AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Rahat həyatı ətalət sayan aktyor - FOTO

  13

Və ya həmişə özündən narazı olan Əliabbas Qədirov

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Ondan müsahibə almaq üçün bir neçə dəfə zəng etməli olmuşdum. Hər dəfə bir bəhanə ilə müsahibədən yayınmaq istəyirdi. O zaman Milli Dram Teatrının direktoru işləyirdi. Nəhayət, tədbirlərin birində yaxınlaşıb müsahibəyə razılıq ala bildim və öncədən vaxtını da təyin etdik. Rəhbərlik etdiyi teatrın fəaliyyəti, günümüzdə teatra münasibət, insanların teatra marağı, dünya teatrında gedən proseslər və s. mövzularla bağlı xeyli söhbətləşdik. Müsahibə qəzetdə çıxandan sonra Xalq artisti Əliabbas Qədirovun zəng edib təşəkkür etməsi də yaxşı yadımdadır. Ona qədər isə mən onu televiziya tamaşalarından, filmlərdən və "Komediyalar aləminə səyahət" verilişindən xoşlamışdım. Əliabbas Qədirov həmçinin məşhur qiraət ustası kimi  Füzuli, Vaqif, Nəsimi, Sabir... kimi dühaların poetik nümunələrini o qədər gözəl ifa edirdi ki, heyranlıqla qulaq asırdım. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Təsadüfi deyil ki, aktyorun oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond"una daxildir. Süleyman Sani Axundovun, "Laçın yuvası" (Cahangir), Məmməd Muradın "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) və s. tamaşaları bu siyahıda yer alıb.
 
Dəmiryolçular klubundan böyük səhnəyə
 
Əliabbas Qədirovun teatr sənətinə həvəsi lap uşaqlıqdan yaranıb. Böyük həvəslə sənədlərini M.Əliyev adına İncəsənət İnstitutuna verərək, kino və dram aktyorluğu fakültəsinə daxil olanda sevincinin həddi-hüdudu yox idi. Hələ tələbə olduğu illərdə oynadığı maraqlı obrazlar müəllimlərinin diqqətindən yayınmırdı. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü kimi fəaliyyəti isə onun aktyor kimi yetişməsində mühüm rol oynayıb. Romantik, monumental tamaşalarda oynamaq vərdişlərini həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağa da bu dərnəkdə qərar verib. Sənət müəllimi Mehdi Məmmədov, səhnə danışığı müəllimi Müxlis Qənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov Akademik Teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif roluna onu dəvət edib. Ancaq tamaşanın premyerası uzan müddət baş tutmayıb. Nəhayət, 1970-ci ilin 12 martında tamaşa oynanılıb və böyük uğur qazanıb. Aktyorun böyük səhnədə debütü uğurlu alınıb və taleyi o gündən ömürlük olaraq bu teatra bağlanıb. O zaman bu teatrın səhnəsinə çıxmağı gənc aktyorlar yalnız xəyal edə bilərdi. Bu baxımdan gəncin bəxti gətirmişdi.
 
Ecazkar görünən sənət 
 
Gənc aktyor sənət ehtirası ilə akademik teatrın səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradır. Sənətin daş-kəsəkli yollarında çətinlikləri də olur, çılğın xarakterinə görə bəzən rollarını da itirir. Bəzən irəli getməsinə mane olanlar da tapılır. Ancaq aktyorun zəhmətsevərliyi və yaradıcılıq axtarışları ilə birləşmiş istedadı sayəsində ərsəyə gələn rolları həmişə səhnəni bəzəyir. Bu müddətdə aktyor Əliabbas Qədirovun yaradıcılıq siması da müəyyənləşir. Tamaşaçı sevgisi onun coşqun istedada və bacarığa malik olduğunun göstəricisinə çevrilir. Ən əsası, bu, onun tanınmış və sevimli bir Azərbaycan aktyoru səviyyəsinə yüksəlməsinə kömək edir.

