AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar - FOTO

  13

Yeniyetmə idmançılarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Tokioda keçirilən Batut Gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupu Yarışlarında sinxron proqramda Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq II yeri tutublar.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, yarışın ilk günündə batut üzərinə çıxan idmançılarımız əvvəlcə təsnifat mərhələsində öz rəqiblərini üstələyərək ikinci nəticə göstəriblər. Bu nəticə ilə finala vəsiqə qazanan gimnastlarımız həmin mərhələdə də yüksək nəticə əldə ediblər. Yalnız Rusiya komandasından cüzi xal fərqi ilə geri qalan idmançılarımız finalda da ikinci nəticə göstəriblər.

Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Yarışların ertəsi günü gənc gimnastımız Selcan Maqsudova batut üzərinə çıxacaq.

Demokratikmusavat.com

Xəbər Lenti