AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

12 yaşlı qızın dəhşətli hekayəsi: “Atam məni dostu ilə yataq otağına saldı...”

  14

Hindistanda 12 yaşlı qıza atasının dostlarının təcavüz etməsi barədə xəbərlər rezonans doğurub.

Demokratikmusavat.com oxu.az-a istinadən xəbər verir ki, 12 yaşlı qız iki il ərzində başına gələnləri vəkilinə danışıb.

Qız hər həftə sonu evlərinə bəzi insanların gəldiyini və ona təcavüz etdiklərini, onlardan bəzilərinin atasının dostları olduğunu, bəzilərini isə tanımadığın söyləyib. Atası qızdan bəzən çılpaq fotolar çəkməsini istəyib və onları dostlarına göndərib.

"Hər şey atamın evə bəzi dostlarını dəvət etməsi ilə başladı. Evə gəlib içki içirdilər, sərxoş olub ana və atamın gözü qarşısında mənə sataşır, bədənimə toxunurdular. Bəzən yoxa çıxır, anamla yataq otağına gedirdilər. Bir gün atam məni dostlarından biri ilə yataq otağına saldı və qapını arxadan bağladı", - 12 yaşlı hindistanlı qız danışıb.

Nəşrin məlumatına görə, atası evə hər gün insanları toplayıb, qızı ilə görüşmələri qarşılığında onlardan pul alıb. Vəkilləri isə qızın bu dövrdə ən azı 30 kişinin təcavüzünə məruz qaldığının ehtimal edildiyini açıqlayıb.

20 sentyabr 2019-cu ildə qız müəllimlərinin şikayəti əsasında uşaq evi rəsmiləri tərəfindən himayəyə götürülüb. Burada aparılan tibbi müayinədə uşağın dəfələrlə təcavüzə məruz qaldığı təsdiqlənib.

Şikayətlə əlaqədar atası da daxil olmaqla, dörd nəfər həbs edilib, daha beş nəfərin axtarışlarına başlanılıb. Bununla yanaşı, polis ailəyə yaxın daha 25 nəfərin təcavüzlə əlaqələrini aydınlaşdırmağa çalışır.

Demokratikmusavat.com

Xəbər Lenti