AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır

  16

"Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən vacib iqtisadi və ticarət tərəfdaşıdır".

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib.

O bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı ticarət əməliyyatlarının 45 faizi Azərbaycanın payına düşür, eyni zamanda Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində birinci yeri tutur:

"Azərbaycan iqtisadiyyatın rəqəmsallaşdırılması, yüksək texnologiyalar və innovasiyalar sahələrində əlaqələrin genişlənməsini yüksək qiymətləndirir, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonu isə ikitərəfli iqtisadi münasibətlərin inkişafına xidmət edəcək".

Demokratikmusavat.com

Xəbər Lenti