AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Opera və Balet Teatrında "Viva Opera" adlı qala konserti keçiriləcək

  16

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın aparıcı solistlərinin iştirakı ilə "Viva Opera" adlı qala konserti keçiriləcəkdir.

Qala konsertdə Azərbaycanın Xalq artistisləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Respublikanın Əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova,  solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin Teatrın xor kollektivi çıxış edəcəklər.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcəkdir.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcəkdir.

Demokratikmusavat.com

 

Xəbər Lenti