AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Buffon Van der Sarı geridə qoydu

  12

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Bayer" üzərinə 2:0 hesablı qələbə "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı qolkiper Çempionlar Liqasında 51-ci "quru oyun"unu keçirib. O, bu göstəricidə "Mançester Yunayted"in sabiq qapıçısı Edvin Van der Sarı geridə qoyub. Niderlandlı futbolçu ÇL-də 50 "quru oyun" keçirib.

Buffon ən çox "quru oyun" sayında yalnız İker Kasilyasdan geri qalır. İspaniya qolkiper  ÇL-də 57 oyunda qapısını toxunulmaz saxlayıb.

Demokratikmusavat.com

Xəbər Lenti