Ə.Qədirovun yaratdığı surətlərdə tamaşaçı aktyorun qəlbini duyurdu. Onun ifası tamaşaçının qəlbinə nüfuz edir, onu ovsunlayırdı. Onun adını tutub teatra gələn tamaşaçılar saysız-hesabsız idi. "Uşaqlıqda sənət mənə çox ecazkar görünürdü. O ecazkarlıq mənim qəlbimdə qalıb-qalmayıb və ya ümumiyyətlə, qalıb, ancaq mən görə bilmirəm və ya görürəm, onu deyə bilmərəm. Ancaq bu, o demək də deyil ki, həmin ecazkarlıq məndə sönüb. O ecazkarlıq sönsə, burda işləyə bilmərəm" - deyə aktyor sonralar xatırlayırdı: "Mən yenə Akademik Milli Dram Teatrına, aktyorlara, rejissorlara ecazkar baxıram. Bura elə bir cazibəli, qeyri-adi yerdir ki, insanların hamısını çəkir. Bu, belə də olmalıdır. Belə olmasa, heç onun qiyməti olmaz. 30 ildən çoxdur ki, sənətə gəlmişəm. Əslində isə lap uşaqlıq dövründən - 9-10 yaşından özfəaliyyətdə, dram dərnəyində, xalq teatrında çalışaraq bu sənətlə məşğul olmuşam. Kim hansı sənətdə az da olsa öz yerini tapırsa, bu, anadangəlmə olur. İstər yaxşı müəllim, istər həkim, istər mühəndis və ya istər aktyor olsun - bu peşə sahibləri anadangəlmə olur. Ona görə, məndə də anadangəlmə olub"- deyə aktyor söyləyirdi. 

Ə.Qədirov öz işindən, qazandığı uğurlardan çox danışmağı xoşlamazdı. Sənət yoldaşları da onun bu xüsusiyyətini yaxşı bilirdi. Hətta deyirdilər ki, lap cavan vaxtlarından belə olub. "O qədər iddia eləmirəm ki, çıxıb "mən böyük artist, böyük sənətkaram" deyim. Bu sənətlə tanındığım vaxtdan da danışmaqdan xoşum gəlmir - nə işlər görmüşəm, nə işlər görəcəyəm... Mənim də xasiyyətim budur. İnsanlar hamısı bir deyil ki. Müsahibə verəndə istər-istəməz, gördüyün işlər, planların haqqında danışmalısan. Qoy məni kənardan görüb qiymət versinlər: gördüyüm işlər yaxşıdırmı, pisdirmi? Yaxşı görürlər, yaxşı yazsınlar, pis görürlərsə pis. Və yaxud, iş görmüşəmmi, görməmişəmmi? Bu vaxta qədər nə iş görmüşəmsə, həmişə özümdən narazı qalmışam. Yəqin ki, heç vaxt da özümdən razı olmayacağam. Mən özünütənqidi sevirəm. Kinoda, teatrda, televiziyada nə etmişəmsə, heç onun lentlərini yığmıram. Məndən bəzən arxivim haqqında soruşanlara "yoxdur" deyəndə təəccüblənirlər. Şəkil soruşanda da deyirəm ki, yoxdur. Məxsusi olaraq şəkil çəkdirim və yaxud lentləri yazdırıb evə yığım. Belə şeylərin marağında olmamışam. Demirəm ki, bu yaxşıdır, xarakterim belədir".

Ə.Qədirov Milli Dram Teatrının direktoru işlədiyi illərdə aktyorlarla dost olduğunu, amiranəlik göstərmədiyini deyirdi. Amma məmurluğu bəzən məşq prosesində, bəzən də tamaşalar zamanı aktyorlarla münasibətinə mane olurdu: "Onlar məndən çəkinmək istəyirlər, ancaq elə bir şərait yaradıram və deyirəm ki, çəkinməyin, mən elə sizin yoldaşınızam. Hərdən özləri çaşırlar. Onlar çaşanda bunu hiss edirəm və "çaşmayın, mən həmin adamam, aktyoram, sizin dostunuzam" deyirəm. Onlara amiranəlik mənada müdirlik, bədii rəhbərlik eləmirəm. Heç vaxt da eləmərəm. Yaradıcı adamlar çox kövrək, zərif qəlbli olurlar. Ona görə də, onların qəlbinə toxunmaram. Həm də ki, müdirlik daimi deyil. Onu bilirəm ki, sənət daimidir" - deyə öz təbiətini belə xarakterizə edirdi.

Ə.Qədirov  Mədəniyyət və İncəsənət Universitetində aktyorluqdan dərs verirdi. Tələbələri indi də onun necə səmimi insan və gözəl pedaqoq olduğunu məhəbbətlə xatırlayırlar.

Həm teatr, həm kino

Əliabbas Qədirov teatrla yanaşı, kinoda da uğurlar qazanırdı. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii filmindəki Nazim roluna görə Dövlət mükafatına layiq görülür. Bundan əlavə "Azərbaycanfilm"də "Xatirələr sahilində" (İmran), "Nəğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişisi" (Mansur), "Qızıl uçurum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzl), "Dənizdən işarə" (Sultanov) kimi filmlərə çəkilib. Vaxtilə rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmmədi rolunu məharətlə ifa edib. Lakin Moskva "millətçi" ruhuna görə o filmin ekrana çıxmasına icazə verməyib.

