AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

UEFA-nın yeni reytinqi - Azərbaycan yerində saydı

  9

Avrokuboklarda qrup mərhələsinin başa çatmasından sonra UEFA reytinqi açıqlanıb.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, Avroliqadakı təmsilçimiz "Qarabağ"ın son görüşündə "Düdelanj"la bərabərə qalması (1:1) ölkəmizin aktivinə 0,250 xal yazdırıb.

Reytinqdəki sıramız isə əvvəlki kimi 26-cıdır. "Qarabağ" ötən gün Lüksembruq təmsilçisinə qalib gəlsəydi, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla tamamlayıb.

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,750-dir.

Demokratikmusavat.com

Xəbər Lenti