AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Parisdə etiraz aksiyası zamanı 90 nəfər saxlanılıb

  12

Fransanın paytaxtı Parisdə etiraz aksiyası zamanı 90 nəfər saxlanılıb.

Trend-in "RİA novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə prefektura polisindən məlumat veriblər.

Xatırladaq ki, təxminən saat 17:00-da Parisdə etiraz aksiyası başlayıb. Şəhərdə 6 minə yaxın polis səfərbər edilib.

Bildirilir ki, etirazçılar və polislər arasında toqquşmalar baş verib. Polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

"BFMTV" telekanalının məlumatına əsasən, Nant və Bordo şəhərindəki aksiyalar da polislərlə toqquşmalar və hüquq-mühafizə orqanlarının etirazçılara qarşı gözyaşardıcı qazdan istifadəs ilə müşahidə olunur.

Demokratikmusavat.com

Xəbər Lenti