Əliabbas Qədirov teatr və kino yaradıcılığındakı uğurlarına görə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
 
Yalnız bir nəfər olsun ki...

Əliabbas Qədirov sağlığında ad günlərini keçirməyi xoşlamırdı. Onsuz da sürətlə ötüb-keçən illərin qeyd olunmasını mənasız sayırdı. Onun üçün əsas olan, insanın xidməti, gördüyü işlər idi. O, teatrda gənclərə qayğı göstərir, onların problemlərinin həllinə yardım edirdi. Bu kimi xüsusiyyətlərinə görə özünü bəzən qeyri-adi adam adlandırırdı: "Görürsünüzmü, xarakterimdə bu da var. Qeyri-adi adamam. Camaat gözləyir ki, kimsə onu təbrik etsin, ad gününə qabaqcadan hazırlıq görür. Mən isə çalışıram ki, ad günüm hamının yadından çıxsın, məni təbrik etməsinlər. Ancaq milyondan biri seçilib məni təbrik edəndə, yenə də xoşuma gəldiyini bildirmirəm. Yalnız bir nəfər olsun ki, məni axtarıb tapsın və "səni ürəkdən təbrik edirəm" desin. Olursa, bir nəfər beləsi olsun". Əliabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) dünyasını dəyişdi. "Mənim ömür qatarım hansı dayanacaqdasa dayanacaq, duracaq" - deyə qəfil ölümü ürəyinə daman aktyor, bu dünyanın ömür adlı qatarını sakitcə tərk elədi... 

"Mənim üçün hər şey rəvan olsa, yaşayışım çətinləşər. Mən sərt, çətin həyatı sevirəm. Bəzi adamlar yaxşı, rahat yaşamaq istəyir. Mən isə yaxşı, rahat yaşayışı ətalət sayıram. Mən xəstə olanda da işləyirəm. İstəyirəm ki, çətin yaşayım. Həyatın mənasını bunda görürəm" - deyən aktyorun səhnəyə həsr olunan ömrünün hər anı mənalı keçdi.

Fevralın 13-ü Xalq artisti Əliabbas Qədirovun doğum günüdür.

Demokratikmusavat.com

Xəbər Lenti

"Koronavirusla bağlı yayılan qorxulu məlumatlar daha öldürücü təsirə malikdir, nəinki bu xəstəlik" - VİDEO

Qarsda logistika mərkəzi nə vaxt açılacaq?

Elnarə efirdə ona göndərilən hədiyyəni RƏDD ETDİ: Əgər məni sevirsənsə... - FOTO

Cəbhədən YENİ XƏBƏR: mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutuldu

"Bayern"də Levandovski şoku

Maas İranı dərhal BHFP-nin tam icrasına qayıtmağa çağırıb

Daha iki ölkədə koronavirusa yoluxma halı qeydə alınıb

Daha iki ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 1595 nəfərə çatıb

Alternativ enerji sahəsində sərgilər və konfranslar investorları stimullaşdıracaq - "Iteca Caspian"ın rəhbəri bu sahəyə artan maraq haqqında

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib

Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” - FOTO

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO

Gəncədə top mərmisi tapılıb - FOTO

Türkiyə və Rusiya Ankarada İdlibi müzakirə ediblər

Beynəlxalq Muğam Mərkəzində "Unutmadıq! - FOTO

Göyçayda birmərtəbəli ev yanıb

Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb

Tramp: Miluokidə baş verən atışmada 5 nəfər ölüb

Suriyada 2 Türkiyə həbçisi həlak olub

Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi

Çindən kənarda koronavirusa yoluxanların sayı 2918 nəfərə çatıb

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır

"Brent" markalı neftin qiyməti 52 dollardan aşağı düşüb - YENİLƏNİB

Səfir: Danimarka şirkətləri dayanıqlı enerji sahəsində təcrübəsini Azərbaycanla bölüşə bilərlər

"Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu

Günün qoroskopu: gözləntilərinizin tam tərsinə olaraq xarici şərtlər əlverişli deyil

Bu ölkədə də yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı

Moskvada Xocalı faciəsinin ildönümü qeyd olunub - FOTO

Polis 5 milyon tibbi maska ələ keçirdi - Əhaliyə baha satmaq niyyətində olublar

İnternat məktəblərində qanuna uyğun psixoloji yardım həyata keçiriləcək

"Qarşıdakı iki həftə yeni koronavirusla mübarizədə həlledici olacaq"

Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır

Xocalı soyqırımı ilə əlaqədar Efiopiyanın Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilib - FOTO

Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb

3D rəsmləri ilə diqqət çəkən bacarıqlı gənc - REPORTAJ - VİDEO - FOTO

Rumıniyada İtaliyadan gələn rumınların karantinə yerləşdirilməsinə etirazlar keçirilib

İngiltərədə başla oyunu qadağan etdilər

İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb

Koronavirus Gürcüstanda turizm gəlirlərinin azalmasına səbəb olub

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır

Gürcüstanda koronavirusun yayılması riski artıb

Soloturn şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan həftəsonu məktəbində Xocalı faciəsinə dair kvest keçirilib

"Real" Mbappedən imtina edir, onu almaq üçün

Yunan adalarında fövqəladə vəziyyət

Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar Misirdə üçgünlük matəm elan edilib

İstiliklə bağlı payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası təsdiqləndi

İtaliyada koronavirus təşvişi - Əsgərlər yolları kəsdi - FOTO

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Koronavirusla doğulmuş körpə 17 günə dərmansız sağaldı

“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib

Çin milyarderlərin sayına görə ABŞ-ı qabaqladı

Mərkəzi Bank 100 milyon manat cəlb edib

Rusiyalı alimlər koronavirusa qarşı peyvəndin beş prototipini hazırlayır

TRACECA bu il üçün planlar və yeni həllərin tətbiqi barədə

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq

9 il əvvəl qətl törədən şəxs saxlanıldı

Türkiyə vətəndaşlarını bu ölkələrə səfər etməməyə çağırdı

14 ölkədən Suriyaya atəşkəs çağırışı

ABŞ Türkiyəyə “Patriot” verəcəkmi? - Ərdoğan nöqtə qoydu

Şarapova karyerasını başa vurdu

"Bavariya"dan 120 illik yubiley üçün xüsusi forma - FOTOlar

"Mançester Siti" məhkəməyə müraciət etdi

Bəhruz Quliyev: "Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyə keçməkdədir"

İranın 243 kəndi ilə əlaqə kəsilib

"Çelsi"dən antirekord

Şagird riyaziyyat müəllimini bıçaqladı - FOTO

Baş Prokurorluq və DİN-dən Masallıdakı qətllə bağlı AÇIQLAMA

Ramiz Həsənov: "Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur" - FOTO

Baş Prokurorluq və DİN-dən Masallıdakı dəhşətli qətllə bağlı AÇIQLAMA

Polşada mövsümi qripdən 28 nəfər ölüb

Koronavirusdan ilk fransalı öldü

Rusiya Premyer Liqasında VAR sistemi

Dibala "Yuventus"dan 12 milyon avro istəyir

"Qarabağ" Xocalı soyqırımını yad etdi

Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə "Unutmadıq!" adlı bədii proqram təqdim olundu

"Napoli"də ciddi itki - 10 gün oynamayacaq

Məhərrəm Əliyev: "Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək"

İranda koronavirusla əlaqədar 24 nəfər saxlanılıb

Səudiyyə Ərəbistanında inqilabi qərar

İstanbulda partlayış törətməyə hazırlaşan 8 PKK terrorçusu tutuldu

Ramiz Həsənov: "Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur"

Ərdoğan: “25 ildir ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir”

Prezident İlham Əliyev: "Trampın fəal təmasları və iştirakı "Cənub Qaz Dəhlizi" ilə bağlı əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu"

Boşanmaq istəyən 21 yaşlı həyat yoldaşını gözündən güllələdi - FOTO

Daha bir ölkədə koronavirus aşkarlandı

Çempionlar Liqasında maskalı fanatlar - FOTO

Səfir: "İsrail Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanıb"

Nazir: "Türkiyədə koronavirusa yoluxanlar yoxdur"

Avropanın enerji təhlükəsizliyi: Azərbaycan Prezidentinin Münxen mesajları fonunda

Müdafiə Nazirliyi: Türkiyə Xocalı faciəsinin günahkarlarını unutmayacaq

Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib

25 yaşlı tibb bacısı Nərgiz Xanəlizadə koronavirusdan öldü - İranda

Azscore futbol bahisləri üçün ən yaxşı köməkçilərdən biridir

Xocalı soyqırımı – insanlığa qarşı amansız terror...!

