əlbəttə ki, birinci dəfə xəstəyə narkoz verdiyim zaman keçirdiyim həyəcan hər zaman yadımdadır. Rezidentura zamanı tələbəyə müstəqillik verilsə də, arxayın olursan ki, konsultant həkim sənin arxanda dayanıb. Müstəqil olaraq bütün qərarları vermək isə çox çətin və həyəcanlıdır.

- İş rejiminiz necədir?

- Növbədə olmayanda adətən səhər saat 7-dən saat 5-dək işləyirik. Əməliyyatlar 8-ə 20 dəqiqə qalmış başlayır. Gün ərzində planlaşdırılan əməliyyatları saat 4-ə kimi qurtarmağa çalışırıq. Amma elə əməliyyat otaqları var ki, 6-nın yarısına qədər işləməli olursan. Bu otaqlara düşəndə bilirsən ki, iş saatları daha çox olur. Hərdən elə olur ki, sonuncu əməliyyat uzanır. Növbədə olduğumuz zaman səhərdən gecəyədək işləyirik. Adətən gecə saat 12-dən sonra o qədər də təcili əməliyyat olmur. Axşam saat 10-da əməliyyatlar bitir. Bəzən isə gecə saat 3-də çağırırlar ki, təcili əməliyyata gəlməlisən. Növbəli rejimdən sonra bir gün işləmirik. Hələ rezindentura zamanı mən bu cədvələ öyrənmişəm. Ona görə də mənə çətin gəlmir. Amma həmkarlarım yaşa dolduqca bu rejimlə işləməyin çətin olduğunu söyləyir. Şöbədə həmişə cavan və enerjili anestezoloqlar var. Kim istəmirsə, növbəsini onlara verə bilir.

- Bəs istirahətə vaxtınız qalırmı?

- Əsl istirahət məzuniyyətə getdiyimiz zamanlar olur. Adi vaxtlar isə axşamlar evə gedəndən sonra dincəlirəm. Şənbə-bazar çalışıram ki, oğlumun dərsləri ilə məşğul olum. Bu da mənim ikinci işim sayılır (gülür). 
 
- Leyla xanım, hazırda Azərbaycandan Kanadaya getmək istəyənlərin sayı çoxdur. Onlara nə tövsiyə edərdiniz?

- Tövsiyə edərdim ki, bura gəlməzdən əvvəl qarşılarına məqsəd qoysunlar. Mənim məqsədim tibb üzrə təhsil alıb həkim olmaq idi. Burada heç kim heç kəsi gözləmir. Düzdür, immiqrant servislər dil öyrənməyə və bəzi məsələlərdə köməklik edirlər. Amma yaxşı olar ki, bura sənəti olan, yaxud oxumaq istəyən şəxslər gəlsin. Yaşadığın ölkədə hər şeyi atıb nə olacağını düşünmədən Kanadaya gəlmək olmaz. Bir çoxları fikirləşir ki, burada ağacların üstündə pul asılıb. Əgər Kanadada yaşamaq istəyirsənsə, çox oxumalı, işləməli, insanlarla ünsiyyət qurmağı bacarmalısan.

Demokratikmusavat.com

Xəbər Lenti

"Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır " - Səfirlik

Günün qoroskopu: ciddi maliyyə problemləriniz ola bilər

Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

"Liverpul" çempion elan edilməyəcək

Türkiyədə koronavirus qurbanlarının sayı 500 nəfərdən çox olub

Əhaliyə güzəştli işıq limiti artırılacaq

Kənd təsərrüfatı ilə məşğul olanlar karantin dövründə necə hərəkət edəcək? - Qərar

Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcək?

