AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tehranda silahlı insident: ölən və yaralananlar var

  12

İranın paytaxtı Tehranda Əfsəriyyə xiyabanında atışma baş verib.

Demokratikmusavat.com APA-ya istinadən xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, bir neçə  nəfər  yaralanıb.

Çayxanada baş verən atışma 3 nəfər arasında olub. Daha sonra silahlı şəxslər küçədə atışmanı davam etdiib. Atəş nəticəsində ətrafdakı insanlar da xəsarət alıb. Yaralanan şəxslər ikisi 7 və 12 yaşllarındadır

Atışma nəticəsində küçədə olan avtomobil və evlərə də ziyan dəyib.

Hadisə yerinə polis cəlb edilib. Atəş açan şəxslərin kimliyi müəyyənləşib, onların axtarışı davam edir.

Demokratikmusavat.com

Xəbər Lenti