AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Seçki!

  148

Kim seçəcək, kimi seçəcək

 Deyirlər məmləkətimizdə seçki ola-caq. Yahu, kim seçəcək, kimi seçəcək əvvəlcədən bəllidirsə, bu seçki oyunu kimə və nəyə lazımdır? Bax, bu suala bütün məmləkət əhli kimi, mən də neçə illərdir cavab axtarıram... Tapan varsa, lütfən, bizə də xəbər edin ki, işimizi bilək.

Çünki savadsızlıqdan ya mütaliə azlığındandır bilmirəm, ölkəmizdə müasir seçki oyunlarından baş açan bir nəfəri tapmaq çox müşkül məsələyə çevrilib. Deyirlər, Qərbin demokratik cəmiyyətləri bizdən seçkilərin məhz "bu cür" keçirilməsini ( tövbə-tövbə, biz müstəqil, azad, demokratik bir ölkəyik, bizim qarşımıza heç kim tələb qoya bilməz) tövsiyə edir, bəlkə də...

Amma onu da diqqətinizə çatdırım ki, multikulturalizmin və tolerantlığın iflasa uğradığını iddia edən Avropanın (demokratiyanın beşiyi) özündə belə, son zamanlar demokratiyadan əsər -əlamət qalmayıb. Odur ki, həmin ölkələrdən gələn tövsiyələr də, seçki müşahidəçiləri də, bizim keçirdiyimiz seçkilər kimi, ancaq görüntü xarakteri daşıyır. Və anladığım qədəri, bu oyunda hər kəs öz maraqlarını güdür. Kim qazanır, kimi uduzur, bu da mövcud reallıqlarda tam şəkildə öz əksinə tapır.

Seçkinin, seçicilərin istədikləri kimi keçməməsinin ən başlıca səbəbi bu sahədə maarifləndirmə və təbliğat  işinin zəif olması, daha doğrusu, ümumiyyətlə, düzgün qururmamasıdır. Belə olmasaydı, bələdiyyə seçkisinə sayılı günlərin qaldığı ərəfədə insanlar (seçicilər) bir-birinə, "bu nə seçkidir belə", sualını verməzdilər.

Burada bir haşiyə çıxım:

Bir müddət əvvəl yazılarımın birində qeyd etmişdim ki, maddi imkansızlıqdan, kitabların qiymətinin "at belində" olması səbəbindən, eləcə də vaxt qıtlığından son zamanlar, ümumiyyətlə, mütaliə ilə məşğul olmuram. Xahiş etmişdim ki, imkanı olan alıb mənə kitab bağışlasın. O vaxtdan yarım ildən artıq bir zaman keçsə də, heç kimdən səs çıxmadı. Yəqin ki, şou-biznes təmsilçisi olsaydım və sponsor axtarışında olduğumu bəyan etsəydim.... Məsələ aydındır. Bu o deməkdir ki, ölkəmizdə vətəndaşların savadlanmasında belə, heç kim maraqlı deyil. Heç məktəblər də uşaqlara  normal savad vermir. Bilirsiniz niyə? Bir müdrik deyib; "məktəb proqramı nə qədər anlaşılmaz olarsa, yetişməkdə olan gənc nəslin gözündə hakimiyyət bir o qədər ağıllı görünər". Bizim möhtərəm və möhtəşəm məmurlar çetesi də, ölkəmizdə elə anlaşılmaz bir mühit formalaşdırıb ki, ondan nəinki sıravi vətəndaşlar, heç özləri də baş aça bilmirlər. 

Əlqərəz, bu gün söhbət seçkidən gedir.

Deyirlər, məmləkətimizdə seçki olacaq. O günləri bir tanışım qabağımı kəsib deyir ki, bir məni başa salın görüm, seçki nədir? Məsələn, bələdiyyə seçkisi...