Dərsə "piyan" girən müəllimin VİDEOsu yayıldı - BİABIRÇI KADRLARı şagirdlər çəkdi

"Beşiktaş"ın futbolçusu İngiltərə klubunun hədəfində

Rusiyanın "Qazeta.ru" internet-nəşri: "Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?"

İngiltərədə koronavirus qərarı - “Məktəblər, ictimai nəqliyyat...”

İƏT baş katibi Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı bəyanat yayıb

Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür

“Bu, bizim üçün yaxşı nəticədir” - Kike Setyen

Rusiyanın "Lenta.ru" saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib

Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinə şahidlik edəcəklər - Hikmət Babaoğlu

Ana oğlunu soyuducudan yemək götürdüyünə görə kürəklə döyüb, öldürdü - FOTO

"El Klasiko" koronavirusa görə təxirə salına bilər

Günlərdir yoxa çıxan 16 yaşlı 3 qız GÖRÜN HARADAN TAPILDILAR - FOTO

Koronavirus incəsənəti də “vurdu” - 1 milyardlıq ziyan... - FOTO

"Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcından xəbər verir" - Politoloq

Eşitdiyi sözləri “udmadı”, 17 yaşında ata qatili oldu - FOTO

"Barselona" "Napoli" ilə cavab oyununa ciddi itkilərlə çıxacaq

"Novıye izvestiya" qəzeti: "Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür"

Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü

Çipsi yeyən 15 yaşlı qız öldü - FOTO

"Ərdoğanın Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı" - Musa Qasımlı

"Türkiyə-Azərbaycan birliyi regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir"

Xocalı 28 il əvvəl... - FOTO

Dehlidə etirazlarda ölənlərin sayı artır - Şəhərə qoşun yeridilə bilər

Serj Sarkisyan və Robert Koçaryanla bağlı istintaq davam etdirilir

Müslüm Gürsesin xanımı ağır vəziyyətdədir

Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilir

"Vətənimin köz tutmayan yarası..." - FOTO

İranda daha 4 nəfər koronavirusun qurbanı oldu - RƏSMİ

20 yaşlı qız 13 yaşlı oğlandan hamilə qalıb, uşaq doğdu - FOTO

"Atam erməniyə əsir düşməməyimiz üçün maşına qumbara qoydu" - Məşhur aparıcı XOCALI FACİƏSİ BARƏDƏ...- FOTO

Polis taksi ilə beş maşını vurub qaçan sürücünü saxladı - VİDEO

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng etdi

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə məlumat yayıb

Turistlər üçün koronavirus təhlükəsi olan ölkələr açıqlanıb - TOP-7

Xələf Xələfov: "Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır"

Virusa yoluxanlar - YUNUS OĞUZ YAZIR

Polad Aslanovu kimlər “siyasi məhbus” etmək istəyirlər? - “Ultra-liberalların” başındakı “əmmamə” - FOTO

Renat oynadı, “Vulverhempton” məğlub oldu

Hansı oyun. hansı kanalda? - TV AFİŞA

"Qarabağ"la oyundakı formamı divardan asmışam" - "Arsenal"ın futbolçusu

“Üzünün yarısı kəsilmişdi...” - Rusiya mətbuatı Xocalı soyqırımı haqda - FOTO

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib - FOTO

Qapıçı qeyri-adi avtoqola imza atdı - VİDEO

Məşhur iş adamının 14 yaşlı oğlu İNTİHAR ETDİ - FOTO

Erkan Özoral: "Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir"

Nazir müavininin konfransda halının pisləşdiyi anlar - Koronavirus imiş - VİDEO

Türkiyə Prezident Administrasiyası: Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır

Çemodana girən 42 yaşlı kişi boğulub öldü - Gizlənqaç oynayırmış - FOTO

“Hər gün ermənilərin gözündə mənə olan nifrəti görürəm” - FOTO

Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar

Nicat Hacızadə: "Türkiyə-Azərbaycan xarici ticarət dövriyyəsi sürətlə böyüyəcək"

Koronavirusun aşkarlandığı ölkələrin siyahısı - Azərbaycanın adı yoxdur - FOTO

Koronavirusa “yoluxan” İtaliyadan FOTOlar

İtaliyada koronavirusdan ölənlərin sayı 11-ə çatıb

"Real Madrid" "Mançester Siti"yə, "Yuventus" "Lion"a qarşı

"Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması üçün kifayət qədər hüquqi faktlar var" - Ombudsman Aparatı

"Bavariya" Londonda özünü qonaq kimi aparmadı - VİDEO - FOTO

"Barselona" Neapoldan heç-heçə ilə dönür - VİDEO - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

Şokolad Ronaldu - FOTO