AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Türkiyədən Azərbaycana yük daşımaları artıb

  12

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana Türkiyənin yük maşınları ilə 29 307 dəfə yük daşınıb. Bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Beynəlxalq Daşıyıcılar Assosiasiyasından bildiriblər.

Qeyd olunub ki, hesabat dövründə Türkiyədən daşınan yüklərin ümumi həcmində Azərbaycanın payı 2,76 faizə bərabər olub.

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Naxçıvan Muxtar Respublikasına 17 837 dəfə yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz azdır. Bu göstərici Türkiyədən daşınan yüklərin ümumi həcminin 1,68 faizini təşkil edib.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 8 291 dəfə yük daşınıb (69 faiz artım), bunlardan 7 047-si Azərbaycanın yük maşınları ilə (15 faiz artım) baş tutub.

Demokratikmusavat.com

Xəbər Lenti