Mən nə deyim, qaldım çar-naçar, dedim ki, mənim savadsız başımın bildiyi qədər, bələdiyyə yerli idarəetmə sistemidir ki, müəyyən bir ərazidə yaşayan insanlar (yəni mən, sən və qeyriləri) öz aralarından bu idarəetməni həyata keçirmək üçün bir qrup insanları özlərinə rəhbər seçirlər. Burada isə əsas meyar olaraq onların savadı, fəaliyyət bacarıqları, yaşadığı ərazidə hörmət sahibi olması, yerli insanları yaxşı tanıması və ərazinin problemlərini bilməsi və bu problemlərin həllinə çalışmaq istəyi mühüm yer tutur (daha doğrusu tutmalıdır).

Lakin çox təəssüflər olsun ki, bu günə qədər bələdiyyələrin fəaliyyətində yuxarıda qeyd olunan bu cəhətlərdən heç birini görməyən əhalidə bələdiyyələrə qarşı inamsızlıq yaranıb. Belə bir mühitdə isə bələdiyyə seçkisinin keçirilməsi heç bir əhəmiyyət kəsb etmir.

Tanışım dedi ki, yəqin, başbilənlərimiz də, məhz bu səbəbdən bələdiyyə seçkisinin məxfi keçirilməsinə qərar verib. Necə ki, bir müddət əvvəl elə bu yolla da ölkəmizdə əhalinin siyahıyaalınmasını böyük uğurla başa çatdırdılar.

Mən bütün bunlara bir qədər subyektiv yanaşsam da, tanışımın mülahizələrinə bir o qədər də əhəmiyyət vermədim. Çünki bələdiyyə seçkisi ərəfəsində müşahidə olunan possivliyi əhali belə hiss etsə də, MSK (Mərkəzi Saxtakarlıq Komissiyası) vaxtaşırı bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə getdiyi, qeydiyyata alınan namizədlərin sayı və s. barədə geniş məlumtlar yayır (ən azından görüntü yaratmaq lazımdır, çünki sabah deyərlər ki, o qədər pulu neylədin M.P.). Əslində isə əhalinin, ümumiyyətlə, seçkidən xəbəri yoxdur.

Bu da ondan irəli gəlir ki, yerli idarəetmə orqanları olan bələdiyyələrin olub-olmaması belə, əhali üçün maraqlı deyil. Çünki bələdiyyələr yerli icra hakimiyyətinin heç bir səlahiyyəti olmayan (şəxsi maraqlar bura daxil deyil, çünki bələdiyyə üzvlərinin, vətəndaşlardan fərqli olaraq bütün maraqları tam təmin olunur ) qullarına çevrildikləri üçün əhalinin etimadını tamamilə itiriblər. Bunun başqa bir səbəbi, bələdiyyə seçkisinin gözdən pərdə asmaq (quş qoymaq xatirinə) məqsədi ilə keçirilməsidir. Yəni dünya ictimaiyyəti görsün ki, Azərbaycanda da, bələdiyyə -özünü idarəetmə sistemi mövcuddur. Hörmətli Məzahir Pənahovun başçılıq etdiyi MSK (Mərkəzi Saxtakarlıq Komissiyası) bu illər ərzində o qədər püxtələşib ki, nəinki bələdiyyə, istənilən seçkidə onu qane edən nəticəni əldə edə bilər, seçkidə heç kim iştirak etməsə belə...

Bələdiyyə seçkisi barədə bu qədər.

Bu yaxınlarda yeni bir məlumat yayıldı ki, məmləkətimizdə seçki olacaq. Necə deyərlər, seçki bol olarsa, basılmaz hakimiyyət! Qısası, vaxtından əvvəl "istirahətə" buraxılan deputatxanaya seçki qarşıdan gələn ilin əvvəlində- fevral ayında baş tutucaq. Yəni ölkəmizdə yeni parlament formalaşdırılacaq. Çox istərdik ki, keçmiş deputatxanadan fərqli olaraq, ölkəmizdə sözün həqiqi mənasında MİLLƏT VƏKİLLƏRİndən ibarət parlament formalaşsın. Çünki ancaq özlərini düşünən deputatlardan ibarət deputatxananın fəaliyyətindən millət artıq cana doyub.

