AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Azərbaycandakı oyunlarda ev sahibi kimi olacağıq" - "Fənərbağça"nın futbolçusu

  12

"Şenol Günəş şans versə, Avropa çempionatında millinin heyətində yer almağı çox istəyirəm. Bu, hər kəsin hədəfi, xəyalıdır".

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Dəniz Türüc "Habertürk"ə açıqlamasında deyib.

Avro-2020-də A qrupuna düşmələrini dəyərləndirən "Fənərbağça"nın 26 yaşlı yarımmüdafiəçisi iki oyunu Bakıda keçirməyin onlar üçün üstünlük olacağını bildirib:

"Çətin qrupdur, amma imkansızdır deyilən bir şey yoxdu. Azərbaycanda keçirəcəyimiz oyunlarda ev sahibi kimi olacağıq. İtaliya ilə açılış matçında uğurlu başlanğıc etsək, qrupdan çıxmaq şansımız yüksək olar. Hədəfimiz ilk iki yerdən birini tutaraq, növbəti mərhələyə çıxmaq, daha sonra da bacardığımız qədər irəliləməkdir".

Demokratikmusavat.com

Xəbər Lenti