AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Professor: “Bu millətin mayası qəddarlıqdan yoğrulub” - Müsahibə

  13

Son illərdə Ermənistanın mərkəzində və digər bölgələrində nasist Almaniyasının SS birləşmələrinin generalları - "Njde" ləqəbli Qaregin Ter-Arutyunyan və "Dro" ləqəbli Drastamat Kanayanın heykəllərinin qoyulması faşizmə olan rəğbətin bariz nümunəsidir. Ancaq ermənilərin faşizm təbliğatı təkcə Ermənistanla məhdudlaşmır. Rusiyadakı erməni icması hər il Njdenin Vladimirdəki qəbrini nümayişkəranə şəkildə ziyarət edir, erməni nasistin xatirəsini anırlar. Hətta, 2013-cü ildə Ermənistanda çəkilmiş "Qaregin Njde" filmi Rusiyada da nümayiş etdirilib. Ancaq bu "qəhrəman"ların alman nasistləri ilə sıx əlaqələri haqqında danılmaz faktlar xarici ölkələrin arxivlərində, həmçinin Rusiyanın özündə də kifayət qədərdır.

Demokratikmusavat.com teleqraf.com-a istinadən bildirir ki, bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi sədrinin müavini, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirib.

O qeyd edib ki, 1918-20-ci illərdə Azərbaycanın tarixi torpaqları olan Naxçıvan, Zəngəzur və Qarabağda Njde və digər erməni terrorçuları azərbaycanlı əhalini kütləvi şəkildə qırmaqla məşğul olub:

"Daha sonra İkinci dünya müharibəsində almanların işğal etdikləri torpaqlarda milliyyətindən asılı olmayaraq əsirlərə qarşı amansız qəddarlıqları ilə fərqlənən, III Reyxə xidmətləri ilə fəxr etdiklərini bildirən həmin generallara abidə ucaltmaqla Ermənistan hakimiyyəti anti-semitizmi həyata keçirərək, bu gün də irqçi neonasist ideologiyanı davam etdirir. Ermənistanın baş naziri Nikol Paşinyanın faşist ideologiyasına hüsn-rəğbətini gizlətməməsi bu millətin mayasının qəddarlıqdan yoğrulmasından xəbər verir".

E.Əhmədov qeyd edib ki, Rusiyanın Krasnodar diyarının Armavir şəhərində nasist cəlladı Qaregin Njdeyə xatirə lövhəsinin qoyulması, nasist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olub:

"Nasist havadarının xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşdə qanını tökmüş insanların xatirəsinin təhqiri kimi qəbul edilir. Çünki Njde müharibə zamanı həm də arxa cəbhədə strateji obyektlərdə, o cümlədən dəmir yollarında partlayışlar törətməyə qadir diversantların hazırlanması ilə məşğul idi. Bir sözlə, o, beynəlxalq terrorçu olub".

İcma sədrinin müavini onu da bildirib ki, Prezident İlham Əliyevin İrəvanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Aşqabadda etdiyi məlum çıxış geniş əks-səda doğurdu və bunun təsiri özünü Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsində göstərdi:

"Bu lövhə sökülməzdən əvvəl isə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Beləliklə, xatirə lövhəsinin sökülməsi ilə bu məsələ öz məntiqi sonunu tapdı və ədalət bərpa edildi. Ancaq erməni millətçiləri bu addımı həzm edə bilmədilər, əvəzində rusiyalı şair və diplomat Aleksandr Qriboyedovun İrəvandakı abidəsi təhqir edildi. Abidənin qırmızı rəngə boyanması və bu addımın Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq atıldığı bildirildi. Türkmənçay sülh müqaviləsinin şahidi, ermənilərin İrandan Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsinin iştirakçısı, o vaxt Rusiyanın İrandakı səfiri olan rus yazıçısı Aleksandr Qriboyedovun faşist cəlladı Njde ilə nə əlaqəsi? Görəsən alman faşistlərinə xidmət etmiş Njdeni Aleksand Soljenitsın, Vyaçeslav Molotov, Aleksandr Qriboyedovla müqayisə etmək olarmı? Təəssüf ki, erməni düşüncəsi, məntiqi bundan uzağa getmir. Çünki faşist ideologiyası hələ də işğalçı ölkənin dövlət siyasətinin əsasını təşkil edir".

Demokratikmusavat.com

Xəbər Lenti