AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bakının Abbasqulu Abbaszadə küçəsində hərəkət məhdudlaşdırılacaq

  13

Bakının Səbail rayonunun Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə orta məktəb arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Demokratikmusavat.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir", - deyə qurum bəyan edib.

Demokratikmusavat.com

Xəbər Lenti