Bu gün cəmiyyətdə parlament seçkisi ilə bağlı ciddi ajiotaj yaşanır. Çünki bələdiyyə seçkisindən fərqli olaraq, parlament seçkisi bir çoxlarının diqqətini cəlb edir. Ələlxüsus da özlərini "müxalif qüvvə" adlandıranlar (ona görə müxalif qüvvə adlandıranlar deyirəm ki, bu gün, əslində Azərbaycanda nəinki müxalifət, heç onun işartısı belə yoxdur) xüsusi canfəşanlıqları ilə seçilirlər. Əgər bu gün mətbuat həmin qüvvələri baykot edərsə, onları heç xatırlayanlar belə olmayacaq, öz ətraflarından başqa.

Belə bir şəraitdə seçkidə qalib gəlmək YAP (hakim Yeni Azərbaycan Partiyası) üçün heç bir çətinlik yaratmır. Ələlxüsus da, YAP-a sadiq MSK (Mərkəzi Saxtakarlıq Komissiyası) sədri bu vəzifəni icra edərsə, heç şübhəsiz ki, yeni parlament də YAPkratiyanın keçmiş deputatxanasından fərqlənməyəcək.

Yeganə ümid Prezident İlham Əliyevin son zamanlar ölkədə ciddi kadr islahatları keçirməklə korrupsiya, rüşvətxorluq, inhisarçılıq, məmur özbaşınalığı kimi nöqsanların aradan qaldırılması üçün ortaya qoyduğu siyasi iradəyə qalıb.

 Bu işdə isə ona ilk növbədə mətbuat yardım etməli, dəstək verməlidir. Mətbuat, sadəcə, cəmiyyətin güzgüsü deyil, həm də ölkədə prezidentin həyata keçirdiyi islahatların dəstəkçisi, eyni zamanda mövcud nöqsanları açıq şəkildə göstərən mayak rolunda çıxış etməlidir.

Hər bir əliəyri məmur, mətbuatın bu təzyiqini və nəzarəti daim öz üzərində hiss etməlidir ki, bəd əməllərindən əl çəkib, prezidentin tövsiyə etdiyi yolla getsin.

Deyirlər məmləkətimizdə seçki olacaq. Gəlin bu seçkidə elə bir birlik nümayiş etdirək ki, Mərkəzi Seçki Komissiyasının saxtakarlıq imkanı olmasın. Seçki, məhz ona görə saxtalaşdırılır ki, biz seçkiyə biganə yanaşırıq. Bu biganəliyi aradan qaldırsaq, seçkinin biz istədiyimiz kimi keçməsinə nail ola bilərik.

 Yusif Seyid

Xəbər Lenti

Sumqayıtda dayı bacısı oğlunu bıçaqladı

"Real Madrid"in yeni "11" nömrəsi bilindi

Son 2 ayda Rusiyada COVID-19-a ən yüksək yoluxma halı

Britaniya kraliçası prodüserin medalını geri aldı

"Portu"dan "Mançester Yunayted"ə

"Çelsi"də 4 ciddi itki

Məşhur virusoloq koronavirusla bağlı iddialara cavab verdi

"Der Spiegel": Yer kürəsini gözləyən fəlakət artıq uzaqda deyil - FOTO

"Aston Villa"da yeni hücumçu

Sabirabadda yeznə ov zamanı qaynını güllələdi

Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir

Alper Potukun yeni klubu müəyyənləşdi

Vidal İtaliya nəhənginə keçir

"Barcelona" mövsümə titulla start verdi

Sabahın hava proqnozu

"Ulu öndər “Əsrin müqaviləsi”ni reallaşdırmaqla gələcək nailiyyətlərimizin təməlini qoydu"

