AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

ABŞ əlavə 7 minə qədər hərbçi göndərə bilər - Yaxın Şərqə

  12

ABŞ Müdafiə Nazirliyi bölgədə İranın fəaliyyətinə qarşısının alınması üçün Yaxın Şərqə əlavə 4-7 min hərbçi göndərməyi nəzərdən keçirir.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, əlavə qoşunların Yaxın Şərqə göndərilməsi Tehranın bölgədəki fəaliyyətindən artan təhlükə, həmçinin İrak ərazisinə raketlərin çatdırılması səbəbi ilə hava hücumundan müdafiəni gücləndirmək ehtiyacı ilə əlaqədar ola bilər.

Bildirilir ki, hazırda Pentaqonda Yaxın Şərqdə hansı əlavə hərbi imkanlara ehtiyac olduğu müzakirə edilir.

Qeyd edilir ki, ABŞ bölgədə öz iştirakını gücləndirmək üçün quru, hava və dəniz qüvvələrindən istifadə edə bilər. İlk mərhələdə bölgəyə 3-4 min hərbçinin göndəriləcəyi istisna edilmir.

Demokratikmusavat.com

Xəbər Lenti