Bu tələbələrin təhsil haqqı xərclərini dövlət ödəyəcək

Azərbaycanda tikinti sektoru üzrə yeni mexanizm yaradılır

Azərbaycanda təşviq institutları və fondlarının fəaliyyətini əlaqələndirən Koordinasiya Şurası yaradılacaq

Azərbaycanda bu məhsulların idxalı gömrük rüsumundan azad ediləcək

Azərbaycanda birdəfəlik ödənişin məbləği məlum oldu

Sahibkarlıq subyektlərinə ediləcək güzəştlər açıqandı

Azərbaycanda işsiz vətəndaşlar üçün 50 min ictimai iş yeri yaradılır

Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu

Baş nazir Tədbirlər Planını təsdiqlədi

Muzdlu işçilərə 215 manat kompensasiya veriləcək

İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə növbəti dəstək - VİDEO - FOTO

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

Azərbaycana giriş-çıxış dayandırıldı

Füzulidə 4 ədəd tank əleyhinə raketlər tapılıb - FOTO

AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib

OPEC+ nazirlərinin görüşünün vaxtı dəyişdirildi

Koronavirusla mübarizə aparan həkimlər danışdı - VİDEO

Naxçıvanda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO - FOTO

Koronavirus pandemiyası ərzaq təchizatına təsir göstərir

Çində asimptomatik COVID pasientlərinin 75 faizində daha sonra simptomlar əmələ gəlib

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb - VİDEO

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 700 nəfərdən çox artıb

İranda koronavirus nəticəsində ölənlərin sayı artıb

Suriya ərazisində 24 terrorçu zərərsizləşdirilib

"Barselona"da maaşlar yenidən azaldılır?

Mətanət İsgəndərli qızı Ülkərlə Fatimənin evində - VİDEO

Ukraynada koronovirus: 1096 nəfər yoluxub, 28 nəfər ölüb

Fransada 600 hərbçi koronavirusa yoluxdu

ÜST-ün nümayəndəsi koronavirusun gənclər üçün təhlükəsindən danışdı

Bakıda "Rais" ləqəbli narkotacir saxlanıldı: Onlayn yolla narkotik satırmış - FOTO

Damlanın çöldə çəkdirdiyi FOTO izləyiciləri qəzəbləndirdi

Pərvin Kərimzadə: "Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımız var"

"Roma"nın sabiq baş məşqçisi “Fənərbaxça”nı çalışdıra bilər

İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib - SƏRƏNCAM

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib - SƏRƏNCAM

Vüqar Səfərli vəzifəsindən azad edildi - SƏRƏNCAM

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib

Bəxtiyar Əliyev: "Hökumətin gördüyü tədbirlər koronavirusla bağlı çətin vəziyyətdən az itkilərlə çıxmağa şərait yaradır"

Türkiyədə yaşayan azərbaycanlı aktrisa: “Son dəfə küçəyə çıxdım” - FOTO

Şarapova nömrəsini yaydı - “Mənə yazın”

Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır

Bakıda daha bir Qran-pri təxirə salındı

“Atamı şair kimi ölümündən sonra anladım” - Nüsrət Kəsəmənlinin oğlu

PFL çempionatımızı başa vumaq niyyətindədir

Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Səməd Seyidov: "AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər"

Çin kosmosa "Uhan" peykini buraxacaq

Miri Yusif evində klip çəkdirdi - VİDEO

"Latsio" İmmobilenin qiymətini açıqladı

Rusiyada koronavirusa yoluxanların sayı 4,7 mini keçdi

Korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr

Koronavirusun səbəb olduğu qorxunc xəstəlik üzə çıxdı: bu orqanı məhv edir və insan... - ŞOK AÇIQLAMA

Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib

Super Liqa nə vaxt bərpa olunur? - TFF-dən açıqlama

Tofiq Yaqublunu zorla "qurban" və "siyasətçi" etmək istəyən kimlərdir? - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Hikmət Babaoğlu: "Hazırlanan proqramlar postpandemiya dövründə inkişafa hesablanıb"

Doqquz güləşçimiz TOP-10-da

Azərbaycanda müəllimdən şok əməl: 15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə...

Almaniyanın 12 klubu müflis ola bilər

Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq

Antalyada qalan Əməkdar artist: Qanunlar çox ciddiləşib...