Gülbahar Şükürlü əməliyyat olundu

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi - FOTO

"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"

Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu ötdü

Ermənistan yeni müharibəyə hazırlaşır - Nəticəsi nə olacaq? - Rəylər

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib - FOTO

Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”

Özbəkistanın Baş nazirinin müavini koronavirusdan öldü

İranda koronavirusdan daha 183 nəfər öldü

"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir"

"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr"

Yunanıstan "Yanoş" ilə mübarizə aparır

Bakıda pulları sağa-sola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar... - Atasının seyfindən, yoxsa bankdan?

146 yeni yoluxma, 154 nəfər sağaldı

Rusiyada daha 6148 nəfər koronavirusa yoluxdu

Türkiyə millisinin futbolçusu "Lester"ə keçdi

Tehran ABŞ-ın bəyanatını "qiyam" adlandırdı

"Qalatasaray"ın yetirməsi "Neftçi"yə keçdi

Azərbaycanlı rejissor Beynəlxalq Turizm Filmlər Festivalının qalibi olub - FOTO

"Fənərbağça"da yeni transfer

"Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir"

Oğlan övladı dünyaya gətirə bilmədiyi üçün boşanmağa məcbur edilən, tənha ölən şahzadə

İnsanları geyiminə görə qarşılayanlar... - Zirvəyə ya birlikdə çıxacağıq, ya da...

"Yuventus"da ağır itki

İnsanları yandırıb külünü ailələrinə göndərən general - Hitleri qorxuya salan "Praqa qəssabı" kimdir? - FOTO

Koronavirusa ən yüksək yoluxma halının qeydə alındığı daha bir ölkə Slovakiyadır

Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı - FOTO

Qalmaqallı qərar bu gündən qüvvəyə minir

Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir

"Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq"

Ermənistanda 277 yeni yoluxma

Ukraynada koronavirusdan daha 41 nəfər öldü

"Liverpul"da yeni transfer

""Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı"

Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər - Qatil cütlüyün qorxunc cinayətləri - FOTO

Gürcüstanda yoluxma artır

“Qarabağ” “Neftçi”yə qarşı

Vətəndaşları narazı salan "xırda məmurlar" - Get filan vaxt gələrsən...

"Metro yenidən bağlana bilər, əgər..." - VİDEO

Britaniyada bir gündə koronavirusa 4 422 yeni yoluxma, 27 ölüm

Estoniya prezidenti küçələrdə siqaret kötükləri topladı

2100-cü ildə dünya əhalisinin sayı nə qədər olacaq? - ARAŞDIRMA - FOTO

Britaniyada bıçaqla insanlara hücum çəkdilər, 4 yaralı var

Trampı təhlükəli maddə ilə zəhərləmək istədilər

Qaret Beyl “Tottenhem”də!

Əfqanıstanda partlayış: ölən və yaralananlar var

Fransada rekord sayda yeni yoluxma qeydə alındı

ÜST: COVİD-19-la bağlı 8 peyvənd klinik sınaqların sonuncu mərhələsindədir

Tovuzun kəndləri yenə atəşə tutuldu - Cəbhədə son vəziyyət

Moskvada koronavirusdan daha 13 nəfər öldü

Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötdü

Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır

İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək

Tramp ABŞ-ın "Oracle" şirkətinə "TikTok"u almağa razılıq verdi

Londonda yeni karantin və peyvəndləməyə qarşı etiraz: 32 nəfər saxlanıldı

Tramp: "ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq"

Moskvanın hava limanlarında 33 aviareys ləğv edildi və ya təxirə salındı

Avtobusun çaya düşdü: 14 nəfər öldü

Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötdü

Azərbaycanda avtomobil benzinin istehsalı artıb

Günün qoroskopu: daha neytral işlə məşğul olun

Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ

Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb

Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlandı

Prezident İlham Əliyev: "Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!"