AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Liverpul"un dünya çempionatı üçün heyəti bəlli oldu

  13

"Liverpul" Klublararası Dünya Çempionatının iştirak ərizəsini açıqlayıb.

Demokratikmusavat.com goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Yurgen Klopp turnirdə xidmətindən yararlanacağı heyəti açıqlayıb.

Turnir Qətərdə təşkil olunacaq. Çempionata "qırmızılar" 3 qapıçı, 6 müdafiəçi, 9 yarımmüdafiəçi, 5 hücumçu ilə qatılacaq. Müdafiəçi Joel Matip və yarımmüdafiəçi Fabinyo zədə səbəbindən yarışda iştirak etməyəcək.

Qapıçılar: Alisson Beker, Adrian, Endi Lonerqan

Müdafiəçilər: Vircil van Dayk, Deyan Lovren, Co Qomes, Endi Robertson, Trent Aleksander-Arnold, Uilyams

Yarımmüdafiəçilər: Corcinyo Veynaldum, Ceyms Milner, Nabi Keyta, Cordan Henderson, Aleks Oksleyd-Cemberleyn, Adam Lallana, Xerdan Şaqiri, Kurtis Cons, Hervi Ellio

Hücumçular: Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah, Rian Bryuster, Divok Oriqi

Demokratikmusavat.com

Xəbər Lenti