AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Falkao "Qalatasaray"dan ayrılır?

  12

Yay fasiləsində böyük səs-küylə "Qalatasaray"a transfer olunan Radamel Falkao tezliklə komandasını dəyişə bilər.

Demokratikmusavat.com matc.az-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.

Cənubi amerikalılar ulduz futbolçunun "cim-bom"dan ayrılmaq qərarına gəldiyini iddia edib. Bildirilir ki, 33 yaşlı forvard artıq MLS liqasında çıxış edən klublarla danışıqlara başlayıb. "Qalatasaray"a gələndən zədələrdən əziyyət çəkən oyunçu qış fasiləsində ABŞ-a köçmək niyyətindədi.

Qeyd edək ki, Radamel Falkao "Qalatasaray"a "Monako"dan keçib.

Demokratikmusavat.com

Xəbər Lenti