AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Hazard "El Klassiko"nu buraxacaq

  12

"Real"ın zədəli futbolçusu Eden Hazardın durumuna aydınlıq gəlib.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin ayağında mikro-qırıq olduğu müəyyənləşib.

Onun 6-8 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Hazard qarşıdakı bir neçə oyunu, eləcə də, "Barselona" ilə "El Klassiko"nu buraxacaq.

"Barselona" - "Real" matçı dekabrın 18-də "Nou Kamp"da keçiriləcək.

Qeyd edək ki, "Real"ın bu yay "Çelsi"də 100 milyon avroya transfer etdiy futbolçu cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb və cəmi 1 qol vurub.

Demokratikmusavat.com

Xəbər Lenti