AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Şenol Günəş Olimpiya Stadionunda - FOTO

  13

Bu gün "Avro-2020"nin Bakıda keçiriləcək oyunları ilə bağlı paytaxtımıza səfər edən  Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Olimpiya Stadionuna baş çəkib.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevlə görüşüb. Təcrübəli çalışdırıcı stadionda təlim-məşq toplanışı keçən gənc futbolçular və "Avro-2020"-nin Əməliyyat Komitəsinin üzvləri ilə də söhbətləşib. O,  BOS-u ev stadionu kimi gördüyünü deyib.

Qeyd edək ki, Türkiyə millisi iyunun 17-i Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Demokratikmusavat.com

Xəbər Lenti