AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Çinli alimin körpələrin DNT-sinə düzəliş verərkən mutasiyaya yol verdiyi ehtimal olunur

  11

Çinli alim He Tsyankuy körpələrin DNT-sinə düzəliş verərkən, onların genomlarında təsadüfən mutasiyayalara yol verə bilərdi. Bunu, onun "HİV-ə qarşı dayanıqlı olmaq üçün gen dəyişikliyindən sonra əkizlərin doğulması" adlı elmi işində göstərilib.

Demokratikmusavat.com deyerler.org-a istinadən bildirir ki, 2018-ci ilin noyabr ayında, bədəni HİV-ə qarşı dayanıqlı ola biləcək DNT ilə əkizlərin doğulduğu məlum olub. Bu, cəmiyyətdə qalmaqala səbəb olaraq həmkarları və Çin hakimiyyəti tərəfindən qınanmışdı. Məlumata əsasən, alim müstəqil olaraq Çin qanunlarını pozan təcrübələr aparıb. Tsyankuyun elmi işi nəşr olunmamışdır və araşdırmasına görə məsuliyyətə cəlb ediləcəyi bildirilir. Onun işini araşdıran mütəxəssislər, uşaqların DNT-nin dəyişdirilməsinin arzuolunmaz mutasiyalara səbəb ola biləcəyi qənaətinə gəliblər. Mütəxəssislər, Tsyankuyun fərqli embrion hüceyrələrini fərqli yollarla yenilədiyini hesab edir. Lakin bəzi hüceyrələr dəyişməz qala bilər. Bu o deməkdir ki, körpənin tam olaraq dəyişdirilmiş bütün hüceyrələri HİV-ə qarşı davamlı deyil. Bundan əlavə, alim bəzi hüceyrələri istəmədən də dəyişə bilərdi.

Demokratikmusavat.com

Xəbər Lenti