AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Mançesteri qırmızı rəngə boyadıq” - Sulşer

  12

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində Manchester City-ni 2:1 hesabıyla məğlub edən Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer oyundan sonra açıqlama verib.

Demokratikmusavat.com goal.az-a istinadən xəbər verir ki, norveçli mütəxəssis, daha yaxşı nəticəyə layiq olduqlarını bildirib:

"Komandam fantastikdir. Hər dəfə topu ələ keçirərkən, hücum edirdik. İlk hissədə əla oyun göstərdik, sürətli hücumlar edirdik. Çox hücum etdik və hesab oyuna uyğun olmadı. Biz daha çox qol vura bilər, 3-4 top fərqiylə qalib gələ bilərdik. Futbolçular yaxşı oynadılar və buna layiq idilər. Manchester City-ə qarşı oynamaq çətindir. Futbolçuların oyunundan razıyam. Mançesteri qırmızı rəngə boyadıq".

Demokratikmusavat.com 

Xəbər Lenti