İranda 106 yaşlı kişi koronavirusdan sağalıb

Məşhur klub stadionunu xəstəxanaya çevririr

"Türk Hava Yolları" bütün daxili reysləri dayandırır

Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək - VİDEO - FOTO

Reanimasiyadan qorxunc görüntülər - Koronavirus dünyanı çalxalayır - FOTO

Koronavirusdan ölənləri gözləyən qəbiristanlıq - FOTO

Az yatanların koronavirusa yoluxmaq riski daha çoxdur

Bekhemin yeni imici izləyicilərini təəccübləndirdi - FOTO

Uhanda koronavirusun ikinci dalğası başlaya bilər - Ölənlər var, qərar dayandırıldı

Türk PA: Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” şiddətlə qınayırıq

Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı

17 yaşında Olimpiya çempionu olmuş gözəl model - FOTOlar

Mərkəzi Bank 200 milyon manat cəlb edəcək

Maska taxmaq məcburi deyil - Tramp

Avropa Çinin köməyindən asılıdır - Marin Le Pen

Koronavirusun ağciyərdən başqa digər vacib orqana da təsiri məlum oldu - Yeni fakt

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Bavariya" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

BVF-dən şok: Tarixdə ilk dəfədir iqtisadiyyat bu cür...

Pərvin Abıyeva qiymətləri açıqladı - Ən aşağısı 500 manat... - FOTO

Fransız həkimin korona təklifi dünyanı silkələdi - VİDEO

BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır

"Miss Azerbaijan 2019” alt paltarını satışa çıxardı - FOTO

Emin Hacıyev: "Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür"

Koronavirusa görə dünyanı aclıq gözləyə bilər

Koronavirus Astara sakininin vecinə deyilmiş - Küçədə narkotik satırdı...

Azərbaycanın regionlarında bank kreditləşməsi artıb

Koronavirusun hava ilə yoluxma ehtimalı haqda YENİ FİKİR - Maykl Rayan da bunu istisna etmir

Məşhur müğənni koronavirusa yoluxub

Terim futbolçuları ilə görüntülü danışdı

ABŞ-dakı vətəndaşlarımız üçün onlayn konsulluq xidməti layihəsinə start verilib

Koronavirusa yoluxan Daniel Maldini sağaldı

Pentaqonda HƏYƏCAN: Koronavirus orduya yayılır

Koronavirusa yoluxmuş şəxs polisə qılıncla hücum etdi - VİDEO

Fransada epidemiyanın pik dövrü hələ qabaqdadır

Maskaların bu hissəsində virus daha çox yaşayır

Litvada da koronavirusa yoluxanların sayı artır

Gəncədə əl qumbarası aşkarlanıb - FOTO

Misirdə son sutkada koronavirusdan 8 nəfər dünyasını dəyişib

Son sutkada dünyada 76 min nəfər koronavirusa yoluxub

Selena Gomez bipolyar pozuntudan əziyyət çəkdiyini etiraf edib

Gürcüstanda daha 7 nəfər koronavirusa yoluxub

Qazaxda partlamamış mərmi tapıldı - FOTO

A Seriyası qeyri-müəyyən müddətə kimi təxirə salındı

Latviyada koronavirusa yoluxanların sayı artır

Surinamda koronavirusdan ilk ölüm qeydə alınıb

İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?

Qaranlıq tunelin sonunda işıq görürük..

ANAMA Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb

Çin COVID-19 qurbanlarının xatirəsini yad edib

Gəncədə yaşayış binasında yanğın baş verib

104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi

Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb

"Instagram"ın işində problemlər müşahidə olunub

Nyu-Yorkda COVİD-19 qurbanlarının sayı sutka ərzində 300 nəfəri ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı 276 minə çatıb

Tramp tibbi maska taxmamağının səbəbini açıqladı

Çində koronavirus yalnız sakinlərin 2 faizində qalıb